Azərbaycan xalqının ümummilli lideri


Nəfəsli  musiqi  alətləri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə44/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   40   41   42   43   44   45   46   47   ...   139
Nəfəsli  musiqi  alətləri.  İnsanlar  tarixin  müxtəlif  dövrlərində  qarğı,  qamış, 

sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli 

musiqi  aləti  tütək  hesab  edilir.  Belə  güman  edilir  ki,  tütəyi  çobanlar  icad  etmiş,  ilk 

dəfə onlar dilə gətirmişlər. 

Etnoqrafik  axtarışlardan  aydın  olur  ki,  hələ  də  Azərbaycanın  kənd  yerlərində

 

daxili  boşluğu  olan  bəzi  bitkilərin,  xüsusilə  taxıl  və  qamışın  özəyini  əl  ilə  dartıb



 

çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti 

düzəldirlər.  Onu  üfürdükdə  nazik  cır  səs  alınır,  hətta  bəzən  onların  üzərində  kiçik 

dəliklər  açılıb  müxtəlif  havalar  çalınır.  Kim  bilir,  bəlkə  də  nəfəslə  çalınan  musiqi 

alətlərinin  yaranmasında  belə  sadə  xalq  təcrübəsinin  müəyyən  rolu  olmuş,  sonralar 

ağac  və  qarğı  zoğundan  tütək  düzəltmişlər.    Sadə    tütəklərin  qayırılması  o  qədər  də 

çətin  deyildir.  İçərisi  novlu  olan  quru  qarğını  kəsib  ucunda  dil,  üzərində  isə 

səslənməni nizama salan dəlik açırlar.  

Nizami  Gəncəvinin  məlumatından  aydın  olur  ki,  naməlum  bir  çoban 

qamışlıqdan  keçərkən  bir  qamış  kəsib  ondan  tütək  düzəldir  və  ürəyinin  kədərini 

onunla  dağıdır.  Guya  gəzintiyə  çıxan  İskəndər  tütəyi  dilə  gətirən  çobanı  görür.  Şah 

onu hüzuruna çağırıb tütəyin sirrini öyrənmək istəyir. Şair çobanın dili ilə tütəyi belə 

təsvir edir: 

Dedi: - Bir quyudan göyərib çıxmış,  

Şəkərdən şirindir məncə bu qamış. 

 Dəldim, yaraladım öz əlim ilə,  

Hələ kəsilməmiş gəlməzdi dilə.  

O cansız olsa da sevirəm can tək,  

Dilsizdir, mənimçün dildir bu tütək... 

Eramızın  IV-V  əsrlərinə  aid  edilən  və  albanlara  məxsus  zərif  naxışlarla 

bəzənmiş  tunc  qab  tapılmışdır.  Qabın  üzərində  rəqqasə  və  çalğıçı  rəsmləri  arasında 

tütəyə oxşar musiqi aləti də təsvir edilmişdir. 

Xaqaninin,  Füzulinin  əsərlərində  bu  zərif  musiqi  aləti  haqqında  məlumat  var. 

Tütəyin  gövdəsinin  üstündə  yeddi,  arxa  tərəfində  isə  bir  dəlik  olur.  Tütəyin  təsviri 

tapmacalarımızda da öz əksini tapıb. Səsi yumşaq, ürəyə yatan və məlahətlidir. 

Ney.  Neylə  tütəyin  görkəmi,  ifa  edilmə  tərzi  və  səsində  xeyli  oxşar  cəhətlər 

vardır. Üzeyir Hacıbəyov neyin ecazkar səsinə xüsusi qiymət verərək yazır: "Səscə ən 

pürməlahət və eşqnigar bir alət varsa, o da neydir ki, mütəəssifən çox az istelal olunur. 

Səsi qayət zərif olduğundan yalnız otaq içinə məxsus bir aləti-musiqiyyədir"[153]. 




197 

 

Xaqaninin, Nəsiminin, Füzulinin əsərlərində ney dönə-dönə təsvir edilmişdir. 



Orta  əsr  miniatürlərindəki  təsvir  edilən  musiqi  məclislərindəki  neyin  ümumi 

quruluşu  diqqəti  cəlb  edir.  XVI  əsrin  birinci  yarısına  aid  Sultan  Məhəmmədin 

"Şahzadənin əyləncəsi" səhnəsində ney çalanın rəsmi verilmişdir (154). Həmin rəsmə 

nəzər saldıqda onun müasir neylərlə yaxınlığı aydınlaşır. 50-60 sm uzunluqda lülədən 

ibarət  müasir  ney  düz  silindrik  şəkildədir.  Lülənin  aşağısında  bir  neçə  dəlik 

vardır[155]. 

Orta əsrlərin bir sıra başqa şairləri də neyə müraciət etmiş, onun zərif, kövrək 

səsindən  təsirlənmişlər.  Cəlaləddin  Rumi  öz  məsnəvisinin  müqəddiməsində  yazır: 

"Neyi eşit, gör nədən hekayət edir və ayrılıqlardan necə şikayət edir"[156]. 

XVII əsr Şərqin şeir və musiqi məclislərinin yaraşığı olan Mirzə Məhəmmədəli 

Saib  Təbrizi,  şair  Əlican  Qövsi  Təbrizi  də  neyi  özünəməxsus  bir  ustalıqla 

dilləndirmişlər.  Xalq  arasında  bəzən  şümşad  adlanan  ney  XIX-XX  əsrlərdə  də 

səslənmişdir. 

 Tulum.  Qədimdən  intişar  tapan  və  xalq  arasında  indi  də  qalmaqda  davam 

edən tulum nəfəsli musiqi alətləri ailəsinə mənsubdur. Bu alət iki hissədən - tuluq və 

ona  taxılan  ağac  zurnadan  ibarətdir.  Adətən  xırdabuynuzlu  heyvanların  aşılanmış 

dərisindən  hazırlanır.  Tuluğun  iki 

qollarından  başqa  qalan  yerləri,  hava 

çıxmasın  deyə  möhkəm  bağlanır.  Qol 

yerinin  birinə  keçirilən  sümük  lülə 

vasitəsilə hava tuluğun içərisinə üfürülür 

və  ağzı  tıxanır.  Digər  qola  isə  musiqi 

aləti  zurna,  balaban,  tütək  keçirilir. 

Çalğıçının  qoltuğu  altında  yerləşən 

üfürülmüş  tuluq  tədricən  sıxılır  və  bu 

zaman musiqi alətinin borusundan çıxan 

hava barmaqlarla çalınır. 

Başqa  nəfəsli  alətlərə  nisbətən 

tulum çətin çalınır. Burada tuluq və ona 

keçirilən  musiqi  aləti  arasında  yaranan 

əlaqə  çalğıçıdan  böyük  məharət  tələb 



198 

 

edir.  Buna  baxmayaraq,  tulumun  üstün  cəhəti  də  vardır.  Tulumu  hava  ilə 



doldurduqdan  sonra  onu  bir  müddət  çalmaq 

mümkündür. 

Tulum  çobanların  fərdi  musiqi  alətidir. 

Etnoqrafik  materiallardan  aydın  olur  ki,  tulum 

təkcə  çobanların  musiqi  aləti  olmayıb,  ondan  el 

şənliklərində  də  istifadə  edirlər.  Tulumçu  eyni 

vaxtda həm çalır, həm də oynayır. 

Tulum  Azərbaycanda  Şərur,  Şahbuz,  Laçın 

və Qubadlı rayonlarında geniş yayılmışdır. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin