Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə45/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   41   42   43   44   45   46   47   48   ...   139
Zurna    və    balaban    Azərbaycanda  çox 

qədimlərdən  yayılmışdır.  Arxeoloji  qazıntılar 

zamanı  Mingəçevirdə  digər  tarixi  yadigarlarla

 

yanaşı, 



ədəd 


musiqi 

aləti 


də 

aşkar 


edilmişdir[157].  Bu  musiqi  alətlərinin  ən  azı  3 

minillik  tarixi  vardır.  Musiqi  alətləri  maral 

buynuzundan  hazırlanmış  və  onların  üzərində  incə

 

naxışlar  həkk  edilmişdir.  Bu  musiqi 



alətləri  keçmişdə  incəsənət  ustalarımızın    son 

dərəcə    yüksək  qabiliyyətə  və  həssas  zövqə  malik  olduqlarını  sübut  edir.  Zurnanın 

adına "Kitabi-Dədə Qorqud"da da rast gəlinir.  

Mənbələrin  birində  oxuyuruq:  "Xürrəmilər  başda  Babək  olmaqla  Afşinlə 

axırıncı  döyüşlər  ərəfəsində  şərab  içir,  zurna  və  nağara  çaldırıb  dinləyirdilər"[158].   

Nizaminin  əsərlərində sur-zurnanın adı çəkilir. "Koroğlu" dastanında zurna haqqında 

məlumat  var.  Sonralar  zurna  və  balaban  sümükdən  deyil,  əsasən  tut,  qoz  və  ərik 

ağaclarından hazırlanmış və  təkmilləşdirilmişdir. 

Qədimlərdə  olduğu  kimi,  indi  də  zurnaçılar  dəstəsi  3  nəfərdən  -  zurnaçı, 

balabançı  və  nağaraçıdan  ibarətdir.  Əgər  zurnanın  güclü  və  zil  səsi

 

insanları 



coşdurursa, balaban öz titrək səsi ilə dinləyicilərdə nəcib duyğular oyadır. Bu nəfəsli 

musiqi alətləri zurnaçılar dəstəsi tərəfindən el şənliklərində indi də səsləndirilir. 

Etnoqrafik  müşahidələrdən  tamamilə  aydın  olur  ki,  Azərbaycanda  ənənəvi 

toyları  zurnasız    təsəvvür    etmək    qeyri-mümkündür.  Bir  qayda  olaraq,  toy 




199 

 

başlamazdan  əvvəl  zurnaçılar  dəstəsi  toy  evinin  damına,  yaxud  hündür  yerə  -  təpəyə 



çıxaraq,  zil  səslə  müxtəlif  el  havalarını  coşqunluqla  ifa  edərdilər.  Bununla  da  toyun 

başlandığını  bildirərdilər.  Bir  qədər  ara  verdikdən  sonra  bir  neçə  rəqs  havası,  axırda 

"Cəngi"  və  ya  "Koroğlu"  havaları  çalınardı.  1848-ci  ildə  "Qafqaz"  qəzeti  bu 

münasibətlə  yazırdı  ki,  uzaqdan  zurna  səslənir,  dəf  çalınır,  qeyri-ixtiyari  olaraq  səni 

özünə çəkir. 

Balaban adı ilə xalq arasında  tanınan  nəfəsli  musiqi alətini  tut ağacından, qoz 

və ərik ağaclarından hazırlayırlar. Gövdəsinin üzərində 8, arxa tərəfində bir dəlik olur. 

Balabanın ucuna ikiqat yastı qamış müştük, onun ortasına xərək keçirilir.  (Buna görə 

də  el  arasında  balabana  çox  vaxt  "yastı  balaban"  deyirlər.)  Həmin  xərəyin  hərəkətə 

gətirilməsi ilə alətin kökü dəyişdirilir. 

Balaban  çox  zaman  qara  zurna  və  sazla  birlikdə    dindirilir,    həmin  alətlərdə 

çalınan saz əsas melodiyanın dəmkeşini tutur. Balaban, nağara və  ya qoşa nağara ilə 

birlikdə zurnasız da çalınır. Yumşaq, həzin tembri var.  

 

Zil və güclü səsi olan zurnaya xalq arasında  çox vaxt “qara zurna” da deyilir.  



Ola  bilsin,  “qara”  sözü  keçmişdə  zurnanın  qara  rəngli  kəl  və  öküz  buynuzundan 

hazırlanması ilə əlaqədardır. 

Əsasən  heyva,  armud,  qoz  və  ərik  ağacından  hazırlanan  zurnanın  konusvari 

gövdəsinin üst tərəfində 7, alt tərəfində isə bir dəlik olur. 28-30 sm uzunluğunda olan 

zurnanın  baş  tərəfi  dar,  qurtaracağının  diametri  isə  nisbətən  böyükdür.  Zurnanın 

ucuna  mil keçirilir. Bəzən ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər 

ki, daha yaraşıqlı görünsün.  


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin