Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə96/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   92   93   94   95   96   97   98   99   ...   139
Dörd sayı. Haqq-hesab əməliyyatında üçdən üstün olan dörd sayı, hər şeydən 

öncə,  yaşadığımız  məkanın,  kosmos  mühitinin,  yəni  ümumilikdə  kainatın  üfüqi 

durumunu mifoloji anlamda simvollaşdırır. Və bu məqamda kainatın şaquli göstəricisi 

olan üç sayından heç də az dəyər daşımır. Əgər biz cəhətləri - şimal, cənub, şərq, qərb; 

istiqamətləri - sağ, sol, irəli, geri; ilin fəsillərini - yaz, yay, payız, qış və s. də buraya 

əlavə etsək, onda bu dəyər daha da artmış olur. 

Qədim  türksoylular  və  bu  soyluların  yaşadıqları  yerlərlə  qonşuluqda  məskən 

salanlar  da  məişət  quruluşları  üçün  dörd  sayını  simvol  olaraq  qəbul  etmişlər.  Bu 

cəhətə yurd salmaqda, çadır qurmaqda daha ciddi yanaşılmışdır. Odur ki, dörd sayı ilə 

simvollaşan cəhətlərdən - Cənub hər işin xeyirxah başlanğıcı bilinmişdir. Bu səbəbdən 

də  kainatın  mikromodeli  sayılan  olacağın  -  çadırın  qapısı  bu  səmtə  açılmışdır. 

Bununla, yəni hər sübh qapını açıb Cənubu görməklə, ona salam verməklə işlərin də 

uğurlu  olacağı  düşünülmüşdür.  Çadır  qapısının  əks  tərəfi  -  yuxarı  baş,  yəni  Şimal 

ehtiram  səmti  bilinmiş,  nüfuzlu,  hörmətli  kimsələrə  məhz  burada  əyləşmək  təklif 




368 

 

edilmişdir. Çadırın Şərq (sol) tərəfi qadın, Qərb (sağ) tərəfi kişi başlanğıcı sayılmışdır. 



Bu  səbəbdən  kişilərə  məxsus  nə  varsa,  çadırın  Qərb,  qadınlara  məxsus  olanlar  isə 

çadırın Şərq tərəfində yerləşdirilmişdir[52]. 

Dörd  sayının  dünyanın  dörd  səmtinin  üfüqi  simvolu  olması  əski  türk  yazılı 

abidələrində də qeyd olunub. Gültəkin və Bilgə xaqan abidələrində bildirilir ki, məkan 

anlamında dünyanın irəli-geri, sağ-sol olmaqla dörd səmti vardır. Türklər də xaqanlıq 

yaratmaq üçün yürüşlərini məhz bu istiqamətlərə yönəldirlər [53, 2-sətir 7]. 

"Ənasiri-ərbəə"  də  dörd  sayı  ilə  bağlıdır.  Və  bu,  dörd  nəsnəni  -  havanı  (yel), 

suyu, torpağı, odu (istiliyi) bildirir. "Ənasiri-ərbəə"nin bir də bir "Ərkani-ərbəə" (dörd 

əsil) adı vardır. Yəni mövcudatda nə varsa, onların canında bu dörd ünsür-hava (yel), 

su, torpaq, od (istilik) vardır. 

Dörd  sayının  dini  görüşlərlə  də  əlaqəsi  şübhəsizdir.  Belə  ki,  dörd  müqəddəs 

kitabın - "Tövrat", "Zəbur", "İncil", "Quran"ın uyğun olaraq dörd həzrət peyğəmbərə - 

Musaya,  Davuda,  İsaya,  Məhəmmədə  "göndərilməsi"nə  təsadüfi  hal  kimi  baxmaq 

olmaz. 



Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin