gördüm" və s. Məsələ belədir ki, abidənin boylarında tanıdılan kafir qızları da qara
Sual oluna bilər ki, nə üçün Oğuzlarla kafirlərin fizionomik quruluşları eynidir.
Cavab veririk. Bəzən ifrata varıb "Kitabi-Dədə Qorqud"da "kafir", "asi" olaraq
tanıdılanları, hətta nəinki bizə, ümumiyyətlə, türkə düşmən olmuş, olan və olacaqlarla
eyniləşdirirlər. Bu, həmin düşmənləri Oğuz ellərində əvvəlcədən var kimi göstərmək
səhvidir. Amma həqiqət olan budur ki, Oğuzların yaşadıqları ərazilərdə elə Oğuzların
özləri olurlar. Bu yurdlarda özgə qəbilə, tayfa, sonrakı kəsimlərdə formalaşmış etnik
tərkib, xalq, millət yoxdur. Burada yaşayanlar, sadəcə olaraq, müsəlman dinini - yəni
356
islamı qəbul edən və etməyən oğuzlardır. Elə abidənin özündə də çox nadir hallarda
"yağı", "düşmən" sözlərinə tuş gəlmək olur. Burada daha çox "asi", "kafir" deyimləri
işlənir. "Asi" itaət etməyən, "kafir" isə müsəlman olmayanlara, islam dininə
inanmayanlara deyilir. Bu kafirlər, asilər də ya xristian, ya da bütpərəstlərdir. Odur ki,
müsəlınan Oğuzlar "sasi dinli" kafir Oğuzların xristian məzmunlu kilsələrini uçurub
yerində məscid tikirlər.
Beləliklə, qara rəngin yardımı ilə Oğuzların bəzi fizionomik cəhətlərini
öyrəndik. Qəti olaraq bildiririk ki, Oğuzlara məxsus "ala göz"ü, "qara göz"ü "qara
qaş"ı, "qara saç"ı eynilə yalnız bugünkü Azərbaycan türklərində görürük. Osmanlı
(Anadolu da daxil olmaqla), Orta Asiya, Sibir, Uzaq Şərq türklərini bir anlığa göz
önünə gətirək və onların saçlarını, qaşlarını, çoxunun monqoloid - qıyıq gözlərini
misallar əsasında tanıtdığımız Oğuz kişi və xanımlarının qara, ala gözləri, qara qaşları,
qara saçları ilə tutuşduraq, müqayisə edək. Və görəcəyik ki, deyilənləri təsdiq
etməkdən başqa çarə yoxdur. Hələ onu demirik ki, biz Azərbaycan türklərində sevilən,
dəyərləndirilən "ala göz" çox-çox ayrı türk xalqlarında bunun əksinədir. Misal üçün,
uyğurlarda "ala göz" "sevməyən, xoşa gəlməyən, bədxah, pis niyyətli, düşmən" və s.
anlamdadır[19]. Özbək dilində "ala göz", "dombalangöz", "qurbağagöz" tək başa
düşülür[20]. Türkiyə türkcəsində bir sıra digər mənalarla yanaşı, "ala göz"ün "qorxaq"
anlamı da vardır[21].
Qara rəngin yasla, matəmlə bağlılığı danılmazdır. Yas mərasimlərində
dünyasını dəyişənlərin qara paltar geyməsi, qadınların başlarına qara rəngli örtük
örtmələri də buna sübutdur. Hətta evlənməmiş, cavan ölənin yas mərasimi də "qara
toy" adlanır. Bununla belə, "Qara matəm rəngidir, deyirlər, yox, yalandır // Qaldır
kirpiklərini, gözlərinlə inandır"[22] poetik deyimi də vardır.
Bütün bu deyilənlər qara rəngin həm mənfi, həm də müsbət anlamda olmasını
aşkar edir.
Dostları ilə paylaş: