kəsimlərdə, sadəcə say olaraq qalmamış, o, müəyyən təsəvvür, görüş və baxışların da
kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya
364
modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi,
başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur. Bu daxilolma
təfəkkürdə Tanrının birliyi, vahidliyi, təkliyi, şəriksizliyi formulunu yaratmış və
sabitləşdirmişdir.
Dünya mədəniyyəti kontekstində bir sayı, həmçinin, ilin, fəsillərin, ayların,
həftələrin başlanğıcını, ilk gününü bildirmişdir. Özündən sonrakı saylarla müqayisədə
az işlənən bir sayı, eyni zamanda, həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirir.
Azərbaycan dastanlarındakı ustadnamələri ustadlar bir deməyib (bir başlanğıcdır), iki
deyib, iki deməyib, üç deyib, nağıllardakı padşahların çox vaxt aman-zaman bir övladı
olması və s. bir sayının müəyyənlik bildirməsini göstərir. "İllərin birində", "ayların
birində", "günlərin birində", "bir gün", "biri varmış, biri yoxmuş" və s. deyimlərdə bir
bir olaraq qalsa belə, qeyri-müəyyənlik bildirir. Bu məqamlarda bir sayının elə bir
mənası da olmur. Olsa-olsa o, təyinedici əlamət olaraq qalır.
Dostları ilə paylaş: