Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə94/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   90   91   92   93   94   95   96   97   ...   139
Ġki sayı. Bütün başlanğıcların başlanğıcı,  yəni elə sayların da ilki olan birdən 

sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan 

sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki 

sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə  yeni 

inam, etiqad, görüşlər silsiləsi yaranır. 

İki  sayı  fərq  qoymadan  mifoloji  və  gerçək  hadisələri,  nəsnələri  öz  içinə  alır. 

Bunlar  isə  sırasıkəsilməz  saydadır.  Bir  neçə  örnəyi  yada  salaq.  İnsan  çoxluğunun 

yaranma  başlanğıcına  səbəb  tək  bir  böyük  Tanrının  xəlq  etdiyi  Adəm-Həvva,  yəni 

kişi-qadın  cütlüyü.  İşıqla  (nur)  qaranlığın  (zülmət)  yaratdığı  gecə-gündüz  həqiqəti. 

Daha çox yaradılış mifləri vasitəsi ilə təsəvvürə gətirilən yeraltı-yerüstü aləm. Həm də 

özlərində  rəng  əlaməti  daşıyan  ağ-qara  inamının,  etiqadının  mövcudluğu.  "Biri 

ölməsə, biri dirilməz" deyimindən yaranan canlı (həyat), cansız (ölüm) dialektikası və 

s. 

Türk  ikisini  əcnəbi  "du"larına  çevirib  arxasına  da  "ist",  "izm"lər  artırmaqla 



"dualist",  "dualizm"  fikri  yaratmışlar.  Əslində  "xeyir-şər"  bildirən  bu  fikrin  yaranma 

kökü  nə  ilə  bağlıdır?  Əvvəldə  ideoqrafik  say  sisteminin  Hindistanda  yarandığını 

söyləmişdik. Xeyir-şər (qoşalıq, cütlük, yəni iki) konsepsiyasının "dualist", "dualizm" 

şəklində formalaşmasının başlanğıcını da elə burada axtarmaq gərək gəlir. 

Zərdüşt təliminin qanunnaməsi, anayasa kitabı olan "Avesta" bütövlükdə xeyir-

şər  üzərində  köklənib.  Burada  Ahuraməzda  xeyir  işlərə  rəvac  verən,  Əhrimən 

(Anqramanyu) isə bu rəvac verilmişləri pozmağa, dağıtmağa çalışan şər timsalıdır. Bu 

iki  sayı  ilə  qüvvə  sonsuz  olaraq  üz-üzə  əlləş-vuruşda,  çarpışmadadır.  Həmişə  də 

üstünlüyün  birinciyə,  yəni  xeyirə  verilməsi  insanın  istəyə  qovuşmaq  ideyasının  təbii 

nəticəsidir. Bəllidir ki, "Avesta"nın üzə çıxarılma məkanı da elə Hindistandır. 

Və  bu  abidəni  yaddaş,  sinə  kitablarında  yaşadıb  oraya  aparanlar,  buranın 

həmişəlik oturaq vətəndaşları olanlar, elə zərdüştiliyi özləri üçün iman, inam bayrağı 

kimi  ucaltmış  urmiyalılar  -  azərbaycanlı  türklər  olmuşdur.  Zərdüştün  özünün  türk, 

yaratdığı  təlimin  türk  təfəkkürünün  məhsulu  olması  sübuta  yetirilmiş  həqiqətdir. 




365 

 

Deməli, "primitiv" iki sayını mürəkkəb "xeyir-şər" - qoşalıq, cütlük donuna salan bu 



Hindistandakı zərdüşti türklər olmuşdur. 

Nağıllarda səfərə çıxanlar çox vaxt gəlib iki yolayırıcına çatırlar. Bu yollardan 

biri  gedər-gəlməz  (şər),  o  biri  isə  çətinliklərlə  dolu  gedər-gələr  (xeyir)  yol  sayılır. 

Misal üçün, "Cəlayi-vətən" nağılında deyilir: "Bir gün Cəlayi-vətən oturub pəncərədən 

bayıra baxırdı. Gördü ki, uzaqdan iki yol görünür. Tez qarı nənəsini çağırıb dedi: 

-  Nənə, de görüm, bu yollar hara gedir? 

Qarı dedi: 

-  Bala, bu yolların biri gedər-gələr yoldu, o birisi gedər-gəlməz yoldur ki, ora 

gedən bəni-insanın heç biri qayıtmamışdır". 

"Şah İsmayıl" dastanında sevgilisi Gülzarın arxasınca Türkmana  yollanan Şah 

İsmayıla Rəmdar Pəri deyir: "...Türkmana iki yol gedir. O yolun biri ilə üç aya, o biri 

ilə  on günə  getmək olar. Üç  aylıq  yol  səlamət,  on  günlük  yol  məlamətdi". Buradakı 

"məlamət yol" elə gedib-dönməz yol deməkdir. İki sayının xaçla bağlılığı da mühüm 

məsələlərdəndir. 

Azərbaycanda, o sıradan türk xalqlarının yaşadıqları bir çox yerlərdə çay, bulaq 

kənarlarında, həmçinin su qablarının üstündə xaç qabardılmış bəlgələr olur. Bunlar nə 

üçündür?  Etiqada  görə,  dünya  xaç  şəklində  alt-üst  dayanmış  iki  durna  balığının 

belindədir.  Baş  verən  zəlzələlərə,  dağıdıcı  təlatümlərə  səbəb  də  elə  bu  iki  balıqdır. 

Balıqlar  həmişə  xatırlanmalarını,  yada  salınmalarını  istəyirlər.  İnsanların  onları 

unutmalarından  qəzəblənib  zəlzələ  törədirlər.  Odur  ki,  bu  balıqlara  hörmət,  ehtiram, 

yadetmə əlaməti olaraq su sahilindəki bəlgələrdə, su qablarında xaç naxışları açılır. 

Xaç balıqların baş, quyruq, bədənlərini tərpətməsi ilə zəlzələnin olması türklər 

arasında yayğın olub. Zaman keçdikcə, daha dəqiqi, islam dini türk ellərinə yayıldıqca 

müsəlman  öküzü  bu  balıqları  əvəz  etmişdir.  Bununla  belə,  yenə  də  elə  xaçşəkilli 

balıqlara  məxsus  əlamətlər  necə  varsa,  elə  də  öküzün  üzərinə  köçürülmüşdür. 

Düşünülmüşdür  ki,  dünya  öküzün  üstündədir  və  o  başını,  bədənini  tərpətdikdə 

zəlzələlər başlayır. 

Sözsüz  ki,  bu  deyilənlər  ibtidai  etiqadların  yaddaşlardakı  izləri  ilə  bağlı 

məsələdir.  Çünki  təfəkkürün,  elmin  inkişafı  bu  və  bunabənzər  xüsusiyyətlərin 

qanunauyğunluqlarını elmi şəkildə izah etmişdir. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin