Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə85/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   81   82   83   84   85   86   87   88   ...   139
Qara  rəng.  Ağ  rəngin  əksi,  müxalifi  olan  qara  rəngin  cəmiyyətdə,  məişətdə 

daşıdığı  məna,  qoşulduğu  sözlər  bütün  rənglərdəkindən  çoxdur.  Arxada  qara  rəngin 

kainatın  quruluş  modelində  Yerin  alt  qatını  bildirdiyini  demişdik.  Bu  elə  indinin 

özündə  də  belə  düşünülür  və  həmin  təsəvvür  dilimizdə  işlənən  ifadələrdə  də  özünü 

qorumaqdadır:  "Qara  yerə  girəsən",  "Başını  qara  yer  oğurlasın",  "Qara  yer  otağın 

olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara 

qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz 

bu nümunələrdə  qara  rəngin  yeraltı dünyanı  -  qaranlığı bildirməsi şəksizdir. Bundan 

savayı,  bilavasitə  mənəviyyatla  bağlı  "qaraüz";  tale  təyinli  "qara-bəxt",  "qaragünlü", 

"qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", 

"qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara 

kütlə"  və  s.  ifadələrdəki  rəng  anlamına  gələn  "qara"  da  üstündə  mənfi  məna  yükü 

daşıyır. 

Dedik  ki,  qara  rəngin  funksiyası  çoxdur  və  o,  qoşulduğu  sözlərdə  müxtəlif 

mənalar ifadə edir. Misal üçün, təkcə qədim adlarda (Qaraxan, Qaragünə, Qarabudaq, 

Qaraca  Çoban,  Qaraçəkur  və  b.),  istərsə  də  müasir  adlarda  (Qarakişi,  Qarakazım, 

Qaravəli  və  b.)  işlənmiş  "qara"  çoxanlamlıdır.  Bir  fikrə  görə,  adlardakı  "qara" 

xaqanlıqda  xanların titulunu  bildirir[14]. Başqa  bir fikrə  görə  isə  "qara", "titul" yox, 

"başçı, böyük" deməkdir[15]. "Qara"nın "qorxunc, dəhşətli, vahiməli, zəhmli, olduqca 

qorxulu, çox dəhşətli[16] epitet funksiyası daşımaqla "cəsarət və güclük damğası"[17] 




355 

 

olduğunu deyənlər də vardır. 



Dilimizdə  "qaraqaşlı",  "qaragözlü",  "qarasaçlı"  və  s.  ifadələr  də  işlək  sayılır. 

Buradakı  "qara",  sözsüz  ki,  rəng  bildirməklə  qaşın,  gözün,  saçın  qaralığını  bildirir. 

Amma məsələ belədir ki, bu rəngin vasitəsi ilə insanların antropoloji xüsusiyyətlərini 

də  ayırd  etmək  olur.  Bu  məsələ  ilə  bağlı  indiyə  qədər  açılmamış  çox  vacib  bir 

mətləbdən danışmağı yerində bilirik. Bəlli olduğu üzrə, araşdırmalarda "Kitabi-Dədə 

Qorqud"dakı Oğuzların türkmən, qırğız, qazax, özbək və üz quruluşları bunlara oxşar 

mənşəli  olmasından  az  söz  getməyib.  Amma  abidənin  boylarındakı  Oğuz  kişi  və 

xanımlarının  qara  qaşlı,  qara  saçlı,  qara  gözlü,  ala  gözlü,  qıyma  gözlü  olmaları  bu 

deyilənlərin əksindən xəbər verir. 

Mətləbə keçməzdən öncə "qıyma göz"lə bağlı bir məsələ ilə tanış olaq. "Qıyma 

göz", "qıyıq göz" deyil.  Göz  qapaqları bir-birinə  yaxın, kirpikləri kipləşmiş  görünən 

gözə "qıyma göz" deyilir[18]. Gözlərinin ucu dar, qıyılmış göz isə "qıyıqgöz" adlanır. 

Uzaq  Şərq,  Sibir,  Orta  Asiya,  eləcə  də  Qazaxıstan  türkləri  "qıyma  göz"  yox,  "qıyıq 

"göz"lüdürlər. 

İndi "Kitabi-Dədə Qorqud"dakı oğuzların saçlarına, qaş-gözlərinə diqqət edək: 

"Topuğunda  sarmaşanda  qara  saçlım"  (Dirsə  xanın  xanımına  aiddir),  "Dirsə  xanın 

xatununa  qəhər  gəldi,  qara  qıyma  gözləri  qan-yaş  doldu",  "Qara  qıyma  gözlərin 

uyğu  almış  açğıl  axı"  (Buğaca  aiddir). "Ağ  üzlü,  ala  gözlü  gəlinlər  gedərsə,  mənim 

gedər". Bu sözləri deyən Dirsə xandır. Deməli, onun nəzərdə tutduğu "ala gözlü"dür. 

İribəbək və  bəbək sahəsi qara, bəbək sahəsinin çevrəsi  mavi çalarlı, ağ, daha  dəqiqi 

iri,  açıq  mavi  göz  "ala  göz"  adlanır.  Bayaq  dediyimiz  məkandakıların  gözlərinin 

necəliyini  xatırlatmışdıq.  "Qarğı  kimi  qara  saçım  uzanır".  Bu,  Qazan  xanın  saçıdır. 

Burla xatun "qarğı kimi qara saçını yoldu". Bamsı Beyrək deyir: "... bir qara gözlü 

yavuqlum  vardı".  Bamsı  Beyrəyin  böyük  bacısı  əsirlikdən  qurtarıb  gələn  qardaşına 

deyir:  "Qara  qıyma  gözlərin"  çöngələnməsəydi  //  Ağam  Beyrək  deyərdim,  ozan 

sana" Bamsı Beyrək Baniçiçəkdən soruşur: "Qarğı kimi Qara saçın yoldunmu qız?! // 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin