olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi,
Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dur"
şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı
isə dastanda da, araşdırmalarda da "Durat" olaraq göstərilir. Elə "Kitabi-Dədə
Qorqud"da da Dədə Qorqudun Bamsı Beyrək üçün Banıçiçəyi istəməyə - elçiliyə
gedəndə mindiyi atlardan da birinin adının "Duru ayğır" olduğu bildirilir. Bu, çox ola
360
bilsin ki, "Kitabi-Dədə Qorqud"un, eləcə də "Koroğlu" eposunun ilk əlyazma
nüsxələrinin ərəb əlifbasında olması faktı ilə əlaqədardır. Çünki ərəb əlifbasında "u",
"ö", "o", "ü", "v" səsləri yalnız "u" şəklində yazılır. Mətnləri oxuyanlar dur"un heç bir
məna vermədiyi, "dor"un isə rəng adı olduğuna əhəmiyyət vermədiklərindən məsələ
belə bir şəkil almışdır. Unudulmuşdur ki, türklərdə atlara ad, əsasən, rənglərinə görə
verilir.
Qonur və dor rənglərin uğur rəmzi bildirdiyini dedik. Elə bu rənglərdə olan
atların da hünərli, qaçağan olması haqqında xəbərlər az deyil. Qonur rəngli atın üç
günlük yolu bir gündə getməsi söylənilir[39]. Elə Doratın da bu xasiyyətdə olması
bildirilir. Dor rəngli atın qadirliyi haqqına olan bir məlumatı da burada nəzərə
çatdırmağı faydalı bilirik. Deyilənə görə, İskəndər Zülqərneyn zülmət səfərinə
hazırlaşarkən Ərəstunu yanına çağırıb bu səfər üçün at seçməyi tapşırır. Ərəstunun
cəm etdiyi atlar axurlara bağlanılır. Amma onlara yem və su verilmir. Üç gün
keçəndən sonra gəlib görürlər ki, ...qırmızı, dördüncü gün sarı, beşinci gün qır, altıncı
gün çil, yeddinci gün qara, səkkizinci gün dəmir qır, doqquzuncu gün açıq-qırmızı
rəngdə olan atlar taqətdən düşüb. Onuncu gün baxdıqda dor rəngli atın hələ də
zəifləmədiyini görürlər. Deməli, bu rəngdə olan at aclığa, susuzluğa dözən atdır.
Bundan sonra, səfər zülmətə olduğundan atları qaranlıqda sınayırlar. Zil qaranlıq
gecədə onların yoluna qara rəngli tük çəkirlər. Bunu qara və dor rəngli atlar görürlər.
Buna görə İskəndərin zülmət səfəri üçün yüz iyirmi min qara və dor rəngli at tədarük
edirlər[40].
Dostları ilə paylaş: