Qara rəng. Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə
daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin
kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin
özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü
qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın
olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara
qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz
bu nümunələrdə qara rəngin yeraltı dünyanı - qaranlığı bildirməsi şəksizdir. Bundan
savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü",
"qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət",
"qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara
kütlə" və s. ifadələrdəki rəng anlamına gələn "qara" da üstündə mənfi məna yükü
daşıyır.
Dedik ki, qara rəngin funksiyası çoxdur və o, qoşulduğu sözlərdə müxtəlif
mənalar ifadə edir. Misal üçün, təkcə qədim adlarda (Qaraxan, Qaragünə, Qarabudaq,
Qaraca Çoban, Qaraçəkur və b.), istərsə də müasir adlarda (Qarakişi, Qarakazım,
Qaravəli və b.) işlənmiş "qara" çoxanlamlıdır. Bir fikrə görə, adlardakı "qara"
xaqanlıqda xanların titulunu bildirir[14]. Başqa bir fikrə görə isə "qara", "titul" yox,
"başçı, böyük" deməkdir[15]. "Qara"nın "qorxunc, dəhşətli, vahiməli, zəhmli, olduqca
qorxulu, çox dəhşətli[16] epitet funksiyası daşımaqla "cəsarət və güclük damğası"[17]
355
olduğunu deyənlər də vardır.
Dilimizdə "qaraqaşlı", "qaragözlü", "qarasaçlı" və s. ifadələr də işlək sayılır.
Buradakı "qara", sözsüz ki, rəng bildirməklə qaşın, gözün, saçın qaralığını bildirir.
Amma məsələ belədir ki, bu rəngin vasitəsi ilə insanların antropoloji xüsusiyyətlərini
də ayırd etmək olur. Bu məsələ ilə bağlı indiyə qədər açılmamış çox vacib bir
mətləbdən danışmağı yerində bilirik. Bəlli olduğu üzrə, araşdırmalarda "Kitabi-Dədə
Qorqud"dakı Oğuzların türkmən, qırğız, qazax, özbək və üz quruluşları bunlara oxşar
mənşəli olmasından az söz getməyib. Amma abidənin boylarındakı Oğuz kişi və
xanımlarının qara qaşlı, qara saçlı, qara gözlü, ala gözlü, qıyma gözlü olmaları bu
deyilənlərin əksindən xəbər verir.
Mətləbə keçməzdən öncə "qıyma göz"lə bağlı bir məsələ ilə tanış olaq. "Qıyma
göz", "qıyıq göz" deyil. Göz qapaqları bir-birinə yaxın, kirpikləri kipləşmiş görünən
gözə "qıyma göz" deyilir[18]. Gözlərinin ucu dar, qıyılmış göz isə "qıyıqgöz" adlanır.
Uzaq Şərq, Sibir, Orta Asiya, eləcə də Qazaxıstan türkləri "qıyma göz" yox, "qıyıq
"göz"lüdürlər.
İndi "Kitabi-Dədə Qorqud"dakı oğuzların saçlarına, qaş-gözlərinə diqqət edək:
"Topuğunda sarmaşanda qara saçlım" (Dirsə xanın xanımına aiddir), "Dirsə xanın
xatununa qəhər gəldi, qara qıyma gözləri qan-yaş doldu", "Qara qıyma gözlərin
uyğu almış açğıl axı" (Buğaca aiddir). "Ağ üzlü, ala gözlü gəlinlər gedərsə, mənim
gedər". Bu sözləri deyən Dirsə xandır. Deməli, onun nəzərdə tutduğu "ala gözlü"dür.
İribəbək və bəbək sahəsi qara, bəbək sahəsinin çevrəsi mavi çalarlı, ağ, daha dəqiqi
iri, açıq mavi göz "ala göz" adlanır. Bayaq dediyimiz məkandakıların gözlərinin
necəliyini xatırlatmışdıq. "Qarğı kimi qara saçım uzanır". Bu, Qazan xanın saçıdır.
Burla xatun "qarğı kimi qara saçını yoldu". Bamsı Beyrək deyir: "... bir qara gözlü
yavuqlum vardı". Bamsı Beyrəyin böyük bacısı əsirlikdən qurtarıb gələn qardaşına
deyir: "Qara qıyma gözlərin" çöngələnməsəydi // Ağam Beyrək deyərdim, ozan
sana" Bamsı Beyrək Baniçiçəkdən soruşur: "Qarğı kimi Qara saçın yoldunmu qız?! //
Dostları ilə paylaş: |