kimi qəbul edildiyini bildirmişdik. Bununla belə, bəzi türk xalqlarında qırmızı rəng
qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir. Bu göz ruhu özü qırmızı
olmaqla bərabər, geyimi də yalnız və yalnız qırmızı təsəvvür edilmişdir[23]. Deyəsən,
bu etiqad azərbaycanlılarda da olmuş və o, əski çağlardan yaşaya-yaşaya gəlib
çağımıza da çatmışdır. Belə ki, gözün səyriməsi bizdə həmişə uğursuzluq əlaməti
bilinmişdir. Gözün səyriməsi ilə mütləq bir şər, xətalı işin olacağı zənn edilmişdir.
Odur ki, səyriyən gözə sağ əllə üç kərə sığal çəkə-çəkə "Xeyirə atırsan at, şərə atırsan
yat" ovsun sözləri deməklə bərabər, həmin gözün üst qapağına qırmızı rəngli sap,
qırmızı rəngli parça qırıntısı da yapışdırılır. Çox olsun ki, buradakı qırmızı rəngli sap,
parça elə göz ruhunun simvoludur. Deməli, bizdə də göz ruhu qırmızı rəngdə
Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Bir vaxt Azərbaycanda
nişanlı oğlanlar və qızlar tanınsınlar deyə qırmızı rəngli paltarlar geyərmişlər. Oğlan
357
evindən qız üçün qırmızı rəngli don aparılarmış, qız da nişanlısı üçün qırmızı rəngli
köynək toxuyub göndərərmiş. Bununla da onlar ətraflarında olanlardan seçilərmiş. Və
hamı onların nişanlı olduqlarını bilərmiş. Bundan savayı, qız gəlin köçəndə də onun
başına qırmızı rəngli duvaq örtərmişlər ki, bunun da rəmzi mənası vardır. Bilindiyi
üzrə, qırmızı rəng həm də Günəşin simvolu sayılır. Şər qüvvələr isə işıqdan, Günəşin
yerdəki atributu olan oddan-ocaqdan qorxurlar. Odur ki, ər evinə yola salınan gəlin ata
evində odun-ocağın çevrəsinə dolandırılır, evdən çıxarılarkən başına qırmızı rəngli
duvaq salınır. Etiqada görə, şər qüvvələr Günəş nişanəsi qırmızı rəngli olanlardan
qorxduğu üçün gəlinə ziyan toxundura bilməzlər. Elə "gözəgəlmə", "nəzərəgəlmə" də
fəna qüvvələrin əməli sayılıb. Gəlin qırmızı rəngli duvaq örtdüyündən onun üzü
görünmür və bu səbəbdən də o, gözdən, nəzərdən qorunur. Bu cəhət öz izlərini bir el
söyləməsində də qorumuşdur:
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə,
Gəlməsin gözə dilbər[24].
Qırmızı rəng bəzən "qızılı", "al" adları ilə də adlanır. Amma bu da var ki,
həmin rəng "qızılı", yaxud "al" adlansa da, buradakı təsəvvür elə qırmızıdır. Misal
üçün, "Qızıl bayraq", "Qızıl meydan" əslində "qırmızı bayraq", "qırmızı meydan"
deməkdir.
Al-qırmızı isə rəngin bilavasitə tünd çalarlı olmasına işarədir. Düzdür, "al"ın
dilimizdəki mənaları çoxdur və o, həm də aldatma, yalan, hiylə deməkdir. Misal üçün,
biri başqasını aldadanda, yalan danışanda, hiylə işlədəndə "o, bunu al dili ilə eləyib"
deyilir. Maraqlıdır ki, məhz bu deyilənlərlə uyuşan "qırmızı yalan" ifadəsi də
dilimizdə vardır.
Dostları ilə paylaş: