Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə84/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   80   81   82   83   84   85   86   87   ...   139
Ağ rəng. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, 

xatırlatdığımız  kimi,  uğur,  xoşbəxtlik,  paklıq,  düzlük,  ehtiram  və  s.  bildirir.  Hətta 

bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. 

Bu doğrudan da belədir. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və s. 

nəsnələri ağ rəngli etmək mümkün olmadığı halda, ağ rəngli nə varsa boyalar vasitəsi 

ilə digər rəngli etməyin heç bir çətinliyi yoxdur. 

Ağ  rəngin  çoxəhatəli  olduğunu  dedik.  Bir  çox  hallarda  ağ sözlərə  qoşulmaqla 

həm də "böyük" mənasında işlənir. Biz bunu "Kitabi-Dədə Qorqud"da rast gəldiyimiz 

"Ağ meydan" birləşməsində də görürük. Məsələyə günümüzün baxımından yanaşsaq, 

biz  bilirik  ki,  hər  dövlətin  mərkəz  (paytaxt)  və  böyük  şəhərlərində  çoxlu  meydanlar 

olur. Amma bunlardan biri "Baş meydan" ("baş" sözünün də "böyük" mənası vardır. 

Baş nazir, Baş katib, Baş komandan, Baş redaktor, yəni digər nazirlərdən, katiblərdən, 

komandirlərdən,  redaktorlardan  böyük  olan)  sayılır.  Dövlət  tədbirləri,  səviyyəli 

mərasimlər, nümayişlər, yarışlar bu meydanda keçirilir. Əski çağlarda xaqanın, xanın 

oturduğu məkan – mərkəz indiki paytaxt şəhərləri böyüklükdə  olmasa da, onların da 

seçilən  meydanı  olub  və  buna  "Ağ  meydan",  yəni  "Böyük  meydan"  deyilib.  Elə 

"Kitabi-Dədə Qorqud"da da "Ağ meydan"dakı "ağ" böyük mənasındadır. 

Ağ  rəng  həm  də  qalibiyyət  mənasındadır.  Yenə  elə  "Kitabi-Dədə  Qorqud"da 

belə  bir  epizod  var.  Abidənin  on  birinci  boyunda  deyilir  ki,  kafirlər  Salur  Qazanı 

yatmış  halda  tutub  əsir  aparırlar.  Uruz  Oğuz  bəyləri  ilə  birlikdə  atasını  əsirlikdən 

qurtarmağa  yollanır.  Kafirlər  Qazan  xanın  özünü  bu  gələnlərə  qarşı  çıxarırlar.  Şərt 

kəsirlər  ki,  gələnləri  geri  oturtsan,  azad  olacaqsan.  Kimlə  vuruşacağını  bilməyən 

Qazan  xan  şərtlə  razılaşıb  meydana  çıxır.  Boyda  deyilir:  "Qazan  gördü  kim,  ləşkər 

önündə  bir  ağboz  atlı  ağ  ələmli,  bəkdəmir  donlu,  Oğuzun  önüncə  gəldi,  çadırın 

tikdirdi,  alay  bağladı  durdu".  Yenə  elə  buradaca  Salur  Qazan  çərinin  -  ordunun 

önündəki ağ sancaqlının kimliyini soruşur[6]. 

Biz bilirik ki, ələm (tuğ), sancağın bu gün başa düşülən mənası bayraqdır. Bəs 



353 

 

bu  bayraq  -  ələm,  sancaq  nə  üçün  ağdır?  Bayrağın  ağ  rəngdə  olması  bilavasitə  onun 



elə rənginə görə qalibiyyət (ağ rəngli bayrağın təslimolma anlamı sonrakı zamanların 

işidir)  rəmzi  olmasını  simvollaşdırır.  Bunun  belə  olması  sarıdan  qaynaqlarda  da 

xəbərlər  vardır.  Belə  ki,  Manasın  da  qalibiyyət  bayrağı  "Ağ  bayraq"  adlanırmış[7]. 

Çingiz  xanın da doqquz qotazlı məşhur bayrağı  "Böyük ağ bayraq" imiş. Düşmənlər 

həmişə  öndə  gələn  bu  böyük  "ağ  bayraq"dan  vahiməyə,  qorxuya  düşdüklərindən 

döyüşsüz-filansız  təslim  olurmuşlar[8].  Sual  oluna  bilər  ki,  bu  sözügedənlərin  digər 

rəngli  bayraqları  olmayıb?  Olub.  Vaxtilə  hər  dövlətin,  daha  qədimlərdə  el,  tayfa 

birləşmələrinin,  əsasən,  üçrəngli  bayrağı  var  imiş:  ağ,  qırmızı,  qara.  Hər  bayrağın 

rəngi  rəmzi  səciyyə  daşıyıb.  Ağ  rəngli  bayraq  -  qalibiyyət,  qırmızı  rəngli  bayraq  - 

tərəflərin  bir-birinə  müharibə  elan  etməsi,  qara  rəngli  bayraq  -  güc,  qüdrət  demək 

imiş.  Əgər  bir  dövlət  başqasının  sərhədlərində  üç  bayraq  -  qırmızı,  qara,  ağ  rəngli 

bayraq  qaldırmışsa,  bu  sənə  müharibə  elan  edirəm,  səndən  qüdrətliyəm,  sənə  qalib 

gələcəyəm mənasında imiş. 

Yenə də elə qaynaqlardan öyrənirik ki, Çingiz xan döyüşə "Böyük ağ bayrağı", 

"Qırmızı  bayrağı"  və  güc,  qüdrət  timsalı  olan  qara  rəngli  bayrağı  ilə  yollanırmış[9]. 

"Kitabi-Dədə  Qorqud"da  da  kafirlər  döyüşə  qara  rəngli  bayraqla  gəlirlər.  Bununla 

özlərinin güclü, qüdrətli olduqlarını nümayiş etdirmək istəyirlər. Ağ bayraqlı Oğuzlar 

ilk  olaraq  kafirlərin  qara  rəngli  bayrağını  qılınclamaqla,  ayaq  altına  salmaqla  onları 

əlbəəl təslim olmağa məcbur edirlər. 

Ağ rəngin  həm də Tanrı rəngi kimi düşünüldüyünü demişdik. Bu  üzdən də o, 

uğur  gətirən  rəng  bilinmişdir.  Əbəs  yerə  deyil  ki,  əski  çağlarda  döyüşə  yollanan 

sərkərdələr  həmişə  ağ  rəngli  at  minərmiş  və  bununla  da  uğur  qazanacaqlarını 

düşünərmişlər. Misal üçün, böyük hun hökmdarı Mete düşmən üstünə gedəndə yalnız 

və yalnız ağ rəngli at minərmiş. Böyük sərkərdə Gültəkinin döyüşlərdəki qələbələrinin 

bir səbəbi də onun həmişə ağ rəngli at minməsi ilə izah edilmişdir. Ağ rəngli atın hətta 

padşah  seçkisində  də  uğur  gətirdiyi  zənn  olunub.  Yunan  tarixçisi  Herodotun 

rəvayətinə görə, farslardan yeddi zadəgan muğlarla döyüşdə üstünlük qazanır. Və elə 

bu yeddi zadəgan da İran taxtına  namizəd olur. Dara da bunların arasında  imiş. İran 

adətincə  onlar  atlarına  minib  günəş  doğmamış  şəhərdən  kənara  çıxmalı  imişlər. 

Günəşin  ilk  şüası  görününcə  kimin  atı  kişnəsəymiş,  o  da  padşah  seçilməliymiş. 

Daranın ağ rəngli atı bu seçkidə ilk kişnədiyindən Dara da İranın şahı olur[10]. 

Elə  düşünülməsin  ki,  rəng  təsəvvürü  yaradan  "ağ"ın  mənfi  anlamda  olması 

ümumiyyətlə məhduddur. Bəlli olduğu üzrə, dövlət quruluşunda bayraq (tuğ, sancaq) 

müstəqillik  simvolu  olaraq  həmişə  uca  tutulmuş,  yüksək  dəyərləndirilmişdir.  Amma 

bu  da  var  ki,  əski  çağlarda  türklərdə  ölən  üçün  də  bayraq  asmaq  adəti  olub.  Və  bu 

adətdə baxışı çəkən yön də vardır. Belə ki, öz əcəli ilə ölən üçün qara rəngli bayraq 

asılır, qara rəngli paltar geyilir. Döyüşdə şəhid olaraq dünyasını dəyişən üçün isə ağ 

rəngli bayraq asılır, ağ rəngli paltar geyilir. Hətta  döyüşə  yollanan türk  xaqanları da 

ordudakılara  örnək  olmaq  üçün  şəhidlik  nişanəsi  kimi  öncədən  ağ  rəngli  paltar 

geyərmişlər[11].  Türk  mədəniyyətindən  bir  çox  məsələləri  mənimsəmiş  əski  Çin 




354 

 

məişətində də bu deyilən cizginin olmasını qaynaqlar xəbər verməkdədir. Çinlilər də 



ölənin şərəfinə ağ rənğli bayraq asar, dünyasını dəyişənin yaxınları ağ rəngli paltarlar 

geyərmişlər[12].  Məsələ  belədir  ki,  "Son  zamanlara  qədər  Azərbaycanın  bir  sıra 

yerlərində  yaslı  adamlar  ağ  paltar  geyərmişlər.  Misal  üçün,  Naxçıvanda  bu  adət  var 

imiş. Əri ölmüş qadın dörd ay on gün başına ağ tənzif bağlardı. Bu müddətdən sonra 

yaxın qohum-əqrəbadakı qadınlar yığışıb onu yasdan çıxararmışlar. Bu yaslı qadının 

başına xına qoyar və sonra o, ağ tənzif örpəyi örtməz, ağ rəngli paltar geyməzmiş. Ağ 

rəng  matəm  bəlgəsi  olduğu  üçün  bir  sıra  rayonlarda  yatmış  uşağın  üstünə  ağ 

örtməzlər. 

Əskidən  Qafqazda  yaşayan  bir  sıra  türkdilli  xalqlarda:  qumuqlarda, 

qaraçaylılarda indi də ağ matəm, yas rəngi sayılır. Bu xalqların yas adətlərindəki bir 

əlamət maraqlıdır: qəbirlərin başdaşılarında kiçik, dərin oyuq oyulur və ora ağ bayraq 

sancılır"[13]. 

İndi də dilimizdə işlənən "ağ yalan", "ağ böhtan", "ağ şər" ifadələrindəki "ağ" 

yalanın, böhtanın, şərin şişirtmə dərəcəsi olmaqla mənfi əlamət bildirir. Yaxud, "Üzün 

ağ olsun, yaxşı üzümü ağ elədin" deyimindəki "ağ"lar da əslində mənfi anlama gələn 

"qara" mənasındadır. Bu, "Üzün qara olsun, üzümü qara elədin" deməkdir. Elə "Üzə 

ağ olmaq"dakı "ağ" da söz qaytarmaq, itaətdən çıxmaq, deyiləni qulaq ardına vurmaq 

və s. anlama gələn deyimdir. 

Göründüyü  kimi,  ağ  rəngin  məişətdə  həm  müsbət,  həm  də  mənfi  funksiyası 

vardır. 



Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin