Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə110/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   106   107   108   109   110   111   112   113   ...   139
darı,  tutmalaq  (ovuc),  güllük,  bəhrə,  kar,  kəndir,  ip,  sicim,  tənab,  ciyədən  də 

istifadə  olunduğunu  yazırlar[23].  Lakin  bunlar  çox  işlənmədiyinə  görə  xalqın 

məişətində uzunömürlülük qazana bilməmişdir. 

Uzunluq ölçü vahidləri kimi, xalq arasında işlənmiş qədim çəki vahidlərini də 

təxminən  iki  qrupa  bölmək  olar.  Birinci  qrupa  tutumundan  çəki  və  ölçü  məqsədilə 

istifadə  edilən  müəyyən  qabları,  ikinci  qrupa  isə  konkret  müəyyən  olunmuş  çəki  və 

ölçü vahidlərini aid edə bilərik. 

Ölçü və çəki vahidi kimi hər hansı qabın tutumundan hələ konkret çəki və ölçü 

vahidlərinin məlum olmadığı dövrlərdən istifadə edilməyə başlanmışdır. Bu da qədim 

insanın  təsərrüfat  fəaliyyəti  və  məişət  qayğıları  zamanı  yaranmış  problemləri  həll 

etmək ehtiyacı ilə bağlı olmuşdur. "Bir kisə un", "bir çuval taxıl", "bir tas arpa", "bir 

ovuc kişmiş", "bir dolça su" kimi ifadələr qabla ölçmə adətinin xalqımızın yaddaşında 

və məişətində bugünkü yaşantısının bariz təsdiqidir. 

Uzun  illər  ölçü  qabı  kimi  işlədilən  tas  dəyirmi  dərin  qabdır.  Bir  şeyin 

miqdarını bilmək üçün ondan ölçü məqsədilə istifadə olunmuşdur. 

Atı sevib bəslə körpə,  

Hayxıranda çıxsın sarpa.  

Hər öynədə qırx tas arpa,  

At igidin qardaşıdı.[24] 

Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq 

dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə 

ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 

girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. 

Ölçü  vahidi  kimi  işlədilən  qablardan  biri  də  tuluq  olmuşdur.  Tuluq  qoyun 

dərisindən  hazırlanırdı.  Ondan  əsasən  maye  halında  olan  ərzaqları  və  yeməkləri 

saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi 

batman  (1  batman=8  kq)  unun  çörəyi,  yeddi  batman  düyünün  aşı,  yeddi  tuluq  şərab 

mənim bir öynəmin xörəyidi"[25]. 

Çanaq oğuz - türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən 

hazırlanan  qabdır.  Ondan  məişətdə  həm  qab  kimi,  həm  də  ölçü  məqsədilə  geniş 

istifadə  edilmişdir.  Təxminən  12  kq  tutumu  olmuşdur.  "Bir  çanaq  arpa",  "bir  çanaq 

pendir" anlayışları çanağın tutumu ilə bağlı yaranmışdır. 

Çanaq  pendiri  çanaqda  hazırlandığına  görə  belə  adlandırılmışdır.  Xalqımızın 

məişətində  əski  çağlardan  bir  şeyin  həm  sayca,  həm  çəkicə  miqdarını  kisəylə  də 

hesablamışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. "Bir kisə arpa", "bir 

kisə  qənd"  deyimlərini  indi  də  ticarət  yerlərində  tez-tez  eşidirik.  Bu  ifadələr  50  kq 

çəkiyə bərabərdir. "Nisyə - girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" 

kimi atalar sözləri kisənin məişətimizdəki işləkliyini aydın göstərir. 

Bunlardan  başqa,  Azərbaycanda  badya,  satıl,  sərnic  və  s.  qablardan  da  ölçü 

qabı kimi istifadə olunmuşdur. Bu qablardan ölçü məqsədilə istifadə olunmasına dair 




382 

 

folklorumuzda və yazılı ədəbiyyatımızda çoxlu misallar var. 



Belinən bu yeri əkdim bir ayda,  

Sulamaqdan su da qalmadı çayda.  

Biçdim, döydüm, darım oldu bir bayda, 

 Qoy söyləyim, mahallara car olsun![26] 

Və yaxud: 

Bir sərnic süd sağan üç satıl satır,  

Nə sağsa birəbir su qatıb satır.[27] 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin