C.Məmmədquluzadə
(1869-1932)
"Danabaş
kəndinin əhvalatları", "Poçt qutusu", "Ölülər",
"Anamın kitabı", Dəli yığıncağı" və s. klassik
əsərlərini yazdığı kimi, publisistik fəaliyyətində və
"Molla Nəsrəddin" jurnalı səhifələrində sosializm və
kommunist ideyalarına tərəfdar olduğunu da nümayiş
etdirirdi[33]. Bununla yanaşı o, milli ədəbi-ictimai
fikirdə satirik jurnalistikanın və "Molla Nəsrəddin"
jurnalistika məktəbinin əsasını qoyduğu kimi, milli
nəsrimizin və dramaturgiyamızın da inkişaf edib yeni
məzmun və ideya-estetik keyfiyyət qazanmasına
özünün ustad sənətkar töhfəsini verdi. Nəticədə
yaradıcılığı Azərbaycan ictimai-ədəbi fikrində yeni
mərhələ səviyyəsinə qalxdı.
Dostları ilə paylaş: |