Talıbzadə, M.M.Axundov, H.S.Ayvazov və b. islamçılıq düşüncəsinin milli və
281
ümumşərq əxlaqi dəyərləri fonunda dərki istiqamətində də fəaliyyət göstərirdilər[41 ]
F.Köçərli, Abdulla Sur, Seyid Hüseyn və b. dövrün ədəbi-nəzəri fikrinin
başında durur, onu doğru və düzgün yola istiqamətləndirirdilər. Bu şəxsiyyətlərin
səmərəli və məqsədyönlü fəaliyyətləri nəticəsində Azərbaycan ədəbiyyatı özünün
nəzəri-estetik prinsiplərini milli-tarixi əsaslar üzərində qura bildi[42]
.. M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli və başqalarının
bədii-publisistik fəaliyyətləri Azərbaycan ictimai və ədəbi-estetik düşüncəsində, milli
kimlik, milli dirilik və milli müstəqillik uğrunda mübarizə ideyalarının getdikcə
güclənməsini təmin edirdi.
Uzun onillərin ardıcıl, məqsədyönlü, gərgin, çoxçalarlı mübarizə və ictimai-
ədəbi yaradıcılıq axtarışları, istiqbal və milli istiqlal uğrunda vətəndaşlıq
təəssübkeşliyi və təşnəsi ilə aparılan mübarizələr səmərəsiz qalmadı, tarixi şəraitin
verdiyi imkana hazır olan Azərbaycan xalqı 1918-ci ilin 28 may günündə özünün
müstəqilliyini elan etdi.
Dostları ilə paylaş: