Səkkiz sayı. Əski təsəvvürləri qoruyub çağımıza çatdıran mənbələrdə elə
səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin üfüqi və şaquli vəziyyətini
simvollaşdırır. Bundan savayı, bəzi türk xalqlarının mifoloji inamlarına görə, səkkiz
sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada görə, dörd kimi səkkiz də
yeraltı aləmin, gecənin, qışın simvoludur.
Səkkiz sayının sehrli məna daşımasına, dünyanın üfüqi simvolunu təmsil
etməsinə inanarlar. Yer kürəsini də səkkizguşəli düşünmüş və bütün kainatı
nurlandıran Günəşi də elə səkkizşüalı təsəvvür etmişlər. Yəni Günəşin səkkiz şüası
dünyanın səkkiz guşəsinə istilik, işıq paylayır.
Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər
daşımaqdadır. Belə ki, Azərbaycan Dövlətinin rəmzlərindən - gerb və bayrağındakı
ulduz səkkizguşəlidir.
Azərbaycan Demokratik Respublikasının qurucuları tərəfindən düşünülmüş
olaraq qəbul edilmiş bu səkkizguşəli gerb və bayraqdakı ulduz bilavasitə dünyanın
səkkizguşəli olması ilə bağlı məsələdir. Mifoloji təsəvvürə görə, Tanrı göydə ilk, yəni
Baş şamanı xəlq etdikdən sonra onun olacağının qarşısında səkkizbudaqlı bir ağac da
bitirmişdir. Tanrı səkkiz səmtə uzanan bu ağaca da əbədiyaşarlıq bəxş etmişdir. Yerdə
də türk xalqları Tanrının bitirdiyi "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacın simvolu
olaraq olacağın - çadırın qapısı qarşısında bir dirək ucaltmış və "Dünyanın dirəyi"
adlandırdıqları bu ucaltdıqlarına səkkiz səmtə uzanan səkkiz budaq da bağlayıb
bərkitmişlər.
Deməli, Azərbaycan gerb və bayrağındakı ulduzu səkkizguşəli düşünənlər də,
sözsüz, dünyanın səkkiz guşəsini bildirən "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacı və
səkkizşüalı Günəşin əlamətlərini simvol tək nəzərdə tutmuşlar.
Səkkizguşəli ulduzun hilalın - Ayın ağuşunda təsviri də mənasız deyil. Arxada
səkkiz sayının qadın başlanğıcı olduğunu xatırlatmışdıq. Dünyanın çox xalqlarının,
eləcə də türklərin mifoloji təsəvvüründə Günəş qadın, Ay kişi başlanğıcıdır.
445
372
Bayrağımızdakı səkkizguşəli ulduzun hilala - kişiyə sığınması səkkiz Günəş övladının
- dünyanın səmtlərini bildirən səkkiz şüanın - qız övladların ataya arxalanması
simvoludur.
Dostları ilə paylaş: |