Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə89/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   85   86   87   88   89   90   91   92   ...   139
Boz rəng. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-

qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng 

anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və 

bu  "boz"un  nəinki  rəng,  hətta  müstəqil  və  qoşulduğu  sözlərlə,  qəbul  etdiyi  leksik 

şəkilçilərlə  bərabər  konkret  nəsnə  bildirməsi  də  vardır.  Misallara  baxaq:  boz  - 

qırqovulun  dişisi;  boz  -  dəmrova  oxşar  dəri  xəstəliyi,  keçəllik;  bozaq  -  qabayunlu 

Azərbaycan  qoyun  cinsi;  bozalaq  -  gövdəsi  yoğun,  yarpağı  bozumtul  alaq  otu; 

bozarantı  -  havanın  səhərə  yaxın  alaqaranlıq  halı;  bozartma  (bozqovurma)  -  yağlı 

ətdən  bişirilmiş  sulu  qovurma;  bozbaş  -  ət,  noxud  ilə  bişirilən  sulu  xörək;  bozqır  - 

susuz,  otsuz  çöl;  bozdar  -  qoyun  itinə  verilən  ad;  bozlamac  -  sacda  bişirilən  qalın 

yayma və s.[26]. 

Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk 

günə  qədər  olan  vaxtın  da  adı  bilavasitə  "boz"la  bağlıdır  və  bu  çağ  elə  "Boz  ay" 

adlanır. Ayın bu adda olması da səbəbsiz deyil. Xatırlanan zamanın buludlu, yağışlı, 

küləkli, isti, soyuq, günəşli-günəşsiz - bir sözlə, dəyişkən olması ayın belə ad daşıması 

ilə  nəticələnmişdir.  Əbəs  yerə  deyil  ki,  insanlar  da  bu  aya  münasibətlərini  "Boz  ay 

bozara-bozara keçər" şəklində bildirmişlər. Buradakı özündə bozluq daşıyan "bozara-

bozara"nın da həm müstəqim, həm də məcazi mənası vardır. Yəni rəng bildirmək (boz 

paltar, qorxudan, soyuqdan rəngin bozarması) və həm də xasiyyəti, sərtliyi, kobudluğu 

bildirmək  (boz  adam,  boz  sifət,  üstə  bozarmaq).  "Boz  ay  bozara-bozara  keçər" 

deyəndə də, sözsüz ki, daha çox ayın sərtliyi nəzərdə tutulur. 

"Kitabi-Dədə  Qorqud"dan  öyrənirik  ki,  bir  vaxt  xanların  ağ,  qırmızı  (qızılı), 

qara rəngli otaqları olurmuş və oğlu olanları ağ, qızları olanları qırmızı (qızılı), oğlu-

qızı olmayanları qara rəngli otaqda oturdurmuşlar[27]. Mənbələrdən öyrənirik ki, elə 

əski çağlarda xanların "Boz otağı" da var imiş. Onun bu otağı daha çox yas məclisləri 

üçün  imiş[26].  Deməli,  buradakı  "boz"  tanınma  əlaməti  kimi  otağın,  yaxud 

ümumilikdə çadırın hansı rəngdə olmasını bildirir. 

Arxada boz rəngin həm də "çal", "qır" çalarları olduğunu demişdik. Bu rənglər 

özlərini daha çox atlara aid adlarda göstərirlər. Misal üçün, "Kitabi-Dədə Qorqud"da 

Boz at, Boz ayğır, Ağboz at adları vardır. Xızırın da atı çox vaxt elə mənbələrdə Boz 

at şəklində təqdim olunur. "Qurdoğlu" Azərbaycan əfsanəsinin qəhrəmanı Aldədənin 

atının da adı Boz atdır. Qaçaq Nəbinin atı Boz at adıyla məşhurdur. Koroğlunun Qıratı 

da  əslində  elə  Boz  atdır.  Düzdür,  Qıratdakı  "qır"  sözünün  mənası  ilə  bağlı  müxtəlif 

fikirlər  olub.  M.H.Təhmasib  "qır"ı  "qor",  yəni  "od",  "qığılcım"  olaraq  izah 

etmişdir[29]. Sonralar bu fikrə eynilə şərik çıxanlar da olmuşdur[30]. Məsələnin belə 

olmamasını  sübut  edən  dəlillər  çoxdur.  Lüğətlərdə  "qır"ın  ata  aidliyini  bildirən 

yerlərdə belə yazılıb: çal at, açıq çal at, qırmızı boz at, ala at[31]. Azərbaycan dilində 

də "qır"ın mənaları az deyil: kül rənginə çalan ağ, çal, tünd boz rəng və s.[32]. 

Rəng bildirən "qır" sözündən başqa, ümumiyyətlə, bütövlükdə "Qırat"ın rəngi 

ilə bağlı da araşdırmalarda xəbərlər vardır. Bir mənbədə deyilir ki, "Qırat ağ üzərinə 

qara  xalların  yer  aldığı  rəngdə  olan  at.  Ağla  qara  və  ya  daha  qatı  tükləri  bir-birinə 




359 

 

qarışmış  kimidir. Göy qır, pambıq qır, açıq qır, adi qır, qatı qır, dəmir qır, qızıl qır, 



tutqun qır, çilli qır, paxla qır və başqa çeşidləri vardır"[33]. 

Altay  əfsanələrindəki  Ağxanın  atı  bəzən  "Ağ  qır",  bəzən  də  "Qır  bəyaz" 

adlanır[34].  Məşhur  hun  sərkərdəsi  Gültəkinin  də  atlarından  biri  "Qırat"  adlanır. 

Gültəkin  abidəsinin  quzey  yazısında  deyilir  ki,  Gültəkin  Qıratına  minib  doqquz  əri 

mızraqladı[35]. 

Örnəklərdən biz "qır"ın ağ, çal, ala, ən əsaslısı boz mənalarında açıqlanmasının 

şahidi  olduq.  Çalın  və  bozun  da  eyni  rəng  olduğunu  bilirik.  Deməli,  Koroğlunun 

Qıratı  da  öz  üstündə  elə  əslində  ağla  açıq  boz  rəngin  qarışığını  daşıyıb.  Daha  dəqiqi 

Koroğlunun Qıratı ocaqda  yanmış odunun tökülməmiş külü rəngdə,  yəni boz rəngdə 

olub. Bu rəng adlarını xatırlatdığımız atlara da elə bu cür aiddir. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin