edilmiş "Ət-təfasir" adlı elmi əsərdən ibarətdir. Onun poeziyası üçün yüksək şeir
texnikası, incə zövq və iti müşahidənin rəngarəng ideya-estetik ifadə və üslub
244
bənzərsizliyi xasdır. Şairin əsərlərində həyatilik, təbiilik, insan duyğularının realist
ifadəsi üstünlük təşkil edir.
Həyatdakı
harmoniyadan, təbiətin bənzərsiz, rəngarəng və zəngin
gözəlliklərindən bəhrələnərək onları poetik bir dillə vəsf etmək qüdrəti, insanlığın, saf
eşqin qədrini bilib bu əxlaqi məziyyətləri təqdir və təbliğ məharəti Qətran Təbrizi
poeziyasının xarakterik xüsusiyyətlərindəndir. O, eşqdə sabitqədəmliyə, vəfadarlığa
çağırırdı.
Qətran Təbriziyə görə, insan normal yaşamaq, həyatdan zövq alıb özünü
dünyanın və ilahi varlığın dərki üstə kökləməyə daha çox haqlıdır.
Q.Təbrizi Təbrizdə doğulsa da, onun həyat və fəaliyyətinin əsas hissəsi
Gəncədə keçmişdir. Bu hal şairin yaradıcılığında vətən həsrəti ilə yoğrulmuş qürbət
poeziyasının da meydana çıxması ilə nəticələnmişdi. Bütün bunlar şairdə həm də
mədhiyyəçilikdən, bədii sözü ucuz tutmaqdan uzaq olub həqiqətin gözünə dik baxmaq
ovqatı yaradırdı. Həmin ovqat isə poetik sözün materialı kimi üzə çıxır, özünün ideya-
estetik ifadəsini tapırdı.
Qətran Təbrizinin poeziyasındakı həyatilik şairin obyektivliyi ilə yanaşı, tarixi
və ictimai hadisələrə diqqət və marağından, onları poeziya dili ilə təsvir etmək
meylindən də mayalanır. Şairin 1046-cı il Təbriz zəlzələsinə həsr etdiyi qəsidə və
digər əsərləri bu fikri söyləməyə əsas verir. Onun qəsidə, rübai və qəzəllərində
işlətdiyi epitetlər, müqayisə və mübaliğələr də real həyatdan, təbiətin özündən gəlir.
Qətranın ilin fəsillərinə və onlara uyğun olaraq təbiətdə baş verən dəyişikliklərə həsr
etdiyi poeziya nümunələri özünün bənzərsiz zərifliyi, məzmun zənginliyi, məna
dərinliyi, bədii-estetik gözəlliyi ilə diqqəti cəlb edir:
Camaat büründü büsbütün xəzə,
Ağaclar üstündən əsdikcə xəzan.
Havalar tutuldu, sular duruldu
Dünya hiddətləndi, qocaldı cavan.
Almayla, heyvayla, narla dolu bağ,
Boş qaldı lalədən, güldən gülüstan.
Kəklik qaqqıltısı kəsildi dağdan,
Qırqovul sədası gəlmir tarladan.
Q.Təbrizinin poeziyası üçün həyatilik, düşündürücülük, nəsihətçilik, ictimai-
fəlsəfi dərinlik xasdır. Onun yaradıcılığı Əbül-Üla Gəncəvi, Ə.Xaqani, Fələki Şirvani,
N.Gəncəvi və b. şairlərə dərin təsir etməklə yeni ədəbi istiqamətin və ənənənin əsasını
qoymuşdur. Bunun nəticəsidir ki, Qətranın yaradıcılığı müasirləri, yaxın xələfləri və
sonrakı əsrlərin elm və sənət xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Deyilənlərdən bir daha aydın olur ki, Azərbaycan ictimai-bədii fikri islam
mədəniyyəti daxilində yaransa belə, özgün etnik-əxlaqi və mənəvi keyfiyyətləri ilə
seçilirdi. Bu xüsusiyyət təbiət və insan gözəlliklərinə münasibətdə, insan və kainat,
insan və ilahi varlıq münasibətlərinin ictimai-fəlsəfi dərkində, humanizm,
insanpərvərlik, eşqdə dözümlülük və sabitqədəmlikdə, təbiət və insan gözəlliklərinin
245
incəlik və zərifliklərini duyub ondan zövq almaq qabiliyyəti və həmin duyğuların
poetik dillə ifadəsində, ailə və məişət münasibətlərinə baxışlar sistemində, həqiqət və
ədalətpərəstlikdən irəli gələn cəsarət və qorxmazlıqda, vətənə, yurda bağlılıq dolu
həsrət və qəhrəmanlıqda, əməyə yaradıcı münasibətdə və sairdə fərdi etnik cizgilərdə
və çalarlarda aydın nəzərə çarpır.
Azərbaycan xalqının elmi intellektual qabiliyyətinin yüksək səviyyəsini Xətib
Dostları ilə paylaş: