Ġki sayı. Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən
sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan
sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki
sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni
inam, etiqad, görüşlər silsiləsi yaranır.
İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır.
Bunlar isə sırasıkəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun
yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni
kişi-qadın cütlüyü. İşıqla (nur) qaranlığın (zülmət) yaratdığı gecə-gündüz həqiqəti.
Daha çox yaradılış mifləri vasitəsi ilə təsəvvürə gətirilən yeraltı-yerüstü aləm. Həm də
özlərində rəng əlaməti daşıyan ağ-qara inamının, etiqadının mövcudluğu. "Biri
ölməsə, biri dirilməz" deyimindən yaranan canlı (həyat), cansız (ölüm) dialektikası və
s.
Türk ikisini əcnəbi "du"larına çevirib arxasına da "ist", "izm"lər artırmaqla
"dualist", "dualizm" fikri yaratmışlar. Əslində "xeyir-şər" bildirən bu fikrin yaranma
kökü nə ilə bağlıdır? Əvvəldə ideoqrafik say sisteminin Hindistanda yarandığını
söyləmişdik. Xeyir-şər (qoşalıq, cütlük, yəni iki) konsepsiyasının "dualist", "dualizm"
şəklində formalaşmasının başlanğıcını da elə burada axtarmaq gərək gəlir.
Zərdüşt təliminin qanunnaməsi, anayasa kitabı olan "Avesta" bütövlükdə xeyir-
şər üzərində köklənib. Burada Ahuraməzda xeyir işlərə rəvac verən, Əhrimən
(Anqramanyu) isə bu rəvac verilmişləri pozmağa, dağıtmağa çalışan şər timsalıdır. Bu
iki sayı ilə qüvvə sonsuz olaraq üz-üzə əlləş-vuruşda, çarpışmadadır. Həmişə də
üstünlüyün birinciyə, yəni xeyirə verilməsi insanın istəyə qovuşmaq ideyasının təbii
nəticəsidir. Bəllidir ki, "Avesta"nın üzə çıxarılma məkanı da elə Hindistandır.
Və bu abidəni yaddaş, sinə kitablarında yaşadıb oraya aparanlar, buranın
həmişəlik oturaq vətəndaşları olanlar, elə zərdüştiliyi özləri üçün iman, inam bayrağı
kimi ucaltmış urmiyalılar - azərbaycanlı türklər olmuşdur. Zərdüştün özünün türk,
yaratdığı təlimin türk təfəkkürünün məhsulu olması sübuta yetirilmiş həqiqətdir.
365
Deməli, "primitiv" iki sayını mürəkkəb "xeyir-şər" - qoşalıq, cütlük donuna salan bu
Hindistandakı zərdüşti türklər olmuşdur.
Nağıllarda səfərə çıxanlar çox vaxt gəlib iki yolayırıcına çatırlar. Bu yollardan
biri gedər-gəlməz (şər), o biri isə çətinliklərlə dolu gedər-gələr (xeyir) yol sayılır.
Misal üçün, "Cəlayi-vətən" nağılında deyilir: "Bir gün Cəlayi-vətən oturub pəncərədən
bayıra baxırdı. Gördü ki, uzaqdan iki yol görünür. Tez qarı nənəsini çağırıb dedi:
- Nənə, de görüm, bu yollar hara gedir?
Qarı dedi:
- Bala, bu yolların biri gedər-gələr yoldu, o birisi gedər-gəlməz yoldur ki, ora
gedən bəni-insanın heç biri qayıtmamışdır".
"Şah İsmayıl" dastanında sevgilisi Gülzarın arxasınca Türkmana yollanan Şah
İsmayıla Rəmdar Pəri deyir: "...Türkmana iki yol gedir. O yolun biri ilə üç aya, o biri
ilə on günə getmək olar. Üç aylıq yol səlamət, on günlük yol məlamətdi". Buradakı
"məlamət yol" elə gedib-dönməz yol deməkdir. İki sayının xaçla bağlılığı da mühüm
məsələlərdəndir.
Azərbaycanda, o sıradan türk xalqlarının yaşadıqları bir çox yerlərdə çay, bulaq
kənarlarında, həmçinin su qablarının üstündə xaç qabardılmış bəlgələr olur. Bunlar nə
üçündür? Etiqada görə, dünya xaç şəklində alt-üst dayanmış iki durna balığının
belindədir. Baş verən zəlzələlərə, dağıdıcı təlatümlərə səbəb də elə bu iki balıqdır.
Balıqlar həmişə xatırlanmalarını, yada salınmalarını istəyirlər. İnsanların onları
unutmalarından qəzəblənib zəlzələ törədirlər. Odur ki, bu balıqlara hörmət, ehtiram,
yadetmə əlaməti olaraq su sahilindəki bəlgələrdə, su qablarında xaç naxışları açılır.
Xaç balıqların baş, quyruq, bədənlərini tərpətməsi ilə zəlzələnin olması türklər
arasında yayğın olub. Zaman keçdikcə, daha dəqiqi, islam dini türk ellərinə yayıldıqca
müsəlman öküzü bu balıqları əvəz etmişdir. Bununla belə, yenə də elə xaçşəkilli
balıqlara məxsus əlamətlər necə varsa, elə də öküzün üzərinə köçürülmüşdür.
Düşünülmüşdür ki, dünya öküzün üstündədir və o başını, bədənini tərpətdikdə
zəlzələlər başlayır.
Sözsüz ki, bu deyilənlər ibtidai etiqadların yaddaşlardakı izləri ilə bağlı
məsələdir. Çünki təfəkkürün, elmin inkişafı bu və bunabənzər xüsusiyyətlərin
qanunauyğunluqlarını elmi şəkildə izah etmişdir.
Dostları ilə paylaş: |