Q.Zakirin (1784-1857) yaradıcılığında bir
tərəfdən M.P.Vaqif poeziya ənənələri davam
etdirilir, digər tərəfdən realizm və satira özünün
yeni inkişaf mərhələsinə çatdırılır. Şairin (Qasım
bəyin) lirikası zənginliyi, milli koloriti, təsvir və
ifadə əlvanlığı, realist keyfiyyəti və sənətkarlıq
məziyyətləri ilə diqqəti cəlb edir. Bu poeziyanın
lirik qəhrəmanı öz sevgisində iddiasızdır; o,
məşuqunun bütün zahiri görünüşü və daxili
keyfiyyətlərindən zövq almağı bacarır və bunu özü
üçün ən böyük nemət hesab edirdi.
Q.Zakirin
satiraları
ədəbiyyatımızda
realizmin qüvvətlənməsinə və ictimai məzmun kəsb
etməsinə böyük töhfələr verdi, satirik şerimizin
gələcək inkişafına əsaslı zəmin hazırladı. Təmsilləri
və mənzum hekayələri isə didaktikada mənəvi-
əxlaqi
məzmunu
qüvvətləndirdi
və
uşaq
ədəbiyyatımızın dəyərli nümunələri kimi yadda qaldı.
Dostları ilə paylaş: |