Xanəndəlik sənəti. Musiqi dünyamızın gözəlliyini xalqa çatdıran, onu geniş
əraziyə yayan xanəndələrdir. Xanəndə hər şeydən əvvəl, muğam yaradıcısı, muğam
carçısıdır. Mahnısı, təsnifi, rəngi də bir ayrı gözəllik. Xanəndə onları geniş yayan,
şöhrətə çatdıran el sənətkarıdır. Xanəndə sayılan, seçilən, sevilən peşəkardır. El-oba
istəyi, şən məclislər yaraşığıdır. Dərin məzmunlu musiqimizin xanı, bəyzadəsi, şahı,
sultanıdır. Bu nadir sənət tanrı vergisi, taleyin üzə gülməsidir. Xanəndə bir sıra ümdə
cəhətləri özündə cəmləşdirən istedad sahibidir.
148
Bəllidir, xanəndəlikdə səs əsasdır, həlledici amildir. Xanəndənin məlahətli
bəmi könül oxşamalı, zili könül ovsunlamalıdır. Ürəkdən süzülən məlahətli səs
boğazda qaynadılar, dildə oynadılar. Üstəlik, nəfəs də, həvəs də. O da həqiqətdir ki,
xanəndə səsinin qədir-qiymətini bilməli, onu müdam qorumalı, qeydinə qalmalıdır.
Xanəndə təkcə səsi, sözü deyil, həm də ədəb-ərkanı, davranışı, oturuşu-duruşu
ilə ad-san qazanır, el ağsaqqalı, el sənətkarı səviyyəsinə yüksəlir. Xanəndə
ağayanalığı, ərkənyanalığı, gülərüzlüyü, sadə və səmimiliyi ilə seçilməlidir. Şübhəsiz,
xanəndənin libası, geyim dəsti və xüsusi görkəmi də təsir gücünə malikdir.
"...Çalan və çağıran xoşsurət və xoşsima və şirin dilə malik olsun ki, baxanların
və eşidənlərin şadlığına səbəb olsun"[45].
Xanəndə çalğıçı, xüsusilə tarzənlə həmfikir, həmsöz olmalıdır. Xanəndə
tarzənin sehrli barmaqlarını, tarzən xanəndənin sehrli ürəyini duymalıdır. Tarzən öz
çalğısı ilə xanəndənin oxusu arasında körpü yaradır, onu ilhamlandırır. Xanəndənin
yaxşı qaval çalması da mütləq şərt sayılır.
Xanəndə daim öz üzərində işləməli, çalışqanlığı, zəhmətsevərliyi ilə diqqəti
cəlb etməlidir. Sənətinə vurğunluq, oxuyub öyrənmək də öz qaydasında. Xanəndə
musiqi tarixinə, öz sələfləri və müasirlərinin əməllərinə yaxından bələd olmalıdır.
Geniş bilik, hazırcavablıq və xalqın adət-ənənəsinə dərin ehtiram da əsas şərtlərdəndir.
Xanəndə məclisi ələ almağı, şənliyə sahib olmağı bacarmalıdır. Dinləyici ilə təmasa
girməli, ürəklərə körpü salmalıdır. Oxuduğu muğama uyğun şeir seçməlidir. Muğamın
məzmunu şerin ruhu ilə qoşalaşmalıdır. Sözlər açıq-aydın tələffüz edilməlidir.
Həqiqətdir ki, muğamlarımızın mətnində aparıcı yeri klassik qəzəllər tutur.
Deməli, muğamlarımız qəzəl üstə, qəzəllərimiz muğamat üstə köklənib. Muğamat
qəzəlin bəxti, taleyi, qəzəl muğamatın pərvanəsi, dəli-divanəsi. Kövrək sözlərin, ecazi
səslərin vüsəti qoşa vuran ürəklər, qoşa döyünən qəlblərdir. Bu birlik, bu qoşalıq hər
149
iki mənəvi sərvətin inkişaf mənbəyi, kamillik məbədgahı, ruhi qidasıdır. Dahi Füzuli,
böyük Vahidin qəzəllərində muğamlarımız nə qədər də gözəl və ülvi səslənir!
Qəzəlin məzmunu muğamın mənasıyla qoşalaşmalı, dinləyicini sehrə
salmalıdır. Öz ovsunu ilə dinləyicinin qəlbini oxşamalı, layla çalıb, laylalanmalıdır.
Yeri gələndə qəmin gözünə bir az sevinc qatmalı, məclis əhlini haldan-hala salmalıdır.
Eşq-məhəbbət muğamlarında Məcnun olmalı, Leyli ülviyyətinə səcdə qılmalı, hamını
yandırıb-yaxmalıdır...
Son iki əsrdə xalqımızın böyük muğam ustalarının səsi Şərqin və Qərbin
musiqi ocaqlarının bəzəyinə çevrilmişdir. Bu dövr xanəndələrinin hər birinin öz dəsti-
xətti, oxu tərzi, səs diapazonu. Hərəsinin də öz qədir-qiyməti, öz şan-şöhrəti. Onların
böyük
əksəriyyəti
haqqında
az
yazılmamışdır[46]. Oxucularda muğam və
mahnı sənəti haqqında tam təsəvvür yaratmaq
məqsədilə bəzi məşhur xanəndələri
yada
salmaq, onların haqqında müxtəsər məlumat
vermək istərdik.
XIX əsrin birinci yarısında Şuşada
anadan olan Hacı Hüsü Niftalı oğlu zil və könül
oxşayan səsi ilə seçilmişdir. O, "Orta mahur"u,
"Çahargah"ı özünəməxsus tərzdə ifa edərmiş.
"Rast", "Şur" və "Mahur" muğamlarını yeni
xallar, guşələrlə zənginləşdirmişdir. Bəzi təsnif
və mahnıların yaranmasında onun da rolu
vardır. Böyük xanəndə 1896-cı ildə Aşqabadda
dünyasını dəyişmişdir[47].
Xanəndə Səttar qədim Azərbaycan
şəhəri Ərdəbildə dünyaya gəlsə də, onun doğum
və vəfatı tarixi hələlik qaranlıq qalır. Lakin
onun XIX əsrin birinci qərinəsində anadan olması təxmin edilir. Bir müddət
Məhəmməd Mirzə şahın sarayında oxusa da taleyi onu 1844-cü ildə Naxçıvanla
bağlayır[48].
Səttar tezliklə təkcə vətənində deyil, qonşu ölkələrdə də sevilir. Onun ipək kimi
yumşaq, qeyri-adi, qəlbə nüfuzedici səsi çoxlarını valeh etmiş, şəninə şeirlər
yazılmışdır. Bu baxımdan Y.Polonskinin xanəndəyə həsr etdiyi şeri çox qiymətli və
maraqlıdır:
Səttar! Səttar! Nə zaman qəhərlidir, ah-vayın,
O boğuq fəryadından göy kişnər, bulud ağlar...
Kamanın iniltisi, qavalın qəm harayı
Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar...
Qul ayrı cür oxumaz - duyuram bu nəğməni –
150
Yanğısı təranəndən qopan zəncir səsidir.
Səttar! Səttar! Hönkürtün təşvişə salır məni –
Bu insan taleyinin qəmidir, qüssəsidir[49].
Sənətkarın Tiflis həyatı və onun sehrli səsi daha geniş meydan almışdır. O bu
şəhərdə yaşayan başqa millətlərin də dilində məclislər aparır, mahnılar oxuyur.
Sənətkar bir sıra muğamları, xalq mahnılarını özünəməxsus tərzdə oxuyur, hamını
heyrətə salırdı.
XIX-XX əsr xanəndələri arasında Cabbar Qaryağdı oğlu daha çox şöhrətlənən
və xalqına başucalığı gətirən təkrarsız sənətkardır. O, haqlı olaraq Azərbaycan vokal
sənətinin banilərindən biri, böyük el nəğməkarı və görkəmli musiqişünas
kimi
tanınmışdır. Şuşa torpağının istəkli övladı olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə
Seyidlər məhəlləsində boyaqçı ailəsində dünyaya göz açmışdır[50]. Gənc yaşlarında
səsini sınamış, məclislərdə ustadları dinləmiş və fürsət düşəndə oxumuş, tanınmışdır.
Tezliklə onun ad-sanı demək olar ki, Azərbaycanın hər guşəsində ehtiramla yad
edilmişdir. Çox keçmədən müğənninin qeyri-adi səsi Qafqazın bir sıra bölgələrində,
İran və Orta Asiyada eşidilmişdir.
Əsrin
əvvəllərində
xanəndənin
şöhrəti daha da artmış, xalqın böyük
müğənnisi kimi adı dillər əzbəri olmuşdur.
Onun bənzərsiz səsi güclü, zil, geniş
diapazonlu və şux, oynaq olması ilə
seçilirdi. Onun ifasında "Bayatı Qacar",
"Dəşti", "Çahargah", "Heyratı", "Kürdü-
şahnaz" və s. muğamlar (51) sanki yenidən
yaranmış, təsirini, məlahətini artırmışdır.
Cabbar Qaryağdı oğlunun səsinin
Kiyev, Moskva və Varşavada qrammofon
valına yazılması dövrünə görə böyük hadisə
olmuş və onun şöhrətini daha da artırmışdır.
Xanəndəni dünya şöhrətli İtaliya müğənnisi
E.Karuzo ilə müqayisə etmələri və
S.Yeseninin
onu
"Şərq
musiqisinin
peyğəmbəri"
adlandırması
fərəh
doğurur[52]. Opera sənətimizin inkişafı, xalq muğam və mahnılarının toplanması və
XIX əsr musiqisi haqqında tədqiqatı xalqına əvəzsiz yadigar, qiymətli töhfədir.
Musiqimizin beşiklərindən biri olan Cənubi Azərbaycanda çox xanəndələr
olmuş, çox ürəkləri fəth etmişlər. Lakin onların yaradıcılığı və taleləri layiqincə
işıqlandırılmamışdır. Bəziləri haqqında
olan məlumatlar kifayətedici deyildir.
Belələrindən biri Əbdülhəsən xan Azər İqbal Soltandır. Əbülhəsən xan 1871-ci ildə
Təbrizdə ziyalı ailəsində dünyaya gəlmişdir. Tezliklə onun heyrət doğuran səsi
eşidilir. Muğamların daxili aləminə bələd olur, onları mahiranəliklə ifa edir. Qəzvində,
151
Tehranda, Təbrizdə məclislər keçirir, sevilir, seçilir[53]. Onun təkcə qəlb oxşayan səsi
deyil, həm də vüqarlı görkəmi, məharətli davranışı könüllərə hakim kəsilir.
Xalqımızın böyük xanəndəsi Əbülhəsən xan Azər çox yazarların diqqətini cəlb
etmiş, onun şəninə təriflər söyləmişlər. Lakin
xanəndənin tərifi Şəhriyarın incilərində sədəfə
düzülmüş və dəqiq mənalandırılmışdır:
Tapdı İqbal ilə şöhrət bu cahanda musiqi,
Gül üzün gördü, gül açdı gülüstanda musiqi.
Sanki sənət zirvəsindən bir şəlalə yollanır,
Coşqun avazı ilə həmahəng olanda musiqi.
Şaxta vurmuşsa hünər gülzarini,
İqbal ötər bülbülü-şeyda olub fəsli xəzanda
musiqi.
Güzgüdür saf qəlbi, onda əks edər öz hüsnünü,
Lalə tək rüxsarini seyrə dalanda musiqi.
Şövqilə bir zümzümə axsa döşündən su kimi,
Güllənər dağda, çəməndə, bustanda musiqi.
Fəxr edər şair ki, vəsfində sənin yazmış qəzəl,
Fəxr edər çünki, adınla hər zamanda musiqi[54].
Azərbaycanda
xanəndəlik
sənətinin
inkişafında Əbdülbağı Bülbülcan Kərbəlayı Əli
oğlu Zülalovun xüsusi xidmətləri olmuşdur.
Görkəmli muğam ustası Bülbülcan 1841-ci ildə
Şuşada anadan olmuş, 1927-ci ildə Bakıda
torpağa tapşırılmışdır[55]. Heç şübhəsiz, bir sıra
sənətkarlar kimi Bülbülcanın Şuşa ədəbi
mühitində əvəzsiz rolu olmuşdur. Görkəmli
xanəndə 1876-cı ildə Tiflisə köçür və uzun illər
qızğın fəaliyyət aparır.
Böyük tarzən Sadıqcanın Bülbülcanla
birgə çal-çağırı hər iki sənətkara ümumxalq
məhəbbəti qazandırmışdır. Onlar Tiflisdə
şənliklər təşkil edir, birlikdə çalışırdılar. Birinin tarının ecazi səsi, birinin təkrarsız
oxusu, mahnısı, şərqisi. O, mühitə, şəraitə uyar türkcə, gürcücə, farsca, ləzgicə
oxuyur, hamını valeh edirdi. Onun məlahətli səsi, şirin avazı alqışla qarşılanırdı[56].
Əbdülbağı Zülalov həm də geniş ərazidə məşhurlaşan bir sıra xanəndələrin
müəllimi olmuş, onlara çətin sənət yollarında uğurlar diləmişdir. Onlardan Cabbar
Qaryağdı oğlu, Musa Şuşalı, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Vahab bəy,
Seyid Şuşinski və başqalarını xatırlatmaq olar[57].
XIX əsrin ortalarında Şamaxıda dünyaya gələn Mirzə Məhəmmədhəsən
İsmayıl oğlu Fələkzadə Şirvani ən tanınmış el xanəndələrindəndir[58]. Xanəndənin
152
məlahətli, könül oxşayan səsinə vurulan Seyid Əzim Şirvani onu öz incilərinə
köçürmüşdür:
Əqlim əlimdən nə gülü yasəmən aldı,
Nə sünbülü reyhan, nə baği-çəmən aldı.
Davud məgər zində olub dəhrdə Seyyid,
Arami-dilim sövt-Məhəmmədhəsən aldı.
XIX yüzilliyin ikinci yarısı və XX yüzilliyin əvvəllərində xalqımızın ifaçılıq
tarixində Həmid İmanqulu oğlu Qurbanov görkəmli xanəndə, tarzən və aktyor kimi
tanınmış və sevilmişdir. İpəksəsli, xoşavazlı Həmid "Segah" muğamının bir ayrı həvəs
və özünəməxsus tərzdə dinləyicilərə çatdırır, alqış sədaları ilə qarşılanırdı. Bəzən bu
bənzərsiz ifaya görə ona "Həmid segah" da deyirdilər[59]. Hər xanəndənin öz oxu
tərzi muğamların ifasına öz dəsti-xəttini göstərir, öz möhünü vururdu. O da
təqdirəlayiqdir ki, Malıbəyli Həmid 1910-cu ildə Riqada "Qromofon" şirkətinin xahişi
ilə "Şur", "Rast", "Yetim segah", "Humayun" muğamlarını vala yazdırmışdır. O, eyni
həvəslə xalq mahnılarının bənzərsiz ifaçısı olmuşdur[60]. Sonralar səsini itirən
sənətkar əsasən tarzənlik etmiş, böyük uğurlar qazanmışdır. Malıbəyli kəndində
dünyaya göz açan və sonralar uğurlar qazanan xanəndə, tarzən adını şərəflə daşıyan
sənətkar 1922-ci ildə vəfat etmişdir.
Görkəmli Azərbaycan xanəndəsi Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə
anadan olmuş, gəncliyində çətinliklərlə üzləşmişdir. Lakin bacarığı, zəhməti və
əzmkarlığı onu arzusuna qovuşdurmuşdur. Onun xanəndəlik sənətinə yiyələnməsində
xanəndə keştazlı Həşimin əvəzsiz rolu olmuşdur[61]. Zaman keçdikcə Ələsgər
məclislər aparmış, sözü, səsi, avazı ilə dinləyicilərin rəğbətini qazanmışdır. Xanəndə
"Çahargah", "Bayatı-Şiraz", "Şüştər" muğamlarını özünəməxsus və mahiranə tərzdə
ifa etmişdir. Onun bənzərsiz ifasında bir sıra muğamlar, mahnılar vala yazılmışdır.
1929-cu ildə vəfat edən görkəmli xanəndə haqqında Cabbar Qaryağdı oğlu demişdir:
153
"Ələsgər, biz səni yox, "Rahab"ı
dəfn edirik"[62].
XIX əsrin ikinci yarısında
Şuşada dünyaya gələn, XX əsrin
altmışıncı illərinin əvvəllərində
dünyasını
dəyişən Məşədi Məmməd
Fərzəliyevin xalqımızın musiqi
tarixində xüsusi yeri olmuşdur.
Qarabağ
musiqi
məktəbinin
istedadlı nümayəndəsi, geniş səs
diapazonuna malik olmuşdur[63].
Qəribə
taleli
Məşədi
Məmməd müxtəlif illərdə Gəncə,
Tiflis,
Batumi,
İstanbul,
Vladiqafqaz və başqa şəhərlərdə
yaşamış, öz bənzərsiz sənətini
inkişaf
etdirmişdir.
Xanəndə
muğamlarımızın demək olar ki,
hamısını eyni məharət, eyni həvəslə
ifa etmişdir. O, 1912-ci ildə "Sport-rekord" şirkətinin xahişi ilə Varşavada olmuş,
xeyli muğam, təsnif və xalq mahnılarını vala yazdırmışdır[64]. 1929-cu ildə xaricə
səfər edən Məşədi Məmməd vətənə dönməsə də, xalqımızın zəngin musiqisini geniş
əraziyə yaymışdır. Ömrünün 90 yaşında İstanbulda torpağa tapşırılmışdır[65].
154
Şuşalı İslam Əbdül oğlu Abdullayev
1876-cı ildə anadan olmuşdur. Şuşanın toylu-
büsatlı, çal-çağırlı aləmi İslamın gələcək
xanəndəlik taleyini möhürləmiş, onu işıqlı yola
uğurlamışdır. Gənc xanəndə püxtələşdikcə onun
səsinin
sorağı
Gəncəbasardan,
Şəkidən,
Şirvandan gəlir. "Segah"ının səsi, sədası İrana
yayılır. Xanəndənin "Yetim segah"ı dinləyiciləri
heyran qoymuş, eşq-məhəbbət atəşinə salmışdır.
Böyük el sənətkarı təkcə "Segah" muğamını
deyil, qalan muğamlarımızı da eyni həvəs,
təsirli, qəlbə nüfuzedici, təkrarsız səsilə ifa
edərək hamını heyrətdə qoymuşdur[66].
İslam Abdullayev həm də bir musiqi
müəllimi
kimi
bir
sıra
xanəndələrin
yetişməsində xüsusi xidmət göstərmişdir. Bir
sıra sənətkarlarla yanaşı görkəmli xanəndənin
oxusu qrammofon valına yazılmış, geniş ərazidə
yayılmışdır. Bu baxımdan xanəndənin 1910-1915-ci illərdə "Sport-rekord" və
"Ekstrafon", "Primer-rekord" aksion cəmiyyətləri tərəfindən təsniflər, muğamlar, xalq
mahnılarının
vala
köçürülməsi
diqqətəlayiqdir[67]. Əvəzedilməz xanəndəmiz
Segah İslamın 1964-cü ildə vəfatı xalqımızın
kədərinə səbəb olmuşdur.
Təkrarsız səsilə şöhrətlənən Keçəçi oğlu
Məhəmməd 1864-cü ildə Şuşada doğulmuşdur.
O, 1904-cü ildə Bakıya köçərək xanəndəlik
sənətini inkişaf etdirmiş, məclislər aparmışdır.
Maraqlı cəhət odur ki, xanəndə 1912-ci ildə
Varşavaya dəvət olunmuş, muğam və xalq
mahnılarını məharətlə ifa etmişdir. 1926-cı ildə
Azərbaycan
Dövlət
Konservatoriyasında
işləyərək
gənc
müğənnilərin
yetişməsinə
çalışmışdır. 1940-cı ildə 76 yaşında Qubada
vəfat etmişdir[68].
Məşhur xanəndə Zülfüqar Səməd oğlu
Adıgözəlov 1898-ci ildə Qarabağın Qaradolaq kəndində anadan olmuşdur. O, XX
əsrin görkəmli sənətkarları sırasındandır. Onun pəsdən oxuması daha məlahətli, daha
təsirli idi. O, xalqlarımızın, çeşidli muğamlarımızın təkrarsız ifaçısı kimi tanınır və
sevilirdi[69].
Mir Möhsün ağa Seyid İbrahim oğlu Şuşinski 1889-cu ildə Şuşada anadan
156
olmuşdur. O, erkən yaşlarından oxumağa başlamışdır. Dini mərasimlərdə və el
şənliklərində ecazi səsi ilə könüllərdə fərəh tapmışdır. Seyid Şuşinskinin zil səsi
Qarabağdan bütün Azərbaycana, oradan Qafqaza yayılmışdır. Məclislərdə sehrli səsi,
davranışı ilə şöhrətə çatmışdır. Bütün muğamların, çoxlu mahnı və təsniflərin
təkrarsız ifaçısı idi. Onun "Rast" və "Çahargah" dəstgahlarını ifa etməsi möcüzə
doğurur, heyrət yaradırdı. Seyid Şuşinski bəhrli (ritmik) muğamlardan "Arazbarı",
"Heyratı", "Mani", "Səmayi-şəms" və "Mənsuriyyə"ni ustadanə ifa edirdi. Onun
ifasında "Güllü qafiyə", "Səlbi-kərayi", "Osman-kərayi" və aşıq havaları da məlahətlə
səslənmişdi[70]. O, bir sıra tanınmış xanəndələrin ustadı olmuşdur.
Güclü nəfəsi, şaqraq səsi, şirin zənguləsilə qəlblərə hakim kəsilən görkəmli
müğənnilərimizdən biri də Xan Şuşinskidir. Sərv boyu, şux qaməti, ləngər yerişi,
mehriban baxışı ilə yaddaşlarda qalan Xan. Ağayanalığı, duzlu, məzəli söhbətlərilə
sevilən Xan. Xalqımızın musiqi dünyasının xanı İsfəndiyar Aslan ağa oğlu Cavanşirov
musiqi ilə bələnib, musiqi ilə laylalanıb. Gəncliyində bir məclisdə "Kürdü-şahnaz"
oxuyanda hamı qeyri-adi səsdən heyrətə gələrək onu Xas Şuşinski deyə çağırıblar.
Onun şaqraq səsində "Segah", "Qatar", "Rast", "Çahargah", "Bayatı-Şiraz", "Şur",
"Qarabağ şikəstəsi", muğamları, saysız-hesabsız xalq mahnıları özünə əbədi məskən
salmışdır[71].
|