Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   21   22   23   24   25   26   27   28   29
Şahin Fərzəıiyev

GÖSTƏRİCİLƏR 
 
Əhsənüt-təvarix” əsərində işlədilən Azərbaycan sözləri 
 
Monoqrafiyaya əlavə edilən sözlərin əksəriyyətinin Azərbaycan dili, onun yazılı 
abidələri və eləcə də dialekt və şivələrində qeydə alınan sözlərlə eyni və ya oxşar fonetik 
tərkibdə işləndiyini nəzərə alıb, onların yuxarıdakı başlıq altında verilməsini 
məqsədəuyğun hesab etdik. Fikrimizi sübut etmək məqsədi ilə bir neçə fakta diqqət 
edək. 
Nəsimidə: - dəlu (dəli), doquz (doqquz), səksən, gözəl, yil (il), yüz, ağac, aruq (arıq) və 
s. (Bax: C. Q\əhramanov. Nəsimi divanını leksikası, Bakı, 1970). 
―Kitabi-Dədə Qorqud‖da:- çomaq, dəlu (dəli). Budaq (şəxs adı) və s. (Bax: Ə. 
Dəmirçizadə. ―Kitabi Dədə Qorqud‖ dastanlarının dili‖, Bakı, 1959). 
Şah İsmayıl Xətaidə:-qapuçu (qapıçı), yəraq (yaraq), yengi (yeni), və s. 
Kişvəridə:-saru (sarı), eşik və s. 
―Şühədanamə‖də:-yengi (yeni), yil (il) və s. 
H. Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası, Bakı, 1962. 
Dialekt və şivələrimizdə:-yil, yıl (il), yüz (üz), dədə (ata) və s. (Bax: M. Şirəliyev. 
Azərbaycan dialektologiyasının əsasları, Bakı, 1967). 
Heç şübhəsiz ki, bizim fikrimizi linqvistik faktlarla yanaşı, monoqrafiyada göstərdiyimiz 
bir sıra tarixi faktlar da təsdiq edir. 
a) 
Rəhbərlik bildirən “başı” ifadəsi ilə düzələnlər: 
Qorçibaşı, eşikağasıbaşı, yüzbaşı, mingbaşı, topçibaşı, subaşı, ovçubaşı 
b) 
“çı”, “çi”, “çu” şəkilçisi ilə bitənlər: Axtaçı, təmurçi, qapuçi, qorçi, 
qulluqçi, quşçi, ilçi, süfrəçi, tupçi, tüfəngçi, həlvaçi, şirəçi 
c) 
“lu” şəkiçisi ilə bitənlər: Qanlu, gögərçinlu, pambuqlu, çiçəklu 
ç) “lər” şəkilçisi ilə bitən söz: Qüllər 
d) 
“liq” şəkilçisi ilə bitən söz: Xınalıq 
e) 
“si” şəkilçisi ilə bitən söz: Ağasi 
Müxtəlif sözlər: Ay (xitab), ağ, ağac, aruq, açuq, ata, baş, bik, bəy, bölük, 
bulağ, qəra, qəya, qapu, qeysi, qızıl, qızılbaş, qışlaq, qoyun, qoç, dəngiz, dərzi, dəlu, 
donquz, ey (xitab), eşik, yil, yəylaq, yəraq, yel, yengi, yüreş, kənd, kəpənək, kök, köç, 
gözəl, güdəçə, oğlan, oğli, olka, saru, sığınaq, uzun, ulağ, üz, üzən, çoban, çomaq, çöl. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin