asılı olmayaraq, səhiyyə göstəricilərinə mühüm təsir göstərə bilər. Azərbaycanda xüsusilə
kiĢilər arasında xəstəliklərin geniĢ yayılmasında tütündən istifadə əsas risk faktorudur. Diaqram
6-4 böyüklər arasında kvintillər üzrə siqaret çəkmənin yayılmasını, tütündən istifadənin yoxsullar
arasında daha çox yayıldığını göstərir. Hipertoniyanın yoxsullar arasında daha geniĢ yayılması
meyli də zəif hiss olunur ki, ağır çəkililik və köklük haqqında bunun əksini demək olar. Siqaret
çəkmənin sağlamlığa təsirindən əlavə, ev təsərrüfatları büdcəsi üzrə məlumatlar ən yoxsul
kvintildə tütün xərclərinin qeyri-ərzaq xərclərinin 16 faizini təĢkil etdiyini göstərir.