Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə86/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   82   83   84   85   86   87   88   89   ...   139
Qara  gözdən  acı  yaşı  tökdünmü  qız?!  Burla  xatun  deyir:  "Ala  gözlü  gəlin  alar 

derdim", "Oguzun  ala gözlü  qızı-gəlini" Qanturalı deyir:  "Ala gözüm  açuban dünya 

gördüm"  və  s.  Məsələ  belədir  ki,  abidənin  boylarında  tanıdılan  kafir  qızları  da  qara 

qaşlı,  qara  gözlü,  qara  saçlıdır;  "Doqquz  qara  gözlü...  kafir  qızları",  "Şöklü  Məlik, 



qara  gözlü  qızın  varsa,  gətir  Qazana  ver",  Trabuzan  təkurunun  qızı  haqqında 

Qanturalı  deyir:  "Qələmçilər  çaldığı  qara  qaĢlım"  //  Qurumsu  qırx  tutam  qara 



saçlım!". 

Sual oluna bilər ki, nə üçün Oğuzlarla kafirlərin fizionomik quruluşları eynidir. 

Cavab  veririk.  Bəzən  ifrata  varıb  "Kitabi-Dədə  Qorqud"da  "kafir",  "asi"  olaraq 

tanıdılanları, hətta nəinki bizə, ümumiyyətlə, türkə düşmən olmuş, olan və olacaqlarla 

eyniləşdirirlər. Bu, həmin düşmənləri Oğuz ellərində əvvəlcədən var kimi göstərmək 

səhvidir. Amma həqiqət olan budur ki, Oğuzların yaşadıqları ərazilərdə elə Oğuzların 

özləri olurlar. Bu yurdlarda özgə qəbilə, tayfa, sonrakı kəsimlərdə formalaşmış etnik 

tərkib, xalq, millət yoxdur. Burada yaşayanlar, sadəcə olaraq, müsəlman dinini - yəni 




356 

 

islamı qəbul edən və etməyən oğuzlardır. Elə abidənin özündə də çox nadir hallarda 



"yağı", "düşmən" sözlərinə tuş gəlmək olur. Burada daha çox "asi", "kafir" deyimləri 

işlənir.  "Asi"  itaət  etməyən,  "kafir"  isə  müsəlman  olmayanlara,  islam  dininə 

inanmayanlara deyilir. Bu kafirlər, asilər də ya xristian, ya da bütpərəstlərdir. Odur ki, 

müsəlınan  Oğuzlar  "sasi  dinli"  kafir  Oğuzların  xristian  məzmunlu  kilsələrini  uçurub 

yerində məscid tikirlər. 

Beləliklə,  qara  rəngin  yardımı  ilə  Oğuzların  bəzi  fizionomik  cəhətlərini 

öyrəndik.  Qəti  olaraq  bildiririk  ki,  Oğuzlara  məxsus  "ala  göz"ü,  "qara  göz"ü  "qara 

qaş"ı,  "qara  saç"ı  eynilə  yalnız  bugünkü  Azərbaycan  türklərində  görürük.  Osmanlı 

(Anadolu  da  daxil  olmaqla),  Orta  Asiya,  Sibir,  Uzaq  Şərq  türklərini  bir  anlığa  göz 

önünə  gətirək  və  onların  saçlarını,  qaşlarını,  çoxunun  monqoloid  -  qıyıq  gözlərini 

misallar əsasında tanıtdığımız Oğuz kişi və xanımlarının qara, ala gözləri, qara qaşları, 

qara  saçları  ilə  tutuşduraq,  müqayisə  edək.  Və  görəcəyik  ki,  deyilənləri  təsdiq 

etməkdən başqa çarə yoxdur. Hələ onu demirik ki, biz Azərbaycan türklərində sevilən, 

dəyərləndirilən "ala göz" çox-çox ayrı türk xalqlarında bunun əksinədir. Misal üçün, 

uyğurlarda "ala göz" "sevməyən, xoşa gəlməyən, bədxah, pis niyyətli, düşmən" və s. 

anlamdadır[19].  Özbək  dilində  "ala  göz",  "dombalangöz",  "qurbağagöz"  tək  başa 

düşülür[20]. Türkiyə türkcəsində bir sıra digər mənalarla yanaşı, "ala göz"ün "qorxaq" 

anlamı da vardır[21]. 

Qara  rəngin  yasla,  matəmlə  bağlılığı  danılmazdır.  Yas  mərasimlərində 

dünyasını  dəyişənlərin  qara  paltar  geyməsi,  qadınların  başlarına  qara  rəngli  örtük 

örtmələri  də  buna  sübutdur.  Hətta  evlənməmiş,  cavan  ölənin  yas  mərasimi  də  "qara 

toy"  adlanır.  Bununla  belə,  "Qara  matəm  rəngidir,  deyirlər,  yox,  yalandır  //  Qaldır 

kirpiklərini, gözlərinlə inandır"[22] poetik deyimi də vardır. 

Bütün bu deyilənlər qara rəngin həm mənfi, həm də müsbət anlamda olmasını 

aşkar edir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin