On sayı. İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına
qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə
elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə
edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" (F.Sümər)
Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə
tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə"
mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina
ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar.
Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını
öldürmürlər. Elə bu on yaşlı oğlanın nəslindən sonrakı sayı on olan Göytürk boyları
yaranır. "Kitabi-Dədə Qorqud"da da on sayının işlənmə məqamı marağı çəkir. Burada
yüz və üç yüz on saylarının deyilişi belədir.
Gerçəkliklərin üç otuz on yaşını doldursa yey.
On otuz on yaşınız dolsun, haqq sizə yaman göstərməsin.
Göründüyü kimi, yuvarlaq say vasitəsi tək on sayının mövqeyi danılmazdır və
bu sayın da az-çox simvolik anlamı vardır.
Dostları ilə paylaş: |