2.16 2000-ci illərdə ərzaq xərcləri azalmaqla yanaşı, zəruri qeyri-ərzaq məhsul və xidmətlər üzrə xərclər yüksəlmişdir. Xüsusilə cəmiyyətin daha yoxsul əhali qrupu arasında kommunal
xərcləri kifayət qədər yüksəlmiĢdir. Eyni sözləri uzunmüddətli istehlak malları haqqında da
söyləmək olar (Diaqram 2-9). 2001-2008-ci illər arasında səhiyyə və təhsil üzrə Ģəxsi xərclər
kifayət qədər yüksəlmiĢdir. Hal-hazırda, səhiyyə xərclərinin ev təsərrüfatlarının ümumi
xərclərindəki payı 10% təĢkil edir. 2001-ci ildə isə müvafiq göstərici 2%-dən az olmuĢdur. 2001-
ci il ilə müqayisədə 2008-ci ildə ev təsərrüfatlarının ərzaq (eləcə də, qeyri-ərzaq) məhsulları üçün
ayırdıqları resursların nisbətində böyük fərqlər qeydə alınmıĢdır. Daha yoxsul əhali vəsaitlərinin
nisbətən çox hissəsini kommunal xərclərə yönəltdiyi halda, daha varlı Ģəxslər uzunmüddətli
istehlak məhsullarına, təhsil və səhiyyə xərclərinə daha çox vəsait sərf etmiĢdir. Bu əhalinin
ümumi yaĢayıĢ səviyyəsinin yüksəlməsində öz əksini tapmaqla yanaĢı ölkənin inkiĢaf səviyyəsi
ilə uyğunluq təĢkil edir.