Diaqram 2-6 2001-2008-ci illərdə yoxsulluğun azaldılmasının inkiĢafa və bərabərsizliyin azaldılmasına təsiri
Mənbə: EBM 2001 və YSQS 2008
2.13 Əmək haqlarının əhəmiyyətli dərəcədə yüksəlməsi və səmərəli dövlət transfer proqramının genişlənməsi istehlakın artmasının və yoxsulluğun azaldılmasının əsas səbəbləridir (Diaqram 2-7; dövlət transferlərinin müzakirəsi üçün 8-ci fəslə baxın). 2000-2008-ci
illər arasında minimum əmək haqqının səviyyəsi 6700% artaraq kəskin aĢağı səviyyədə olan 1.1
manatdan 75 manatadək yüksəlmiĢdir. Orta aylıq əmək haqqı səviyyəsində də hər il ikirəqəmli
artım tempi müĢahidə edilmiĢ və bu göstərici 2000-ci ildəki 41 manat səviyyəsindən 2008-ci ildə
268 manata qədər yüksəlmiĢdir ki, bu da ümumi götürdükdə 650% artım deməkdi. Lakin min
dəfələrlə artıma baxmayaraq, Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının
28%-dən az hissəsini təĢkil edir.
5
Artım-bərabərsizlik bölgüsü (Ravallion və Datt 1992-ci il) bərabərsizliyin sabit olduğu təqdirdə artımın yoxsulluğa
necə təsir edə bildiyini və istehlakın dəyiĢməz qaldığı Ģəraitdə sözügedən iki müddət arasında təkrar bölgünün
yoxsulluğa hansı təsirə malik ola bildiyini göstərir.
Yenidən bölgü
Artım
Cəmi
ġəhər
Kənd
Azərbaycan