Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə39/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   35   36   37   38   39   40   41   42   ...   139
Ustad-Ģagird.  Aşıqlıq  dünyasına  uyar  şaqraq  və  yapışıqlı  səs  çox  şey  deyir, 

çox mətləb andırır. Onun gələcəkdə yaxşı aşıq olacağına zəmanət verir, çalıb-çağırma 

qabiliyyətini göstərir. Deməli, aşıqlığın ən ilkin və ümdə şərtlərindən biri səsdir. Qəlb 

oxşayan, qəlbi riqqətə gətirən səs. Lakin səs ilkin əlamətdi, müjdədi, şərtdi. Yaxşı səs 

hələ  aşıq  olmaq  demək  deyil.  Hər  səsi  olandan,  hər  oxuyandan  da  aşıq  çıxmaz.  Səs 

çox  yoxlamadan,  sınaqdan,  imtahandan  çıxmalıdır.  Gəncin  səsinin  qadir  və  qabil 

olmasını,  gələcəkdə  onun  necə  inkişaf  edəcəyini  və  tənəzzülə  uğrayacağını  ustad 

müəyyənləşdirir. Heç şübhəsiz, səslə aşıqlıq sənətinə "gəl" deyən də, ümid verən də, 

söz kəsən də ustaddır. Onun bu işdə hökmü, fərmanı qəti və səmimi olmalıdır. Ustad 

şagirdinin  səsini  təkrar-təkrar  yoxlayır,  fəhmilə  onun  səsinin  gələcəkdə  hansı 

mərhələlərdən keçəcəyini müəyyənləşdirir. Gənclik səsi, ustalıq səsi, qocalıq səsi. 

Bizcə,  ən  əsas  şərtlərdən  biri  də  şagirdin  eli-obası,  əsli-kökü  və  təlim-

tərbiyəsidir. Şagird ustadına əziz valideyni,  müdrik el ağsaqqalı, nurlu yol göstərəni, 

xoş  həyat  bəxş  edəni  kimi  baxmalıdır.  Şagird  son  dərəcə  səmimi,  sadə,  etibarlı, 

buyruqcul,  zəhmətsevər,  söz  götürən,  mətləb  anlayan,  tükü  tükdən  seçən,  qara  sudan 

qaymaq  çəkən  olmalıdır.  Buyurulduğu  və  bacardığı  işin  qulpundan  möhkəm 

yapışmalıdır.  Oturub-durmağını,  mərifət  əhli  olmağını  davranışı  və  həssaslığı  ilə 

təsdiqləməlidir. Ustad isə ona müştəri gözü ilə baxmalı, sərraf nəzərlə, səmimi-qəlblə,

 

Onun gələcək taleyinin axarını düşünməlidir. Şagirdin boy-buxunu, yaraşığı da diqqət 



mərkəzində olmalıdır. Ustad götürdüyü şagirdinə istəkli övladı, evin əziz qonağı, elin 

əmanəti  kimi  baxmalıdır.  Qayğılı  olduğu  qədər  də  tələbkar,  səmimi  olduğu  kimi  də 

sitəmkar olmalıdır. Sənət naminə, gələcək naminə. Qarşılıqlı anlayış, ülfət və qarşılıqlı 

təmas,  ata-övlad  münasibəti  çətin  və  şərəfli  işin  rəhni  və  təntənəsi  olmalıdır.  Ustad 

şagirdin başının tacı, şagird ustadın başucalığı. 

Ustad  öz  zəndi  və  fəhmilə  şagirdin  maraq  dairəsi,  qavrama  dərəcəsi,  savadı, 

sübutu,  qabiliyyət  və  istedadını  təkrar-təkrar  yoxlamalı,  istiqamətləndirməlidir. 

Şagirdin  məftunedici,  ilhamverici,  ümidedici  şeirlərini  nəzərdən  keçirməli,  əlavələr, 

dəyişikliklər etmək üçün sərf-nəzər etməlidir. Sinədəftərlik, bədahətən qoşub-düzmək 

istedadını itiləməli, cilalamalı, artırmalıdır. Ustad dastanlarımızın, haqq aşıqlarımızın, 

el  şairlərimizin  könül  dünyasını  tamam-kamal  bilməyi,  onları  yüksək  sənətkarlıq  və 



176 

 

yaradıcı baxımdan elə çatdırmağın sirlərini şagirdə öyrətməlidir. Təkrar-təkrar, dönə-



dönə, inadla, ümidlə,  həvəslə. Sazın sinini,  imkanlarını,  simlərin nizamlı düzümünü, 

hökmünü,  harayını,  pərdələrin  zilini,  bəmini,  sevincini,  qəmini  ürək  döyüntüsü  və 

sehrli  barmaqlarla  dilə  gətirməli,  dil-dil  çağlatdırmalıdır.  İnamla,  hünərlə.  Dərin 

məzmunlu, ibrətamizliklə dolu saz havalarını, havacatlarını qaynar səsilə, ötkəm sözü 

ilə,  odlu  nəfəsi  və  mahir  ifası  ilə  qoşalaşdırmalı,  məclisə  çatdırmalıdır.  Ustalıqla, 

cəsarətlə, qabiliyyətlə. Davranışı, ifası və icrasilə məclisi heyran qoymalıdır. 

Şagirdlik  müddəti  istedad,  şərait  və  imkana  görə  müxtəlif  olur.  Əsasən  üç  il 

müddətinə, bəzən beş, bəzən də yeddi il. Bəzən də ömrü boyu ustadı ilə birlikdə

 

çalıb-


çağırır. Ustad eyni vaxtda bir və ya bir neçə şagird də yetirə bilər. Onlarla həm fərdi, 

həm də kollektiv məşğul ola bilər. Burada şagirdlərin hazırlıq dərəcəsi əsas götürülür. 

Ustad  şagirdi  övlad  kimi  ərsiyələndirməli,  böyütməli,  köçürməlidir.  Quş 

balasını  yuvasında  bəsləyən,  qanadlandıran,  pərvazlandıran,  uçuran  kimi.  Şagird  də 

köçdüyü ocağa, pərvazlandığı yurda dönməli, pərvanələr tək başına dolanmalıdır. 

Ustad-şagird məsələsi indi də bir ənənə kimi davam etdirilir. Hər bir ustad aşıq 

bir və ya bir neçə şagird götürür, onlara saz çalmağı, saz havalarının tələbinə müvafiq 

oxumaq  və  oynamağı,  dastanları,  qaravəlliləri,  ümumiləşmiş  halda  desək,  aşıq 

sənətinin  incəliklərini,  özünəməxsus  cəhətlərini  öyrədir.  Ustad  yanına  gələn  şagirdi 

əvvəl  ilkin  yoxlamadan  keçirir,  şagirdin  səsinə,  nəfəsinə,  istedadına  yaxşı  bələd 

olduqdan sonra onu şagirdliyə qəbul edir[115]. 

Hər  dövrün  aşığı,  sazı,  sözü  olduğu  kimi,  hər  dövrün  aşıqlara  məxsus  geyim 

tərzi  də  olmuşdur.  Heç  şübhəsiz,  aşıqlar  eldə-obada  sayılmaq,  məclislərdə  seçilmək 

üçün xüsusi geyim dəstinə malik olmuşlar. Lakin aşıq geyim tərzini tam şəkildə bərpa 

etmək,  onun  təsvirini  vermək,  demək  olar  ki,  qeyri-mümkündür.  Etnoqrafik 

müşahidələr  əsasında,  yalnız  XIX  əsrin  sonu,  XX  əsrin  birinci  yarısında  aşıqların 

geyimlərini  təsvir  etmək  olar.  Onlar  bir  qayda  olaraq  başlarına  gümüşü  rəngli 

qaragüldən  buxara  papaq  qoymuşlar.  Əyinlərinə  çarpaz  düyməli  uzunətəkli  arxalıq, 

üstündən  çuxa,  altından  cibli  köynək,  qalife  və  ya  uzunsov  şalvar  geymişlər. 

Bellərində saçaqlı sallama gümüş kəmər, ayaqlarında uzunboğaz çəkmə, qoltuqlarında 

isə qara libaslı köynəyə salınmış min bir avazlı, durna boğazlı, sədəf düzümlü telli saz. 

Bu geyim tərzi, yaraşıqlı libas aşığın görkəminə vüqar və əzəmət bəxş edir, onu diqqət 

mərkəzində  saxlayır.  Bu,  Aşıq  Ələsgərin  timsalında  daha  aydın  nəzərə  çarpır.  O, 

əyninə  uzunətəkli  arxalıq,  üstündən  çuxa,  ayağına  məst  geyər,  başına  qaragüldən 

buxara papaq qoyarmış[116]. 

Xatırladaq ki, mətləb və məqsədimizlə, imkanımızla bağlı aşıq sənəti haqqında 

yığcam məlumat verməklə kifayətləndik. Biz həmin dövrün tanınmış və daha məşhur 

olanlarının  könül  əmanətinə  az  da  olsa  vaqif  olduq.  Onların  mənəvi  xəzinələrindən 

kiçik  gövhərlər,  incilər  seçdik.  Bu  təqdimat  olsa-olsa  ümmandan  bir  damladır,  aşıq 

dühasının minillikləri ötüb-keçən tarixindən bir lövhədir. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin