Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə95/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   91   92   93   94   95   96   97   98   ...   139
Üç  sayı.  Bir  və  iki  sayının  təbii  davamı  olan  və  mənbələrdə  mürəkkəb  say 

sisteminin başlanğıcı bilinən üç sayı özündən əvvəlkilərindən fərqlənir. Bütün dünya 

xalqlarının  say  sistemində  üç  sayı  rəqəm  olmaqdan  savayı,  Yerin  üst  və  alt  qatı  da 

daxil  olmaqla,  bütövlükdə  kainatın  şaquli  durumunu  əks  etdirir.  Yəni  yaradılış 

miflərinin çağımıza gəlib çatmış örnəklərindən bəlli olur ki, tək Tanrı "Yaran!" əmri 

ilə  göyü  -  səmanı  -  kosmosu,  yeraltı,  yerüstü  aləmi,  bir  sözlə,  kainatı  bərqərar  edir. 

Bununla  da  mifoloji  kainat  modeli  yaranır.  Başqa  sözlə,  üç  sayı  kainatın  simvolik 

obrazına çevrilir. 

Məişət-ailə çevrəsində insanlar çox-çox əşya və hadisələrlə əlaqədar üzə çıxan 

vəziyyəti üç sayı ilə bağlı düşünməyə, zənn etməyə başlayırlar. Deyək ki, bu say bir 

439 



366 

 

çox  hallarda  hətta  həlledici  mahiyyət  kəsb  edir.  İstər  mövsüm,  istərsə  də  məişət 



mərasimlərində üç sayının rolu güclüdür. 

Misal  üçün,  məişət  mərasimlərindən  olan  doğum  mərasimində  çətin  doğuş 

zamanı qadının başı üstündə daş, yaxud dəmir nəsnələr üç dəfə bir-birinə vurulur. 

Uşağın  qırxı  tamamlananda  çimizdirilərkən  də  sonda  xüsusi  ayin  nəğməsi 

deyə-deyə onun başından üç dəfə su axıdılır. Uşağı çimizdirənlər onu iki dəfə anaya 

sarı aparıb geri qaytarır, nəhayət, üçüncü dəfədə ananın qucağına verirlər. İnama görə, 

belə  edildikdə  uşaq  böyüyəndə  də  anasını  sayar,  çağırışına  tələsər,  onun  ayağına 

gedər. 


Yenicə anadan olmuş uşağın yaşamamasına şər qüvvələr səbəbkar bilinmişdir. 

Odur  ki,  onları  aldatmaq,  çaşdırmaq  üçün  xüsusi  ayin  icra  olunmuşdur.  Bu, 

"köynəkdənkeçirmə",  "yaxadankeçirmə"  adlanır.  Uşağı  yaşamayan  qadının  növbəti 

uşağı doğulanda  bunu oğul-uşaq böyütmüş bir  qadın üç  dəfə  köynəyinin  yaxasından 

keçirir.  Ayin  üç  dəfə  icra  olunduqdan  sonra  elə  düşünülür  ki,  uşağı  guya  elə  həmin 

qadın doğub. Bu səbəbdən də şər qüvvələr daha ona yaxın gəlməz, toxunmazlar. 

Məişət mərasimlərindən olan toyda da üç sayı ilə bağlı əlamətlər qədərincədir. 

Nağıl və dastanlardan bəlli olur ki, ailə qurmaq istəyən cavanlar əvvəlcə bir-birlərinə 

üç sual verir, bir-birlərini üç dəfə sınayır, bir-birlərinin qarşısına üç şərt qoyurlar. 

Etiqada görə, oğlan evindən qız evinə gedən elçilərə şər qüvvələr də qoşulur və 

xeyir işin baş tutmasına mane olurlar. Odur ki, belə vaxtlarda ev qapısının üstünə üç 

sayda iynə sancırlar. Belə olduqda metal qismindən qorxan şər qüvvələr qapıdan keçə 

bilmirlər, xeyir iş baş tutur. 

Oğlanla qız nişanlı olduqları vaxt, adətən, oğlan evindən qız evinə bayramlarda 

hədiyyə  -  pay  göndərilir.  Bu  hədiyyə  -  pay  həm  pal-paltar,  həm  bər-bəzək,  həm  də 

yeyilməli,  məişət  istifadəli  nəsnələrdən  ibarət  olur.  Cəhd  olunur  ki,  bu 

göndərilmişlərin sırasında üç nəsnə olmasın: yaylıq, kömür, soğan. Xalq inamına görə, 

bunlar ayrılıq, qaranlıq, acılıq nişanəsidir. 

Azərbaycanın əksər bölgələrində gəlin ata evindən yola salınarkən onun başına 

üç kərə duz dolandırıb ocağa atır, sonra da gəlini üç dəfə ocağın başına dolandırırlar. 

Burada  duz  gəlinə  qarşı  bədnəzərlərin  kəsilməsi,  od-ocaq  da  ər  evində  yurd-yuva, 

ocaq salmaq arzusunun simvoludur. 

Gəlin  ər  evinə  gətirildikdən  sonra  onun  üçün  ayrılmış  mənzildə  üç  gün  şam 

yandırılır.  Bu,  oddan  qorxan  şər  qüvvələri  zərərsizləşdirmək  üçündür.  Gəlin  üçün 

"taxt"  adlanan  yatağa  əvvəlcə  bir  oğlan  uşağını  üç  dəfə  uzandırıb  qalxızırlar.  Bu 

ayində gəlinə də uşaq anası olmaq arzusu ifadə olunub. Gəlin üçün açılmış "taxt" onun 

ər evinə gəlişinin üçüncü günü yığılır, başına örtülmüş duvaq da elə bu üçüncü gündə 

başından götürülür. 

Məişət  mərasimləri  sırasında  duran  yas  da  ta  qədimdən  başlamış  çağımız  da 

daxil olmaqla həmişə adamları heyrətə salan, qorxudan ölüm hadisəsi ilə bağlıdır. Üç 

sayı bu mərasim ayinlərində də özünə yer tapıb. Misal üçün, ölü yuyulan yerdə üç gün 

çıraq yandırılır. Ölü yerdən qaldırılanda üç kərə götürülüb yerə qoyulur. Bu onun öz 




367 

 

evindən,  yurd-yuvasından  həmişəlik  ayrıldığını  bildirmək  üçün  edilir.  Dünyasını 



dəyişən dəfn edildikdən sonra üç gün müddətində - "məzardan sonra" adlanan vaxtda 

adamlar fasiləsiz olaraq gəlib onun qohum-əqrəbasına, yaxınlarına başsağlığı verirlər. 

"Xətm" - tamam adlanan üçüncü gündə ehsan olaraq ölənin üçü verilir. 

Deyilənlərdən  belə  bir  həqiqət  aşkar  olur  ki,  üç  sayı  ümumiyyətlə  işin, 

hadisənin,  tədbirin  sona  yetdiyini,  qurtardığını  bildirir.  Bunun  belə  olması  haqda 

mənbələrdə  də  məlumatlar vardır. Aristotelin verdiyi xəbərə  görə, qədim  yunanlarda 

üç  sayı  "qurtardı"  -  "tamamlandı"  mənasında  olub.  Elə  bu  bizim  məişətimizdə  də 

belədir.  Bunu  "Atalar  üçəcən  deyib",  "Biz  də  deyək  üç  olsun,  düşmənin  ömrü  puç 

olsun" kimi atalar sözlərindən də görmək mümkündür. 

Passiv  şəkildə  olsa  da,  hər  halda  Azərbaycan  məişətində  də  üç  sayının  mənfi, 

hətta nəhs olmasına inam vardır. El arasında belə bir deyim söylənilir: 

Çayın biri qaydadı,  

İkisi cana faydadı.  

Üçü nəhsdi,  

Dördü bəsdi.  

Çıxdın beşə,  

Vur on beşə. 

 Çay nədi,  

Say nədi. 

Buradakı "üçü nəhsdi" misrasındakı fikirdə, sözsüz, mənfi anlam vardır. Başqa 

bir misal. Adətən, iki dəfə uğursuzluğa uğrayan, iki dəfə işi bəd gətirən adam ya özü, 

ya  da  başqaları  "Allah  üçüncüdən  qorusun",  "Allah  üçüncüdən  saxlasın"  deyir. 

Deməli,  üçüncüdə  əvvəlki  ikidən  daha  dəhşətli  bir  işin,  hadisənin  baş  verəcəyi 

gözlənilir. 

Üç  sayına  mənfi  münasibət  məişətimizdə  sayıla  biləcək  qədərdir.  Bu  sayın 

müsbət anlamlı, "sevimli", "uğurlu" olması isə qəbul olunmuş həqiqətdir. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin