Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə90/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   86   87   88   89   90   91   92   93   ...   139
Sarı  rəng.  Rənglər  ailəsində  sarı  rəngin  də  məxsusi  yeri  vardır.  Arxada  da 

bildirmişdik  ki,  sarı  rəng  Azərbaycanda  daha  çox  quraqlığı,  qıtlığı,  xəbisliyi,  bədliyi 

bildirdiyi  halda,  bir  sıra  digər  xalqlarda  o,  fəallığın,  mərhəmət  və  şəfqətin  rəmzi 

sayılmışdır.  Bəzi  türk  xalqları  öz  ünvanlarına  da  rəng  olaraq  "sarı"  əlavə  etmişlər. 

Misal  üçün,  uyğurlar özlərini "sarı uyğur" adlandırmaqla  fəxr etmişlər. Göytürklərin 

on qəbiləsindən beşi "Sarı Türkeş", digər beşi isə "Qara Türkeş" dövləti yaradır. "Sarı 

Türkeşlər" özlərini əsilzadə  hesab edirlər[36]. Bu da  onunla  bağlı imiş  ki,  onlar sarı 

rəngi həm də Tanrı rəngi hesab edirmişlər. Bu inam buryatlarda da olub. Onlar hətta 

bütün dünyanı, bu dünyada olan varlıqları sarı rəngdə bilmişlər. Bu üzdən də torpağa 

məxsus çoxaltma, artırma  amilini qadına  da  şamil etmiş  və  qadını  -  ananı  sarı rəng, 

kişini  -  atanı  isə  gümüşü  rəng  anlamında  düşünmüşlər[37].  Mifə  görə,  Çingiz  xanın 

ulu əcdadı - Günəşin sarı rəngli şüasından törənmişdir və elə sarı rəngdən törəndikləri 

üçün xaqanlıq da yalnız bu nəslə məxsusdur[38]. 

Geosimvolikada - istiqamətbildirmədə də sarı rəngə baxış fərqli-fərqlidir. Belə 

ki, dünyanın dörd dövründən birinin rəngi  hesab olunan sarı rəng çox-çox etnoslarda 

mərkəzin  rəmzi  bilindiyi  halda,  bəzi  etnoslarda  başqa-başqa  səmtlərin  göstəricisi 

sayılmışdır.  Misal  üçün,  Amerika  hindularında  sarı  rəng  qərbin,  hindistanlılarda 

cənubun, kalmıklarda şimalın göstəricisi zənn edilmişdir. 

İnsana məxsus bir əlamətin nəzərə çarpmasında da sarı rəng iştirak edir. Misal 

üçün,  bir  kimsənin  qorxu,  üzüntü,  sarsıntı  keçirməsi  onun  üzünün  sarı  rəng 

almasından da bilinir. Sarı rəngi ifadə edən "sarılıq xəstəliyi" də vardır. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin