ŞX-nin alt-kateqoriyalara bölünməsi faydalı təsəvvürlər yaradır. 6-54 və 6-5 saylı
cədvəllər kvintillər və Ģəhər/kənd yerləri üzrə bölgünü əks etdirir. Ümumi ġX-lər mütləq
göstəricidə qeyri-yoxsullar arasında xeyli yüksəkdir. Bütün kvintillər üzrə dərmanlar cəmi ġX-nin
dörddə üçünü təĢkil edir. Lakin hər bir kvintilin ümumi ġX-lərin bir hissəsi kimi, yoxsulların
dərman alıĢlarının daha böyük hissəsini həkim məsləhəti olmadan əczaxanadan dərman
preparatlarının alınması təĢkil edir, halbuki qeyri-yoxsullar dərmanları ambulator xidmətə
müraciətlə birlikdə əldə etməyə meylli olurlar. Qeyri-yoxsullarla müqayisədə, yoxsullar ümumi
ġX-nin daha az hissəsini ambulator xidmətə sərf edirlər. Yoxsulların özünümüalicə meyli
yuxarıda qeyd edilmiĢ maliyyə məhdudiyyətlərinin təcəssümüdür və keyfiyyətli tibbi məsləhətin
olmaması haqda mühüm narahatlıqlar doğurur. Stasionar məsləhətlər və dərmanlar istənilən
kvintil üzrə ġX-lərin ən böyük nisbətini təĢkil etmir, lakin faktlar mövcuddur ki, stasionara
xərclənən vəsaitlərin əhəmiyyətli hissəsi (təqribən dörddə biri) xidmət göstərənlərə qeyri-rəsmi
ödəniĢlərdən ibarətdir. Lakin qeyri-rəsmi ödəniĢlərin dəqiq fərqləndirilməsi və ölçülməsi çətin
olduğundan, bu nəticə bir qədər ehtiyatla Ģərh edilməlidir. Sonda qeyd etmək lazımdır ki, ġX
səviyyələrində məcburi köçkünlərlə ümumi əhali arasında cüzi fərq mövcuddur.