Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə99/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   95   96   97   98   99   100   101   102   ...   139
Yeddi  sayı.  Bir  sıra  xalqların  folklorunda,  yazılı  abidələrində,  ayin-

mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər 

fəal  olanı  yoxdur.  Elə  bu  səbəbdəndir  ki,  yeddi  sayının  insanın  maddi  və  mənəvi 

həyatındakı  həm  real,  həm  də  sehrli  mövqeyi  və  rolundan,  təbiət  mövcudluqları  ilə 

əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, 

eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, 

sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi 

küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. 

Hind  kahinlərinin  bildirdiyinə  görə,  ruhlar  aləmi  və  materiya  yeddi  qütbdən 

ibarətdir.  Kainat  yeddi  dairəyə  bölünür,  insanda  yeddi  fəaliyyət  başlanğıcı  var,  ruh 

uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın 

bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir[55]. 

Yeddi  sayının  yaradılışla  bağlılığı  səma  kitablarından  sayılan  "Tövrat"da 

məxsusi  şəkildə  bildirilmişdir.  Burada  yeddi  sayının,  ümumiyyətlə,  ifadə  etdiyi 

anlamlar çoxdur: "yeddi sünbül", "yeddi bolluq ili", "yeddi qıtlıq ili", "yeddinci gün", 

"yeddi  qardaş",  "yeddi  erkək  quzu",  "yeddi  inək"  və  s.  Digər  səma  kitablarında  da 

yeddi  sayı  çox  işlənib.  "İncil"də  yeddi  sayına  belə  rast  gəlirik:  "yeddi  qızıl  çıraq", 

"yeddi  ulduz",  "yeddi  kilsə",  "yeddi  ruh",  "yeddi  günəş",  "yeddi  şimşək",  "yeddi 

ilahə",  "yeddibaşlı  əjdaha",  "yeddi  dağ",  "yeddi  pəri",  "yeddi  padşah",  "yeddi  qızıl 

piyalə" və s. Sözsüz ki,  müqəddəs "Quran"da da yeddi sayının işlənmə  yeri və ifadə 

anlamı az deyil: "yeddi göy", "yeddi gecə", "yeddi gün", "yeddi yol", "yeddi dəniz", 

"yeddi inək" və s. 

Ümumiyyətlə,  yeddinin  göy-səma,  yer  -  torpaqla  bağlılığına  etiqad  çox-çox 

mənbələrdə  özünə  yer  tapmışdır.  Bu  mənbələrdə,  bir  qayda  olaraq,  göyün  yeddi 

qatdan, yerin yeddi iqlimdən ibarət olduğu bildirilir. 

Həm  də  deyilir  ki,  Tanrı  göyün  hər  bir  qatını,  yerin  də  hər  bir  iqlimini  yeddi 

günə  yaratmışdır.  Və  hətta  Tanrının  ilkin  olaraq  insanları  da  yeddi  nəfərdən  ibarət 

xəlq  etdiyi  söylənilir.  Bildirilir  ki,  Tanrı  yaratdığı  birinci  insanı  bəyənməmiş  və  bu 

səbəbdən  təzədən  yeddi  nəfər  xəlq  etmişdir.  Sonrakı  insan  nəsli  də  elə  bu  yeddi 

nəfərdən törəyib çoxalmışdır. 

Astronomik müşahidə və riyazi hesablamalar əsasında elm yeddi sayının Ayla 

əlaqəsini də təsdiq etmişdir. Belə ki, Ay öz fazalarını iyirmi səkkiz gün müddətində, 

yəni  hər  yeddi  gündən  bir  dörd  dəfə  dəyişir.  Başqa  sözlə,  Ay  bədirlənənə  qədər 

əvvəldə də, sonda da hilal yarımçevrə mərhələlərindən keçir. Bu da hər yeddi gündən 

bir təkrar olunur. 

Yeddi  sayının  kosmik  cisimlərlə  bağlılığı  yalnız  Ayla  bitmir.  Həmin  sayın 

Ayla  yanaşı  digər  səyyarələrlə  (Zühəl  Saturn,  Müştəri  -  Yupiter,  Mərrix  -  Mars, 

Günəş,  Zöhrə  -  Venera,  Utarid  -  Merkuri)  də  əlaqəsi  zənn  olunmaqdadır.  Elə 




370 

 

N.Gəncəvi, Ə.Nəvai, Ə.Cami kimi möhtəşəm sənətkarların "Xəmsə"ləri sırasına daxil 



etdikləri  əsərlərindən  birini  uyğun  olaraq,  "Həft  Peykər"  ("Yeddi  gözəl"),  "Yeddi 

səyyarə",  "Böyük  Ayı  bürcünün  yeddi  səyyarəsi"  adlandırmaları  da  bu  görüşlərlə 

bağlıdır. 

Yeddi  sayını,  xatırlandığı  kimi,  "Yeddi  qardaş  ulduz"da  adlanan  Böyük  Ayı 

bürcü ilə əlaqələndirmək cəhdi də olub. Bir mifdə deyilir ki, yeddi ulduz əslində bir-

birinə  qoşulmuş  yeddi  kişi  imiş.  Onlar  öz  yalanları  ilə  məşhur  imişlər.  Bundan 

qəzəblənən  Tanrı  onları  öldürüb  səmada  yeddi  ulduza  -  Böyük  Ayı  bürcünə  çevirir. 

Bəzi  xalqlarda  isə  Böyük  Ayı  bürcü  "xoşbəxt  tale  bəxş  edən"  sayılır  və  o,  "Yeddi 

Tanrı" adlanır. 

Skif  məişətində  də  Böyük  Ayı  bürcünün  himayəçi,  qardaşlıq,  əbədi  eşq  bəxş 

edən  simvol  bildirməsi  düşünülmüşdür.  Bu  da  onlarda  yeddi  sayının  müqəddəs 

sayılmasından  xəbər  verir.  Bunun  belə  olmasına  Y.V.Çəmənzəminlinin  "Qızlar 

bulağı" romanı da şahidlik edir. Romanda "Qoç" və "Xoruz" adlı iki qəbilənin bir-biri 

ilə  dostlaşması,  qardaşlaşması  şərəfinə  mərasim  keçirilir,  ayinlər  icra  olunur.  Bu 

ayinlərdən  biri  belədir:  Aralığa  üstüörtülü  bir  sini  gətirilir.  Orta  yaşlı  iki  qadın  bu 

örtüyü  qaldırıb  "Oradan  yeddi  ağ  daş  çıxarırlar.  Qarşı-qarşıya  duran  iki  qəbilə 

müməssillərinin sol əllərini qaldıraraq barmaqlarının şirin ətini cızdılar və çıxan qanı 

yaşıl  bir  yarpaq  üzərində  qarışdırıb"  yeddi  daşa  yaxdılar.  Daşlar  yolun  ortasında 

basdırıldı.   

Bu adət iki qəbilə arasında əmələ gələn qardaşlığa işarə idi. 

Sağ  tərəfdən  yeddi  ağsaqqal  aralandı,  yanaşaraq  başımıza  yeddi  bürünc 

ulduzlardan mütəşəkkil bir tac qoyub geri döndü. 

Bu adət yeddiqardaş ulduzun himayəsinə girməyimizin rəmzi imiş. 

Sol  tərəfdən  yeddi  ağbirçək  qadın  gəldi,  hərəmizin  köksünə  mumdan 

hazırlanmış yeddi nar taxaraq geri qayıtdı. 

Nar  eşqin  rumuzu  imiş.  Yeddi  nar  yeddiqardaş  ulduzun  bir-birinə  qarşı 

bəslədikləri əbədi eşqə işarə imiş[57]. 

Bu  deyilənlərdən  aydın  görünür  ki,  romanda  "Qoç"  adıyla  tanıdılan  qəbilə 

yeddiqardaş ulduza - Böyük Ayı bürcünə etiqad bəsləyir və onu sakral sayır. Ona görə 

də onlar əməl və işlərində, əsasən yeddi saylı nəsnələrin iştirakına üstünlük verirlər. 

Məişət  mərasimlərində  yeddi  sayına  müraciət  məqamları  daha  çoxdur. 

Həqiqətdir  ki,  soyu  yaşatmaq,  nəsli  çoxaltmaq  məsələsi  insanları  həmişə 

düşündürmüş,  ər  evinə  köçən  gəlinə  çoxlu  övlad  anası  olmaq  alqış-duası 

söylənilmişdir. Bu cəhət öz izlərini bir nəğmədə də qorumuşdur: 

Gəlin-gəlin, qız gəlin, 

 İnciləri düz, gəlin,  

Yeddi oğul istərəm,  

Son beşiyi qız, gəlin. 

Gəlinin  uşağı  olmadıqda  isə  qədimdə  də,  elə  indi  də  müalicəvi  çarələrə 

müraciət  olunub  və  olunur.  Bununla  əlaqədar  ayinlər  icra  edilir.  Həmin  ayinlərdə 




371 

 

yeddi  sayı  ilə  bağlı  olanlardan  biri  belədir:  uşağı  olmayan  qadın  çərşənbə  günü 



qəbiristanlığa gedib yeddi qəbirdən torpaq götürür. Arxaya baxmadan evə gəlib həmin 

yeddi qəbir torpağını suya tökür və bu suda çimməklə uşağı olacağına inanır. 

Uşaq  xəstələndikdə,  halbahal  olduqda  onun  qorxması,  yaxud  yenə  də  elə 

çilləyə  düşməsi  zənn  olunur.  Bu  məqamda  da  yeddi  sayı  ilə  bağlı  ayinlər  keçirilir. 

Yeddi  evin  qapı  cəftəsi  suya  salınır  və  bu  sudan  uşağa  dadızdırılır.  Yeddi  həyətdən 

yeddi çöp gətirib yandırılır. Yanan yeddi çöpün tüstüsü uşağın burnuna tutulur, alnına 

sürtülür. Bununla bəlanın sovuşacağı düşünülür. 

Məişət mərasimləri sırasında duran yas mərasimində ölənin yeddisi ayinlə qeyd 

olunur. Bundan savayı, dünyasını dəyişənin qırxına qədər hər yeddi gündən bir onun 

üçün  ehsan  verilir.  Etiqada  görə,  bu  günlərdə  ölənin  ruhu  gəlib  yad  edilib-

edilməməsinə göz qoyur. Əks halda ruh qəzəblənib yeni fəlakət törədə bilər. 

Bütün  bu  deyilənlər  yeddi  sayının  xalqımız  arasında  da  müstəsna  mahiyyət 

daşımasını aşkar edir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin