Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə50/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   46   47   48   49   50   51   52   53   ...   139
ƏDƏBĠYYAT 

 

Bədii  ədəbiyyat  xalqların  ruhi  aləmini,  mədəni  dünyabaxışını  və  düşüncə 

tərzini,  onun  dünyanı  və  ətraf  aləmin  bütün  proseslərini  dərketmə  qabiliyyətini, 

habelə ailə və məişətini, xalqın mənəvi-əxlaqi keyfiyyətlərini özündə əks etdirir. Odur 

ki,  hər  hansı  xalqın  tanınması  ehtiyacı  onun  ədəbiyyatının  öyrənilməsi  zərurətini 

ortaya çıxarır. Azərbaycan yazılı ədəbiyyatı folklordan xeyli sonra yaransa da, xalqın 

zəngin  və  çoxçalarlı  etnik  düşüncə  mədəniyyətinin  bütün  tərəflərini  ideya-estetik 

baxımından əks etdirməsi ilə də diqqəti cəlb edir. 

Azərbaycan  ədəbiyyatının  ilkin  yazılı  nümunələri  xeyli  dərəcədə  türk  ədəbi 

mühiti  ilə  ortaq  xarakterli  olsa  da,  orada  azəri  türklərinin  gələcək  fərdi 

keyfiyyətlərinin ilkin işartıları da görünməkdədir. Belə ki, əsrlərin sınağında və ayrı-

ayrı dillərə tərcümələrdə bizə gəlib çatması ilə müəyyən deformasiyalara uğramasına 

baxmayaraq,  Moisey  Kalankatuklunun  "Alban  tarixi"  əsərində  özünə  yer  tapan  şair 

Dəvdəkin  "Cavanşirin  ölümünə  ağı"  şerində  qəhrəmanlığa,  cəngavər  hökmdar 

şəxsiyyətinin  əzəmət  və  qüvvətinə  dərin  inam,  güvənc  hissi  qabarıq  duyulur. 

Cavanşirin  qətlindən  doğan  kədərin  ağırlığı  da  elə  bu  duyğuların  dərinliyi  və  fikri-

hissi  tutumundan  irəli  gəlir.  Cavanşirin  hökmdar  əzəməti,  şahlıq  qüdrəti,  insanlıq 

ləyaqəti haqda oxuyuruq: 

Arslan kimi qüdrətliydi o, öz arslan yatağında, 

Düşmənləri zağ-zağ əsər, donardılar qabağında  

Zəhmi ağır... ürəklərdə məhəbbəti dərya qədər, 

Qüdrətinə baş əyərdi ağsaqqallar, başbilənlər.  

Uzaq-uzaq ellərəcən yayılmışdı şan-şöhrəti,  

Dünyalara ün salmışdı ləyaqəti, mərifəti.  

Bütün cahan vəsf edirdi qüdrətini, əməlini,  

Qaranlığa işıq salan ağıl, kamal məşəlini[1]. 

Şair göstərir ki, Cavanşirin qətli ilə sanki böyük bir el, şanlı bir diyar "yetim 

qaldı". 


Müsibətnamədə düşmənə bəslənən qəzəb və nifrətin sonsuzluğu bu fəlakət və 

kədərin  ağırlığından  doğur.  Şair  Dəvdəkin  vətəndaşlıq  kədəri  onun  mənsub  olduğu 

xalqın  -  azəri  türklərinin  fikrini,  vətənə,  dövlətə  və  dövlətçiliyə,  taleyə  və  iqbala 

bəslədiyi  duyğu  və  baxışları  layiqincə  ifadə  edir.  Əsərdə  xalqımıza  məxsus  olub 

çarəsizlik dolu qəzəb və nifrətdən irəli gələn qarğışlar da özünün xarakterik ifadəsini 

tapmışdır. Şair qatilləri oxucuya bic, zatıqırıq, alçaq, rəzil və s. kimi epitetlərlə təqdim 

edib, onları lənətləyir. 

Şair Dəvdəkin hökmdar Cavanşirin ölümünə həsr etdiyi qəsidə - ağı bütünlüklə 

Azərbaycan  düşüncəsinin  bədii-fəlsəfi  ifadəsi  və  onun  ruhi-mənəvi  aləminin  ideya-

estetik ifadəsinin ədəbi-tarixi nümunəsidir. 

Mütəxəssislərin  haqlı  qənaətinə  görə,  Mahmud  KaĢğarlının  "Divani  lüğət-it 

türk"  adlı  məşhur  lüğətində  gətirilən  bədii  nümunələrin  içərisində  yazılı  ədəbiyyata 




241 

 

məxsus  ədəbi  parçalar  da  az  deyil.  Özü  də  bütövlükdə  həmin  tarixi-ədəbi  parçalar 



özündə  1500  ildən  artıq  bir  dövrün  etno-mədəni  yaddaşını  qoruyub  saxlamaqdadır. 

Doğrudan  da,  "Lüğət"dəki  ayrı-ayrı  ədəbi-bədii  nümunələrdə  bizim  etnik 

əcdadlarımızın  dünyanın  dərkinə,  təbiət  hadisələrinə  onların  münasibətinin  ayrı-ayrı 

cəhətlərinə,  habelə  cəmiyyət,  ailə,  məişət,  sevgi,  məhəbbət,  təlim-tərbiyə,  bir  sözlə 

mənəviyyat  və  əxlaq  məsələləri  ilə  yanaşı,  təsərrüfat  həyatına  dair  də  çoxlu  bədii-

poetik  parçalar,  nümunələr  vardır.  Bu  nümunələrdə  daşlaşmış,  mənəvi-əxlaqi 

yaddaşımızın  davranış  və  mədəniyyət,  mənəviyyat  kodlarının  rişələri  uzaq  əsrlərdə 

görünürsə,  həmişəcavan  pöhrələri  hazırkı  həyatımızda  öz  əbədiyaşar  rayihəsi  ilə 

mənəviyyat  və  əxlaq  dünyamızı  nurlandırır.  Həmin  rişələrin  qol-qanad  verdiyi  yaşıl 

budaqların  ruh  təzələyən  əbədiyaşarlıq  keyfiyyətini  VI-VIII,  əsrlərin  tarixi-ədəbi 

abidəsi olan Orxon-Yenisey kitabələrində də görürük. 

Yenisey kitabələrindəki tarixi-ədəbi nümunələri Y.Stebleva "epitafiya lirikası", 

V.Osmanlı  isə  "epitafiya  ədəbiyyatı"  kimi  təqdim  və  təhlil  edirlər.  Əslində  bu 

nümunələrdə janrın təbiətindən doğan lirizm və həzinliklə yanaşı, türk övladının soy-

etnik  düşüncə  və  məişət  mədəniyyəti,  dünyabaxışı,  həyat  və  kainat,  Tanrı  və  insan 

münasibətləri  haqqında  düşüncə  və  qənaətləri,  habelə  gələcək  nəsillərə,  türk 

gəncliyinə  öyüd  və  nəsihətləri  özünün  geniş  və  dolğun  ifadəsini  tapmışdır.  Burada 

Tanrının  iradəsinə  dərin  inam  vardır.  Bu  inam  öz  ifadəsini  "Mən  Tanrı  dövlətinin 

elçisi  idim",  "Altı  tərkibli  xalqın  bəyi  idim"  deyimində  tapırsa,  həyat  dərslərindən 

gəlinən  qənaət  etnosun  varlığının  qorunması  və  gələcək  mövcudluğunun  təminatı 

qayğısı  ilə  süslənmiş  başçı,  ağsaqqal  nəsihəti  "Qara  xalqım,  möhkəmlənin",  "El 

qanununu  dağıtdınız,  əfsus,  siz,  elim,  xanım...",  "Dördayaqlı  ilxım,  səkkizayaqlı 

dövlətim (olduğu üçün) dərdim yox idi" və s. şəkildə meydana çıxırdı. 

 Tanrı iradəsinə, onun himayəsinə inam, türk qüdrətinə güvənc Yenisey tarixi-

ədəbi  nümunələrində  olduğu  kimi,  Orxon  ədəbi  abidələrində  də  ifadə  olunmuşdur. 

Qeyd etmək lazımdır ki, Orxon yazılı ədəbi abidələri qəbirüstü kitabə olması və digər 

baxımdan  Yenisey  ədəbi  nümunələri  ilə  doğmalaşır.  Bununla  yanaşı,  Orxon  tarixi-

ədəbi nümunələri həcminə, təhkiyə tərzinə və ideya-məzmun tutumuna görə Yenisey 

yazılı ədəbi nümunələrindən fərqlənir. 

Orxon  ədəbi  abidələrində  bir  qayda  olaraq  türk  tarixi,  türk  xalqlarının 

formalaşma  və  məskunlaşma  prosesi,  bu  dövrdə  qarşılaşdığı  çətinliklər  və  apardığı 

mübarizələr,  qəhrəmanlıq,  alplıqla  dolu  müharibələr,  habelə  dünyanın  yaradılışına, 

Tanrı  ilə  türkün  ruhi  bağlılığına,  dövlətçilik,  məişət  və  s.  məsələlərə  münasibəti  də 

sənədli  şəkildə  ifadə  olunmuşdur.  Həmin  nümunələrdəki  bədiilik  bir  növ 

macəraçılıqla,  daha  doğrusu,  taleyin  axtarışı  ilə  bağlıdırsa,  sənədlilik  onların  ədəbi  

salnamə  xarakterindən  irəli  gəlir.  Qədim  türklər,  o  cümlədən  Azərbaycan  türklərinin 

əcdadları  yerin,  göyün,  suyun,  türk  ruhunun,  türk  irqinin  əbədi  həyat  təminatçısı 

olması  inamı  ilə  həmişə  bol  şirin  sulu,  təmiz  havalı,  zəngin  təbiətli  yerlərə  meyilli 

olmuşlar.  Orxon  ədəbi  abidələrində  də  ulu  babalarımızın  ruhların  varlığına,  kainatın 

ruhu  olduğuna  və  bu  ruhun  əbədiliyinə  bəslədikləri  inam  onların  səmaya  meyilli, 




242 

 

Tanrıya  yaxın  olmaları,  özlərinin  Tanrı  övladı  kimi  seçilmişlərdən,  müqəddəslərdən 



olmalarına  bəslədikləri  dərin  inam  və  bu  təsəvvürlərdən  irəli  gələn  türk  xalqını 

(etnosunu)  qorumaq,  onun  artıb  möhkəmlənməsini,  Tanrının  bu  etnosun  boynuna 

qoyduğu  dünyanın,  yaradılışın  nizamının  təmin  edilməsinə  xidmət  etməsinə  sövq 

etmək qəsdi ilə ruhunu riqqətə gətirərək xeyirxah fəaliyyətə təşviq ideyası və əzmi öz 

əksini tapmışdır. Yolığ Tiginin yazdığı Kül Tigin ədəbi abidəsində oxuyuruq: "Üstdə 

mavi  göy,  altda  qonur  yer  yarıldıqda  ikisinin  arasında  insan  oğlu  yaranmış.  İnsan 

oğlunun üzərində  əcdadım Bumın  xaqan, İstəmi  xaqan (taxta) oturmuş. Oturub türk 

xalqının elini, qanununu yaratmış, tərtib etmiş. Sonra Tanrı buyurduğu üçün, Tanrının 

iradəsi olduğu üçün, özümün bəxtim olduğu üçün xaqan oturdum... Qismətim olduğu 

üçün öləsi xalqı diriliyə yüksəltdim, yalın xalqı donlu, yoxsul xalqı varlı, az xalqı çox 

etdim".  Ona  görə  gələcək  nəsli  düşmənin  "şirin  sözünə,  yumşaq  hədiyyəsinə" 

aldanmamağa  çağıraraq,  xəbərdarlıq  edirdi  ki,  qanmayıb  türk  qanununu  pozanda, 

"qanın su kimi axdı, sümüyün dağ kimi yatdı". Lakin Tanrı bu xalqı qorumaq istədiyi 

üçün  hər  belə  böhranlı  anda  ona  müdrik,  qüdrətli  bir  başçı  göndərib  onu  xilas  edir. 

Odur  ki,  özünün  Tanrı  himayəsində  olması  və  ona  görə  də  "üstdən  Tanrı  basmasa, 

altda  yer  dəlinməsə  türk  xalqının  eli,  qanunu  dağılmaz",  o  məğlub  olmaz  inamı, 

qətiyyəti  ilə  Tanrı  iradəsinin  təcəssümü  olduğuna  inandığı  hər  hansı  varlığın  və 

əqidənin  (dinin)  də  himayəsi  yolunda  daim  ayıq-sayıq  və  mətin,  dayanmışdır.  Elə 

islam  dininin  Tanrı  töhfəsi  olduğuna  inandığı  üçündür[2]  ki,  İslam  mədəniyyəti 

sistemində Azərbaycan xalqının öz yeri, çəkisi və payı vardır. 

VII  əsrdən  başlayaraq  ölkədə  ərəbdilli  poeziya  intişar  tapır.  Musa  Şəhəvatın 

incə  və  ülvi  məhəbbət  lirikası,  Xalid  ibn  Abdullanın  hökmdarlara  və  xəlifələrə  həsr 

edilmiş  mədhiyyələri,  İsmayıl  ibn  Yəssarın  etnik  yaddaş  və  təəssübkeşlikdən 

mayalanmış mübariz ruhlu poeziyası xalqın mənəvi-əxlaqi dünyasına hopdurulmaqda 

və  hopmaqda  olan  islam  əxlaqında  azəri-türk  mədəniyyətinin  çalarlarının  da  boy 

göstərməkdə, yaşamaqda davam etdiyini göstərirdi. 

Xilafətin  inzibati  amirlik  tələblərindən  irəli  gələn  hökmlərə  görə  xilafət 

daxilindəki  həmin dövrdə  Azərbaycan ədəbiyyatı da ərəb  dilində  yaranmağa  məcbur 

idi.  Bununla  yanaşı,  VII-VIII  əsrlərdə  xilafətin  hüdudlarında  Azərbaycan  dilində  də 

əsərlər  yazılırdı.  Bərakəveyh  Zəncani,  Əbu  Abdulla  adlı  şairlərin  türk-azəri  dilində 

qələmə  aldıqları  məhəbbət  mövzulu  şeirlər  fikrimizə  dayaqdır.  Özü  də  bu  şairlərin 

əsərlərindəki lirik "mən" özünün ulu əcdadlarına "boy verməsi" ilə diqqəti cəlb edir. 

İslam  mədəniyyəti  və  mənəvi-əxlaqi  dünyasında,  bütün  bu  sistemin  bərqərar 

olub  möhkəmlənməsində  oynadığı  xüsusi  rol,  malik  olduğu  çəki  digər  türk  xalqları

 

kimi Azərbaycan türklərinin də qəlbini qürur və təəssüb hissi ilə doldururdu. Bundan 



başqa İslam fütuhatından keçən bir neçə əsrlik dövr bu mədəniyyət və əxlaq sisteminə 

daxil  olan  etnoslar,  xalqlar  üçün  "bal  ayı  dövrünün"  məstedici  duyğularını 

zəiflətməkdə idi. Odur ki, islama daxil olan xalqların hər biri özlərinin etnik mədəni 

və mənəvi iradələrini ortaya qoymağa daha çox meyillənməyə başlayırdılar. Təbərinin 

təsvirlərindən  də  aydın  olur  ki,  xilafətin  ayrı-ayrı  inzibati  dairələrində,  o  cümlədən 



243 

 

Azərbaycanda  müqavimət  hərəkatı  (Babək  üsyanı  və  s.)  formalaşmağa  başlamışdı. 



Söz  yox  ki,  bu  hərəkatın  tarixi-ədəbi  ilhamvericiləri  də  var  idi.  Təəssüf  ki,  həmin 

müəlliflərin  ədəbi  əsərləri  günümüzə  gəlib  çıxmamış,  hərəkat  alovlarının  və  onları 

boğan qəzəb tonqallarının atəşində məhv olmuşdur... 

Bütün  bunlarla  yanaşı,  X-XI  əsrlərdə  xilafət  daxilində  xüsusi  müdriklik, 

uzaqgörənlik  və  tədbirliliklə  yuxarıda  haqqında  danışdığımız  "Divani-lüğət  it  türk" 

əsəri  ilə  yanaşı,  Yusif  Balasaqunlunun  "Kutadqu  bilik",  sonrakı  əsrlərdə  isə  Əlişir 

Nəvainin  "Mühakimətül-lüğəteyn"  tipli  əsərləri  meydana  çıxmağa  başladı.  Bu 

əsərlərdə öz qüdrət və qabiliyyətinə inamdan, etnik intellektin dərkindən doğan özünə 

güvənc  və  dəyanətin  verdiyi  cəsarət,  təəssüb  və  öz  mənliyini,  iradi  mənini  ortaya 

qoymaq  təşəbbüsü  diqqəti  cəlb  edir.  Yəni  həmin  əsərlərin  müəllifləri  mənsub 

olduqları  xalqın  xilafət  və  islam  mədəniyyəti  dünyasına  verdiyi  mədəni,  mənəvi-

əxlaqi  sərvətin  və  hərbi  qüdrətin  dəyərini  dərk  etdikləri  üçün  onların  fərdi  mədəni-

mənəvi  dəyərlərini  kifayət  qədər  genişliklə  ifadə  edən  əsərlər  yazıb  islam 

mədəniyyətindəki  çəkilərinin  miqyasını  nümayiş  etdirmək  üçün  özlərində  cəsarət 

tapdılar. 

Doğrudur,  bu  əsərlər  birbaşa  Azərbaycan  xalqına  mənsub  olmayıb,  türk 

xalqları  üçün  ortaq  xarakter  daşıyırdı.  Bununla  belə,  yuxarıda  göstərdiyimiz  kimi, 

həmin ortaqlıqda Azərbaycan xalqının payı var idi. 

IX-XII  əsrlərdə  Şərq  intibahının  tərkib  hissəsi  kimi  Azərbaycan  ədəbiyyatı 

əsas  etibarilə  ərəb  və  fars  dillərində  yaranırdı.  Həmin  dövrdə  fəaliyyət  göstərən 

Mümkan Təbrizi, Xəttat Nizami Təbrizi, Əli Təbrizi, İskafi Zəncani, Qətran Təbrizi, 

Kafi  Zəfər  Həmədani,  Mənsur  Təbrizi  kimi  qüdrətli  Azərbaycan  şairləri  sözə,  onun 

tanrı  qüdrətinə  sonsuz  ehtiram  bəsləyərək  onu  şit,  bayağı  və  çox  zaman  mənasız 

xarakter  daşıyan  mədhiyyəçiliyə  sərf  etməkdən  qaçmağa  çalışırdılar.  Onlar  bədii 

ədəbiyyatın  həqiqət,  ədalət  və  insanlıq,  humanizm  mövqeyindən  çıxış  etməsi 

prinsipini  əsas  götürür  və  öz  qələmlərini  də  məhz  bu  istiqamətlərdə  işlətməyə  daha 

çox üstünlük verirdilər. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin