Diaqram 6-6 Vəsait kvintilləri üzrə risk faktoru göstəriciləri
6.18
Səhiyyə xidmətlərinin təmin edilməsində bərabərliyə gəlincə, qeyd etmək lazımdır ki, yoxsullar qeyri-yoxsullara nisbətən səhiyyə xidmətlərindən daha az istifadə edirlər. Bu, həm
ambulator, həm də stasionar xidmətə aiddir. Cədvəl 6-3 kvintillər üzrə ambulator və stasionar
xidmətdən illik adambaĢına istifadəni əks etdirir. Orta hesabla, ən yoxsul kvintildəki fərd
ambulator xidmətdən ildə bir dəfədən cüzi artıq istifadə edir. Cədvəl 6-5 göstərir ki, ümumi
istifadənin təqribən üçdə-biri ən varlı kvintilin payına düĢdüyü halda, ən yoxsul kvintilin payına
cəmi 10 faiz düĢür. Hətta bu mənzərə də bərabərsizliyin miqyasını kiçildir, çünki yuxarıda
göstərildiyi kimi, qeyri-yoxsulların ümumi sağlamlıq vəziyyətlərinin yaxĢı olması baxımından:
səhiyyə xidmətlərindən ehtiyac əsasında ―bərabər‖ istifadə yoxsullar tərəfindən istifadə
səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilərdi. Bu xüsusiyyət bir məlumatla
da təsdiq olunur ki, ən varlı kvintildə Ģəxsin (özünün müəyyənləĢdirdiyi) xəstəlik və ya qəza
zamanı tibbi yardımdan istifadə ehtimalı ən yoxsul kvintildəkindən (göstərilməmiĢdir) 50 faizdən
çox yüksəkdir. Ġstifadə sahəsindəki bu bərabərsizliklər prioritet olan təcrübəli səhiyyə iĢçisi
tərəfindən prenatal qayğı, uĢağın tam vaksinasiyası kimi ana və uĢaqlara xidmətə də aid olunur.