“AZƏrbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qsc “AZƏrbaycan döVLƏt dəNİz akademiyasi” phş



Yüklə 22,17 Kb.
səhifə1/2
tarix27.04.2023
ölçüsü22,17 Kb.
#103364
  1   2
lab 6

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC “AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PHŞ


Gəmi energetik qurğularıkafedrası

Gəmi daxili yanma mühərriklərinin nəzəriyyəsifənnindən



LABORATORİYA İŞİ № 6


Təcrübə yolu ilə hava artıqlıq əmsalının təyini


Qrup:090A3


Tələbə: Ramiz Hüseynov


Müəllim: Kərimov Elnur

BAKI – 2023


LABORATORİYA İŞİ 6

Təcrübə yolu ilə hava artıqlıq əmsalının təyini


İşin məqsədi

İşləyən mühərrikdə təcrübə yolu ilə hava artıqlıq əmsalının təyin edilməsi.


İşin həcmi


Mühərrikin sınağı zamanı hava artıqlıq əmsalının təyin edilməsinin öyrənilməsi.


İstifadə olunan avadanlıq və cihazlar


Sınaq aparmaq üçün qurğu – 2 Ч 9.5/11 markalı mühərrik, saniyə ölçən - 2 ədəd.




İşin yerinə yetirilmə ardıcıllığı





  1. Mühərrik işə salınıb normal istilk şəraitinə kimi qızdırılır;

  2. Mühərrikin dövrlər sayı və yükü tədricən yüksəldilərək onun nominal iş rejimi (n = 1500 dövr/dəq Ne = 10.3 kVt (Ne = 14 a.q.)) alınır;

  3. Qəbul olunmuş yanacaq dozasının (∆Vy) mühərrikə sərf olunduğu vaxt (ty) ölçülür;

  4. Qəbul olunmuş hava dozasının (∆Vh) mühərrikə sərf olunduğu vaxt (th) ölçülür;

  5. Ölçmə işləri (nominal iş rejimində) 3 dəfə yerinə yetirilir;

Sınaq qurtardıqdan sonra bütün qeydə alınan ölçmələr cədvələ yazılır. Həmin nəticələrə əsasən hava artıqlıq əmsalının hesabı aşağıdakı ardıcıllıqla yerinə yetirilir.

  1. Mühərrikin saatlıq yanacaq sərfi aşağıdakı düstur ilə təyin edilir:


y
G = 3.6 * Vy∗ ρy
ty

, kq/saat



Burada ρy - yanacağın sıxlığı, q/sm3 , istifadə olunan dizel yanacağının sıxlığı qabaqcadan müəyyənləşdirilir.



  1. Mühərrikin saatlıq hava sərfi aşağıdakı düstur ilə təyin edilir:

Gh = 3600 * Vh∗ρh , kq/saat
th
Burada ρh - havanın sıxlığıdır, kq/m3
Təcrübə aparılan zaman ətraf mühitin təzyiqinə (P0) və temperaturuna (T0) görə havanın sıxlığı aşağıdakı düsturla təyin edilir.
ρ = P0∗ 106 , kq/sm3
h 287∗ T0
Burada P0 - MPa, T0 isə K ilə qəbul edilir.

  1. Mühərrikin hava artıqlıq əmsalı:

α = Gh Gy∗ l0
burada l0 – çəki ilə “stexiometrik” hava miqdarıdır. Dizel yanacağı üçün l0 – 14.5 kq/kq – dır.



Yüklə 22,17 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin