öncə, yaşadığımız məkanın, kosmos mühitinin, yəni ümumilikdə kainatın üfüqi
durumunu mifoloji anlamda simvollaşdırır. Və bu məqamda kainatın şaquli göstəricisi
olan üç sayından heç də az dəyər daşımır. Əgər biz cəhətləri - şimal, cənub, şərq, qərb;
istiqamətləri - sağ, sol, irəli, geri; ilin fəsillərini - yaz, yay, payız, qış və s. də buraya
Qədim türksoylular və bu soyluların yaşadıqları yerlərlə qonşuluqda məskən
salanlar da məişət quruluşları üçün dörd sayını simvol olaraq qəbul etmişlər. Bu
cəhətə yurd salmaqda, çadır qurmaqda daha ciddi yanaşılmışdır. Odur ki, dörd sayı ilə
simvollaşan cəhətlərdən - Cənub hər işin xeyirxah başlanğıcı bilinmişdir. Bu səbəbdən
də kainatın mikromodeli sayılan olacağın - çadırın qapısı bu səmtə açılmışdır.
Bununla, yəni hər sübh qapını açıb Cənubu görməklə, ona salam verməklə işlərin də
uğurlu olacağı düşünülmüşdür. Çadır qapısının əks tərəfi - yuxarı baş, yəni Şimal
ehtiram səmti bilinmiş, nüfuzlu, hörmətli kimsələrə məhz burada əyləşmək təklif
368
edilmişdir. Çadırın Şərq (sol) tərəfi qadın, Qərb (sağ) tərəfi kişi başlanğıcı sayılmışdır.
Bu səbəbdən kişilərə məxsus nə varsa, çadırın Qərb, qadınlara məxsus olanlar isə
çadırın Şərq tərəfində yerləşdirilmişdir[52].
Dörd sayının dünyanın dörd səmtinin üfüqi simvolu olması əski türk yazılı
abidələrində də qeyd olunub. Gültəkin və Bilgə xaqan abidələrində bildirilir ki, məkan
anlamında dünyanın irəli-geri, sağ-sol olmaqla dörd səmti vardır. Türklər də xaqanlıq
yaratmaq üçün yürüşlərini məhz bu istiqamətlərə yönəldirlər [53, 2-sətir 7].
"Ənasiri-ərbəə" də dörd sayı ilə bağlıdır. Və bu, dörd nəsnəni - havanı (yel),
suyu, torpağı, odu (istiliyi) bildirir. "Ənasiri-ərbəə"nin bir də bir "Ərkani-ərbəə" (dörd
əsil) adı vardır. Yəni mövcudatda nə varsa, onların canında bu dörd ünsür-hava (yel),
su, torpaq, od (istilik) vardır.
Dörd sayının dini görüşlərlə də əlaqəsi şübhəsizdir. Belə ki, dörd müqəddəs
kitabın - "Tövrat", "Zəbur", "İncil", "Quran"ın uyğun olaraq dörd həzrət peyğəmbərə -
Musaya, Davuda, İsaya, Məhəmmədə "göndərilməsi"nə təsadüfi hal kimi baxmaq
olmaz.
Dostları ilə paylaş: