Zərb
musiqi alətləri. Azərbaycan zərb
musiqi
alətləri tarixinin
müəyyənləşməsində 10-12 min il bundan əvvələ aid Qobustanda Cingirdağın
ətəyində yerləşən iki abidə diqqəti cəlb edir. Qavaldaş adlanan bu daşlardan bir növ
202
musiqi aləti kimi istifadə olunmuşdur. Qayaya kiçik daşla zərbə endirildikdə
müxtəlif tonlu səs eşidilir.
Azərbaycanda qədimlərdən işlədilən zərb musiqi alətlərindən təbil, kus,
nağara, qoşa nağara, qaval və başqalarını qeyd etmək lazımdır. Təbil zərb musiqi aləti
arası kəsilməyən orta əsr feodal müharibələri, daxili çarpışma və vuruşmalar zamanı
fəğan qoparmışdır. Təbil səsində xəbərverici,
səfərbəredici sədalar, cəngavər nərəsi eşidilir.
Görkəmcə o qədər də mürəkkəb quruluşlu
olmayan təbil, çox güman ki, yarandığı gündən
elə bir əsaslı dəyişikliyə uğramayıbdır.
Əsasən mis və ya tuncdan hazırlanan
təbilin ən qədim forması ağac və saxsıdan
olmuşdur. Daha təkmilləşmiş növünün içərisi
boş, oturacağı yastı, ağzı isə genişdir. Ağzına
aşılanmış dəri çəkilərək bərkidilir. Zərbə
nəticəsində onun səsinin gurultusunu daha da
artırmaq məqsədilə təbilin boyuna qayış,
qaytanlar çal-çarpaz dolanarmış[161]. Nizaminin
əsərlərində təbilin adı çəkilir.
Əmr etdi, hərəkət eylədi ordu,
Hər yerdə təbillər saldı gurultu.
Onların səsləri dəhşətlər saçdı,
Xoruzun boynundan zəngləri açdı.
Bu səslər bürüdü göyləri, yeri,
Yel kimi yox etdi başqa səsləri.
Təbillər dünyaya dəhşət salaraq,
Gurladı nahara qədər bu sayaq...
XVII əsrdə alman səyyahı Kempfer
Azərbaycanda olan zərb musiqi alətləri
içərisində təbilin də adını çəkir. Materiallardan
aydın olur ki, təbil çox zaman at belində
səsləndirilərmiş.
Azərbaycanda orta əsrlərdə zərb musiqi
alətləri içərisində kus daha geniş yayılmışdır.
Bu alətlər müxtəlif həcmdə olsa da, onların
quruluşunda eynilik nəzərə çarpır. Kus da mis
və tuncdan hazırlanırmış[162]. Oturacağı yastı
olub, içərisi səsin güclənməsilə əlaqədar olaraq boşdur. Üst hissəsinə dəri və ya
göndən düzəldilmiş qaytan çəkilir. Bu alətin səsində gurultu və bir qədər qorxu olsa
da, müəyyən mülayimlik duyulur. Bu alət həm hərbi məqsədlər, həm də əmin-amanlıq
203
şəraitində el şənliklərində, toy məclislərində işlədilmişdir.
Vaxtilə Azərbaycanda yayılan, indi çox nadir hallarda təsadüf edilən qədim
zərb musiqi alətlərindən biri də lakkıtı adlanır. Lakkıtı Azərbaycanda məlum olan
zərb musiqi alətlərinin ən qədimlərindən biri sayılır. Düzbucaqlı formada olan bu alət
kitabı xatırladır və palıd ağacından hazırlanır. İçi boş, iki kiçik palıd ağacından ibarət
olan alətin qabaq tərəfi, səsin gücləndirilməsilə əlaqədar bir qədər ovuqdur. İki zərb
çubuğu ilə çalınır. Başqa zərb alətlərinə nisbətən onun səsi bir qədər məlahətli, lakin
iti və cingiltilidir.
Dəf orta əsr toy və başqa şənliklərində geniş istifadə edilən əsaslı zərb musiqi
alətlərindəndir. Adına Nizaminin, Füzulinin, Xaqaninin əsərlərində təsadüf edirik.
Dəf dairəvi formada olub, bir tərəfi boşdur, digər üzünə nazik dəri çəkilir. Ağacdan
düzəldilən sağanağı nazikdir. İçəri tərəfdən dəfin zınqırovları və metaldan düzəldilmiş
pulcuqları olur. Bu da dəfi çoxsəsli edir. Əl ilə çalınan dəfin Azərbaycanda hələ XVII
əsrin sonunda yayıldığını tarixçi və səyyahlar dönə-dönə qeyd etmişlər. Bu musiqi
alətinin könül oxşayan mülayim, yüngül, oynaq və incə səsi var.
Əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub,
bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən
hazırlanan dairəvi ağac sağanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal
zınqırovlar (halqalar) bərkidilir. Başqa zərb alətləri kimi, qaval da adətən çalınan
zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.
Zərb musiqi alətlərimizdən biri də nağaradır. Onun adına "Kitabi-Dədə
Qorqud" dastanında rast gəlinir. "Gumbur-gumbur nağaralar döyüldü, buraması altun
borular çalındı".
Əsasən ağacdan hazırlanmış müxtəlif ölçülü nağaraların hər iki tərəfinə dəri
çəkilir, gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs
204
almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona
bərkidilən qayış və ya ip qola keçirilir. Nağara
əksər hallarda iki xüsusi çubuq vasitəsilə,
bəzən də əl ilə çalınır.
Yəqin ki, əvvəllər nağara, sonra isə
qoşanağara yaranmışdır. Qoşa nağara saxsı
qabdan (sağanaqdan) ibarətdir, üzərinə dəri
çəkilir. Dəri çəkilmiş hissənin diametri
oturacağa nisbətən enlidir. Nağarada olduğu
kimi, qoşanağaraya da çal-çarpaz ip keçirilir.
Qoşa nağara mis və saxsı ilə yanaşı,
qoz və tut ağacından düzəldilirdi.
Qədim zərb alətlərindən biri də
dümbəkdir.
Dümbəkdən
kəndlərdə,
el
şənliklərində istifadə edilmişdir. Adətən
saxsıdan hazırlanan dümbək bir qədər
sonralar, həm də metal və ağacdan da
düzəldilmişdir. Dümbək quruluşu etibarilə
böyük qədəhi xatırladır. Oturacağı və ağzı
yastıdır. Qayışla sol çiyinə keçirilib əl ilə
çalınır.
XVII əsr türk səyyahı Evliya Çələbinin
"Səyahətnamə"
əsərində
Azərbaycanda
istifadə edilən zərb alətlərindən qaval, nağara
və başqalarının adı çəkilir.
Zərb musiqi alətləri ailəsinə mənsub
olan həmin alətlərin səslənməsini nəzərə
alaraq, onlara cingiltili musiqi alətləri də
demək olar. Bu alətlərin hər birinin öz istifadə qaydası, səs ahəngi vardır.
Füzuli rayonunun Yedditəpə adlı yerində arxeoloqlar skeletlərin ayaq
hissəsində tuncdan düzəldilən dörd ədəd sinc tapmışlar. Bu alətlərin 2 minə yaxın yaşı
var.
Məlumdur ki, müharibənin dəhşətli günlərində sinc ayrılıqda deyil, kus və
təbillə birlikdə çalınmış, onların səsinə səs vermişdir. Ona görə də qazıntı zamanı
tapılan sinc, kus, təbil və başqa zərb musiqi alətlərinin yaşını araşdırmağa müvafiq
zəmin yaradır. Sincin təbili müşayiət edərək, birlikdə fəğan qoparmalarını Nizami
Gəncəvinin əsərlərində də oxuyuruq:
Vida eylər ikən böyük hökmdar,
Bir xeyli sinc-təbil qoydu yadigar.
Kiçik zəngi xatırladan çərəsinin könül oxşayan səsi ilk dəfə orta əsrlərdə
eşidilmişdir. Bu musiqi alətinin özünəməxsus cəlbedici səsini Nizami gecəquşunun
205
avazı ilə müqayisə etmişdir. Lakin uzun
müddət eşidilən çərəsinin cingiltili səsi
tədricən azalmış və təxminən keçən əsrin
əvvəllərində öz dövranını başa vurmuşdur.
Çərəsi kimi dəray da öz dövründə sevilmiş
musiqi alətlərindəndir. Bu alətə bəzən
qomrov da deyilir. Dəray metaldan düzəldilib
içərisinə
kiçik
zınqırovlar
salınaraq,
silkələməklə dilə gətirilərmiş. Cingiltili
musiqi aləti olan zəng rəqqasələr arasında
intişar tapmışdır. Kiçik zınqırovdan ibarət
olan zəng bir qayda olaraq rəqqasələrin
biləklərinə və topuqlarına bağlanarmış.
Rəqqasə oynayan zaman zınqırovların səsi
onu həvəsə gətirər, şuxluğunu artırar, oynaq
hərəkətlərini daha da rövnəqləndirərmiş.
Örənqala arxeoloji qazıntılarından tapılan
zınqırovların rəqqasələrə məxsus olması
müəyyənləşdirilmişdir.
XI-XIII əsrlərə aid olan həmin
zınqırovlar gözəl, çevik, ehtiraslı məşhur
rəqqasələrin qollarında səslənmiş, xalqımızın
zövqünü oxşamışdır.
|