BeĢ sayı. Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol
əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə
alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada
görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr
koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş
sayını göstərən əlin özü elə "beş" adı daşıyır.
Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi
mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi
də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə
beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Şərqdə, ümumiyyətlə, islam aləmində beş sayının geniş yayılmasında
müsəlmanların hər gün beş kərə namaz qılmağa borclu olmalarının,
Rəsuləleyhissəlamın özünün, qızı Həzrəti Fatimənin, nəvələri imam Həsənlə, imam
Hüseynin, kürəkəni Həzrəti Əlinin - beş müqəddəs zatın peyğəmbərimizin əbası altına
yığılması və bu beşliyin sonralar "Ali Əba" ("Pənceyi ali əba", "Xəmseyi ali əba") adı
ilə tanınması, nəhayət, islamın əsaslarını təşkil edən beş şərtin də qədərincə təsiri
olmuşdur.
Dostları ilə paylaş: |