Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə42/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   38   39   40   41   42   43   44   45   ...   139
    Bu səhifədəki naviqasiya:
  • Kanon.
Tənbur.  Üçsimli  alət  olan  tənbur  bi  növ  cürə  saza  oxşayır.  Lakin  tənburun 

çanağı kiçik, qolu isə ona  nisbətən xeyli  uzundur. Tənbur şəhadət barmağa  keçirilən 

halqanın üzərindəki qarmaqla dilə gətirilir. Simləri dartan bu alətə mizrab yox, nxunək 

deyilir[134].  Şimali  Qafqazın  bir  sıra  xalqları  arasında,  xüsusilə  Dağıstanda  tənbur 

geniş  intişar  tapmışdır.  Azərbaycanda  bu  alət  Şəki-Zaqatala  bölgəsi  üçün  daha 

səciyyəvidir[135].  Bir  sıra  musiqişünaslar  setar  -  üçsimli,  şeştar  -  altısimli  musiqi 

alətlərini tənburun növ müxtəlifliyi kimi qələmə verirlər. 

Vaxtilə  Şərq  ölkələrində  geniş  yayılan  tənbur  ən  qədim  simli  musiqi 

alətlərindən  hesab  edilir.  X  əsrdə  yaşayan  türk  alimi  və  musiqişünası  əl-Fərabi 

Bağdad, Xorasan tənburlarının daha məşhur olmasını xəbər verir[136]. 

Tənbur Azərbaycanda ilk orta əsrlərdə yayılmışdır. Bu alətin adına Nizaminin

 

"Xosrov  və  Şirin"  əsərində  rast  gəlinir.  Bir  qədər  sonra  isə  Səfiəddin  Urməvinin 



"Kitab-əl-ədvar"  əsərinin  yeddinci  fəslində  ikisimli  musiqi  aləti  olan  Xorasan  və 

Bağdad  tənburlarından  nisbətən  ətraflı  söhbət  açılır.  Əbdülqadir  Marağayi  XIV-XV 

əsrlərə  aid  musiqi  alətləri  ilə  yanaşı,  tənburun  da  quruluşu  və  səslənmə  xassəsi 

haqqında  xeyli  maraqlı  məlumat  verir.  Şübhəsiz,  bütün  bu  dəlillər  tənburun  həmin 

dövrdə musiqi alətləri arasında oynadığı rol ilə əlaqədardır. 

Orta əsr miniatürlərində az da olsa tənbur rəsminə də rast gəlinir. XVI əsrə aid 

Sultan Məhəmmədin "Ov səhnəsi" adlı  miniatüründə  dəvə  üstündə  bir şəxsin tənbur 

çalması aydın nəzərə çarpır. 



Rübab. Qədim simli musiqi alətləri ailəsinə mənsub olan rübab Azərbaycanda 

orta  əsrlərdə  geniş  yayılmışdı.  Əl-Fərabi  qeyd  edir  ki,  rübab  Şərqin  qədim  mənşəli 




189 

 

musiqi  alətlərindəndir.  Zərif  və  yumşaq  səsli  rübabın  məclislərdə  öz  yeri,  öz  şöhrəti 



olmuşdur.  Təksimli  rübab  şairlərin  könül  həmdəmi  olmuş,  onun  sədaları  altında 

sənətkarlarımız öz ölməz söz incilərini, əvəzsiz dastanlarını yazıb-yaratmışlar. 

Adətən  rübab  üçsimli  olur,  lakin  onun  səs  ahəngini  artırmaq  məqsədilə  ona 

əlavə  simlər  də  qoşulur.  Telləri  ipək  sapdan  düzəldilir,  mizrabla  çalınırdı.  Rübabın 

kiçik  dairəvi  əsası  və  uzun  qolu  vardır.  Uzun  qolun  qurtaracağı  arxaya  tərəf  əyilmiş 

olur.  Qolun  üzərinə  isə  pərdələr  bağlanılır.  Rübabın  məlahətli,  qəlb  oxşayan  səsini 

Nizami quşların cəh-cəhi ilə müqayisə edir[137]. 

Başqa  musiqi  alətlərindən  fərqli  olaraq  rübab  haqqında  orta  əsr  mənbələrində 

az məlumat verilir. Xaqani Şirvani yazır: 

Ağlar rübab hey zərbədən, çömçə başı, kasə bədən, 

Taxta qulaq, zərdən rəsən, əl boyda meydan onda gör. 

XII əsrin şairlərindən Qivami Mütərizim yazır: 

Gözlərində oynar gözəl və şərab,  

Qulağında çalar cəng ilə rübab. 



Bərbət.  Azərbaycanda  yayılan  ən  qədim  simli  musiqi  alətlərindən  biri  də 

bərbətdir. Bu  alətin  adına  Nizami  Gəncəvinin  əsərlərində  tez-tez  rast  gəlirik.  Nizami 

göstərir ki, qulaqları burulan ipək telli bərbətə mizrab toxunan zaman hər tərəfə gözəl 

musiqi sədaları yayılırdı.  Bərbətin təmiz və zərif səsinə valeh olan Nizami müğənniyə 

belə müraciət edir: 

Müğənni, bir quşsan sən zaman bilən,  

De görək nə qədər keçmiş gecədən?  

Çox gec gəldiyindən quşların səsi, 

 Çal gəlsin, ucalsın bərbət naləsi! 

Bərbət musiqi alətinin quruluşu, onun simlərinin düzülüşü və neçə simli olması 

Xaqaninin aşağıdakı beytlərindən təsəvvürə gətirilir: 

Bərbət düşüb qalar, bir ölçüdə dörd rüng var, 

Bir boydadır səkkiz damar, Zöhrəylə Mizan onda gör! 

Buradan  aydın  olur  ki,  bərbətin  çanağı  dördkünc  olub,  səkkiz  simə  malikdir. 

Zöhrə  dan  ulduzu  Mizan  isə  üç  qardaş  ulduzlardır.  Deməli,  Zöhrə  ilə  Mizan  dörd 

ulduz  bərbətin  qolundakı  ulduz  kimi  parlayan  qulaqcıqlara  (aşıx)  işarədir.  Xaqani 

bərbətin ürək oxşayan səsini neyin həzin səsilə qoşalaşdırır: 

Mütrib olub tuti-həvəs,  

Bərbətdəki coşğun nəfəs

 Eylər dodaq barmaqla bəhs,  

Mizmar boğazından çıxar. 

Tar.  Üzeyir  Hacıbəyov  qeyd  edir  ki,  "...tar  Şərq  musiqi  təhsilini  genişləndirə 

bilən alətdən ən qiymətlisi, ən mühümüdür". 

Tar fars sözü olub, mənası incə tel, nazik sim, zərif sap deməkdir. Çox güman 

ki,  ikisimli,  "dütar"  və  üçsimli    "setar"  tarın  ulu  sələfləri  olmuşlar.  XVII  əsrdə  

Azərbaycanda olan türk səyyahı Evliya Çələbi "Səyahətnamə" əsərində qeyd edir ki, 



190 

 

gözəl  tembrə  malik  olan  altısimli 



şeştar  musiqi  alətinin  yaradıcısı 

azərbaycanlı 

Əlixan 

Təbrizi 


olmuşdur. 

Çələbi 


yazır 

ki, 


Türkiyədə  IV  Muradın  sarayında 

çartar  çalanların  içərisində  ən 

şöhrətlisi  naxçıvanlı  Murad  ağadır. 

Seyid Əzim Şirvani yazır: 

Kuş qıl ey ki, bilirsən özünü vaqifi-kar,  

Agah ol gör ki, nədir naleyi-ney, nəğmeyi tar,  

Nədir ol xüşk olan cubdə bu naleyi-zar  

Ki, sədasından onun qərq olur səbrü qərar,  

Açasan pərdəni hər pərdədə var yüz əsrar. 

XIX  əsrin  məşhur  tarzəni  Sadıqcan  18  yaşı  tamam  olanda  səsini  itirdikdən 

sonra qəlbinin fəryadını kamanın tellərinə köçürür, tarı özünə ömürlük həmdəm edir. 

"Mirzə Sadıq İran şahzadəsi Müzəffərəddinin toyunda elə bir məharət göstərmişdir ki, 

Nəsrəddin şah onu "Şiri Xurşid" qızıl medalı ilə təltif etmişdir"[138]. 

 1886-cı  ildə  M.F.Axundzadənin  "Misyö  Jordan  və  dərviş  Məstəli  şah" 

komediyasının  tamaşasında  tarçalan  Sadıqcan  belə  təsvir  edilir:  "...Tamaşanı  maraqlı 

edən əsasən sazəndələr idi. Tarda bütün Zaqafqaziyada birinci tarzən sayılan məşhur 



191 

 

Sadıq  çalırdı.  Onun  çalğısı  aydın,  sənətkarlıq 



cəhətcə dəqiq, güclü və məlahətli idi"[139].

 

 



Sadıqcan  təkcə  tarçalma  istedadını 

deyil,  həm  də  "sehrli  tar"ını  bizə  könül 

əmanəti  qoyub  getmişdir.  Şərq  aləmində  ilk 

dəfə  olaraq  Sadıqcan  tarın  quruluşuna  yenilik 

gətirmişdir.  Onun  tardakı  yeniliyi  Qafqaz, 

Orta  Asiya  və  başqa  yerlərin    musiqiçiləri  

tərəfindən  töhfə kimi qəbul edildi. Məlumdur 

ki, Sadıqcana qədər tarın beş simi olmuşdur və 

o  diz  üstə  çalınmışdır.  Tarzən  ilk  dəfə  olaraq 

tarı  sinəsinə  çıxardı,  ona  altı  sim  əlavə  etdi, 

tarı  on  bir  simli  musiqi  alətinə  çevirdi.  

Görkəmli    türk    musiqişünası  Rauf  Yekta 

Sadıqcanın  sənətkarlığına  yüksək  qiymət 

verərək  yazırdı:  "Sadığın    musiqiçilik şöhrəti 

cəmi  Qafqaza  yayılmışdı.  Tarzənlikdə  dahi 

olan  Sadıq  beşsimli  tara  altı  sim  əlavə  edib 

onu 

zənginləşdirmişdir. 



Məhz 

tarzən 


Sadıqcanın bu yeniliyindən sonra müasir tarın 

texniki  imkanları  xeyli  genişlənmiş  və 

təkmilləşmişdir"[140]. 

Bəstəkar  və  musiqişünas  Əfrasiyab 

Bədəlbəyli  Sadıqcanın  gördüyü  işləri  yüksək 

qiymətləndirərək yazır: "Əgər muğamatın ifası 

sahəsində  tarın  musiqi  alətləri  içərisində  yer 

tutduğunu  nəzərə  alsaq,  Mirzə  Sadığın  kəşf 

etdiyi yeniliklərin, nəticə etibarilə Azərbaycan 

musiqi  tarixində  böyük  bir  dönüş  yaratdığını 

təsdiq  etmiş  olarıq.  Demək  olar  ki,  birinci 

Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamatının mahiyyəti, onun ifadə vasitələri, 

təsir qüvvəsi və ifaçılıq üslubu yeni bir pilləyə qalxmış oldu. Mirzə Sadıq Azərbaycan 

musiqisi tarixində yeni səhifə açdı"[141]. 

Göründüyü  kimi,  Sadıqcan  XIX-XX  əsr  tarzənlərinin  ən  istedadlısı,  ən 

məşhuru  sayılır.  Böyük    tarzən      Sadıqcan      sənətinin    qüdrətli  davamçısı  Məşədi 

Cəmil Kərbəlayı Əmiraslan oğlu Əmirov 1875-ci ildə Şuşada dünyaya göz açmışdır. 

O  zamanın  çalıb-çağıranlarına  qulaq  asmış  və  onlardan  çox  şey  öyrənmiş,  dərs 

almışdı[142].  Onun  musiqiçi  kimi  yetişməsində

 

Mir  Möhsün  Nəvvabın  musiqi 



məclislərinin

 

böyük təsiri olmuşdur. 



Məşədi Cəmil 1907-ci ildən Gəncə şəhərinə köçmüş, şəhərin musiqi həyatında 

müstəsna  rol  oynamış,  burada  məşhur  xanəndələri  tarda    müşayiət    etmişdir.    O,   




192 

 

1911-1912-ci illərdə İstanbulda musiqi təhsili almış, burada türk musiqisinin sirlərini 



öyrənmiş, Azərbaycan muğamlarının nota köçürülməsinin ilk təşəbbüskarı olmuşdur. 

Məşədi  Cəmil  təkcə  tarzən,  xanəndə  deyil,  həm  də  dirijor və  bəstəkar  kimi  fəaliyyət 

göstərmişdir[143]. 

Sənətkarlar arasında Səlyanlı Şirinin öz yeri və öz xidməti vardır. Bu baxımdan 

1878-ci  ildə  dünyaya  gələn  Şirin  Məşədi  Hüseyn  oğlu  Axundovun  həyat  və 

yaradıcılığı  diqqətəlayiqdir.  Hələ  uşaqlıq  illərində  qarmona,  saza,  tara  meyil  edən 

Şirin sonralar zəmanəsinin böyük tarzəni kimi tanınmışdır. 

Onun  görkəmli    tarzən      kimi    yetişməsində    və  kamilləşməsində  Cabbar 

Qaryağdı  oğlunun  əməyi  son  dərəcə  böyükdür[144].  Şənliklərdə,  toy  məclislərində 

tarzənin  sehrli  barmaqları  dinləyiciləri  sehrə  salar,  tarın  imkanlarının  nəyə  qadir 

olduğunu göstərərdi. 

Şirin  Səlyanlı  keçən  əsrin  ilk  illərində  Bakıda  bir  sıra  görkəmli  xanəndələri 

müşayiət  etmiş,  şərəfə  layiq  görülmüşdür.  1905-ci  ildə  M.F.Axundzadənin 

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasında  xanəndə  Ələsgərlə birlikdə tamaşanın 

musiqisini ifa etmişdir[145]. Görkəmli tarzən dəfələrlə Cənubi Qafqaz və İranda tarın 

ecazi səsini dinləyicilərə çatdırmışdır. Hətta İranda  keçirilən müsabiqədə qızıl medala 

layiq  görülmüşdür.  Xalqımızın  musiqi    tarixində  yeri  olan  görkəmli  tarzən  cəmi  49 

yaş ömür sürərək 1927-ci ildə dünyasını dəyişmişdir[146]. 

Məşhur  tarzən  Qurban  Baxşəli  oğlu  Pirimov  Aşıq  Valehin    nəslindəndir.  

Uşaqlıqda    atasının  balabanını,  qardaşının  sazını  dinləmişdir.  Məşhur  tarzən 

Sadıqcandan dərs almış, ömrünü-gününü tarla başa  vurmuşdu.   İfaçılıq  fəaliyyətinə  

XIX  əsrin  axırlarından  başlayan  Qurban  Pirimov  dövrünün  məşhur  xanəndələrini 

tarda  müşayiət  etmişdir.  Muğam  sənətinin  kamil  bilicilərindən  olan  Qurban  Pirimov 



193 

 

ifaçılıqda özünəməxsus üslub yaratmış, tarda yeni xallardan istifadə etmişdir. O, opera 



sənətimizin çiçəklənməsində xüsusi xidmət göstərmişdir. 

Tarımızın,  xanəndələrimizin  və  musiqi  mədəniyyətimizin  inkişafına  böyük 

təsir  göstərən  Q.Pirimov  haqqında  Qara  Qarayevin  fikri  daha  mənalıdır:  "Onun 

çalğısında nə qədər

 

füsunkar bir gözəllik var idi! Onun vurduğu mizrablar neçə ürəyin 



arzularından  xəbər  vermiş,  neçə  qəlbin  tellərini  titrətmişdir!  İstər    bəstəkar  olsun, 

istərsə də adi musiqi həvəskarı, bu ölməz tarzənin xallarında, gəzişmələrində nə qədər 

şairanə  boyalar,  necə  böyük  ustalıq  görürdülər.  Onun  tarı,  sanki  bütün  xalqın  atəşin 

ürəyindən  yaranmışdı.  Odur  ki,  qocaman  tarzənin  çaldığı  muğamlara  və  mahnılara 

həyəcansız  qulaq  asmaq  mümkün  deyildi"(l47)  Məşədi  Zeynal,  Malıbəyli  Həmid, 

Mirzə  Fərəc,  Mənsur  Mənsurov  və  başqa  görkəmli  tarzənlər  tara  ümumxalq 

məhəbbəti  qazandırmış,  onun  nələrə  qadir  olduğunu  öz  çalğıları  ilə  sübuta 

yetirmişlər...  Mizrabla  çalınan  və  simli  musiqi  alətləri  ailəsinə  mənsub  olan  tarın 

gövdəsi  əsasən  tut,  nadir  hallarda  isə  qoz  ağacından  hazırlanır.  Səkkiz  rəqəmi 

quruluşunda  olan  gövdə  böyük  və  kiçik  çanaqlardan  ibarətdir.  Gövdənin  üzünə 

çəkilən pərdə qaramalın ürək pərdəsindən hazırlanır. Uzunluğu 78-96 sm-ə qədər olan 

tar çanaq, uzun qol və kəllə hissədən ibarətdir. Tarın qoluna çanaqdan başlayaraq 22 

və ya 23 ədəd pərdə sarınır. Tarın qoluna üç kiçik xərəkə nəsb edilmişdir ki, bunlara 

da "xoruzluq" deyilir. Tarın uc nahiyəsindən keçirilən 9, bəzən də 10 ədəd aşıq simləri 

lazımi dartımda sazlamaq və kökləmək üçün düzəldilir. Simlər çanağın üz dərisindəki 

xərəkəyə söykənir. Tarın çanağının ətrafı, qolu və aşıqları çox vaxt şirmayı sədəflərlə 

bəzədilir ki, bu da ona xüsusi gözəllik verir. 



194 

 

XIX-XX  əsrlərdə  tarın  təkmilləşməsi  və  inkişafı  muğamların  geniş 



yayılmasında  müstəsna  əhəmiyyət  kəsb  etmişdir.  Tar  təkcə  müşayiətçi  bir  alət  kimi 

qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı aləti kimi geniş yayılmışdır[148] 



Kanon. Şərq ölkələrində geniş işlədilən kanonun Azərbaycanda təxminən min 

ildən  çox  tarixi  vardır.  Nizaminin  "Leyli  və  Məcnun",  "İskəndərnamə"  əsərlərində 

kanon musiqi alətinin adına rast gəlinir. 

XVI  əsrdə  zərif  və  incə  tembrli  kanonun  daha  geniş  yayıldığını  qeyd  etmək 

olar.  Füzuli  "Həft-cam"  əsərində  kanonun  təsvirini  çox  incə  şəkildə,  ustalıqla 

vermişdir. Şair kanona müraciət edərək, onun bütün sirlərini öyrənmək, sehrli aləmini 

açmaq, qəlbləri fəth etməsinin səbəblərini aydınlaşdırmaq üçün onunla üz-üzə söhbət 

edir. 


Sonrakı  əsrlərdə  də  kanon  musiqi  məclislərimizin  yaraşığı  olmuşdur.  Taleyini 

qadın nəvazişinə bağlayan kanon həmişə olduğu kimi, indi də qadınlar tərəfindən daha 

çox ifa edilir. 

Qədim  kanonlarla  müasir  kanonların  quruluşunda  müəyyən  fərqlərin  olması 

şəksizdir.  Adətən  kanon  şam  ağacından  düzəldilir.  Bu  alətin  gövdəsi  hamar  taxta 

qutunu  xatırladır.  Üst  taxta  (deka)  gövdənin  böyük  hissəsini  örtür.  Həmin  taxtada  3 

böyük  rezanatorlu  deşik  vardır.  Alətin  aşağı  hissəsi  və  yanları  ağcaqayın  ağacından 

düzəldilir. Üst taxtası üzərində 23-24 üçər sim dartılmışdır. 

Gövdənin sonunda simlər deşikdən keçirilir və düyünlərlə bərkidilir. Simlərin o 

biri ucu isə palıd ağacından düzəldilmiş aşıqlara birləşdirilərək, açar vasitəsilə burulur. 

Simlərin  altında  membrana  söykənmiş  uzun  dayanacaq,  aşıqların  yanında  1-3 

metaldan ibarət linclər vardır. Bunları qalxızmaqla simlərin kökləri dəyişilir. Kanonu 

çalmaq üçün şəhadət barmağa taxılmış  metal üskükdən ibarət 2 "mizrabdan" istifadə 

olunur. Kanonun tembri zərifdir. O öz gözəlliyi və yumşaqlığı ilə fərqlənir. Bu musiqi 

alətinin uzunluğu 80-90 sm, eni isə 30-40 sm-dir. 

Üzeyir Hacıbəyov kanonun keçmişdə  ən  mötəbər  musiqi aləti olduğunu qeyd 

edir:  "Bu  gün  hər  bir  musiqar  üçün  piano  çala  bilmək  vacib  olan  kimi,  o  vaxt 

ərəblərdə  dəxi  bütün  musiqarlar  öz  çalğılarından  əlavə  kanon  çalmağı  dəxi  borc 




195 

 

bilirmişlər"[149]. Kanondan müşayiətçi musiqi aləti kimi istifadə olunur. Onda əsasən 



peşəkar musiqiçilər çalırlar. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin