(1487-1524) uğurla davam və inkişaf
etdirərək,
Azərbaycan
ədəbi
dilinin
vətəndaşlıq hüququ qazanmasında həm şair,
həm də dövlət başçısı kimi mühüm
xidmətlər göstərdi. İnsana hörmət və
məhəbbət, onun ali məqam zirvəyə
yüksəlişinin təbliği və təsdiqi ədəbiyyatda
bir qayda olaraq Allahın və Məhəmməd
peyğəmbərin vəsfi, irihəcmli əsərlərdə
onların şərəfinə ayrıca not və minacat
hissələrinin həsr edilməsi şəklində də
dolayısı ilə həyata keçirilirdi. Bundan əlavə,
Həzrət Əlinin, onun övladlarının - Həsən və
Hüseynin, habelə digər törəmələrinin və
imamların taleyi, müqəddəsliyi barədə
qələmə alınan bədii əsərlər və ya ayrı-ayrı
əsərlərdə, lirik parçalarda bu şəxsiyyətlər və
digər
tarixi-müqəddəs simalarla - Yusif,
İsmayıl və b. ilə bağlı epitetlər insanı saflığa, ululuğa, müqəddəslik məqamına
yüksəlməyə çağırış və s. şair-vətəndaşlıq təşnəsinin təzahürü kimi meydana çıxır,
qüvvətlənirdi.
İctimai-ədəbi fikirdə sufizm, hürufilik ədəbi-fəlsəfi düşüncəsi ilə yanaşı,
şiəliyin, Əli ideyalarının təbliği və tərənnümü də getdikcə gücləndi, ayrıca bir ideya-
estetik istiqamət kimi formalaşdı. İş o yerə çatdı ki, hakimiyyət və müstəqil dövlət
kimi özünümüdafiə uğrunda mübarizədə şiəlik Ş.İ.Xətayinin babası Şeyx Cüneydin
məqsədyönlü fəaliyyəti nəticəsində ictimai-ədəbi və fəlsəfi düşüncə tərzindən siyasi
ideologiyaya, hakimiyyətə çatmaq vasitəsinə yönəldildi. Şeyx Cüneyd, sonra Şeyx
Heydər bu ideologiya ətrafında topladığı tərəfdarları ilə Şirvanşahlar üzərinə uğursuz
hücumlara keçsələr də, məqsədlərinə çatmayıb həlak oldular[17]. Ş.İ.Xətayi isə bu
məqsədlə hürufilərin və digər qabaqcıl ideya və düşüncə, əqidə daşıyıcılarının həm
264
özlərinin, həm də fikirlərinin gücünü şiələrlə həmrəylik bayrağı altında birləşdirib
məqsədinə - əcdadlarının təqib etdikləri amala çata bildi. Bununla belə, onun istər
ictimai-dövlətçilik, istərsə də ədəbi fəaliyyətində şiəlik və onun təbliği məqsəd yox,
vasitə oldu[18]. Şair və dövlət xadimi Ş.İ.Xətayi öz tərəfdarlarını, döyüş yoldaşlarını
qələbəyə və qəhrəmanlığa şiə, qızılbaş amalına istinadən çağırırdısa, qoşmalarında və
"Dəhnamə" poemasında onun lirik qəhrəmanı oxucunun gözü qarşısında bütün bu
ideya-siyasi məqsədlərdən uzaq olub, saf, ülvi duyğular daşıyıcısı olan fədakar,
eşqində səmimi və iddiasız bir aşiq kimi canlanırdı.
Şiəliyin sufi-panteist fəlsəfi düşüncəsi
ilə qovuşuq şəkildə ideya-estetik ifadəsi
mütəfəkkir şairimiz Məhəmməd Füzulinin
Dostları ilə paylaş: |