Azərbaycanda dövlət qulluğu sisteminin əlamətlərinin meydana
gəldiyi tarixi mərhələlər
Hər şeydən öncə, qeyd edək ki, Azərbaycan ərazisində dövlət qulluğunun
xarakterinə görə 5 tarixi dövr fərqləndirilir:
-Saray tipli ənənəvi dövlət qulluğu sistemi dövrü (1828-ci ilə qədər);
-Yarımsaray, yarı modern dövlət qulluğu dövrü (Çar Rusiyası dövrü);
-Milli-rasional bürokratikləşmə (1918-1920);
-Sovet nomenklaturası (1920-1991);
-Müasir dövlət qulluğu sisteminin quruculuğu dövrü (1991-ci ildən bu günə
kimi).
Saray tipli ənənəvi dövlət qulluğu sistemi ibtidai xarakterə malik idi, burada
xəzinədən faydalanmış dövlət adına xidmət edənləri ordu xidmətçilərinə və saray
xidmətçilərinə bölmək olar. Bu mərhələdə hansısa peşəkarlıq, hüquqi əsas və
bürokratik dəyərlərdən bəhs etmək qeyri-mümkün idi. Dövlətin başçısı olan hökmdar
sonsuz səlahiyyətlərə və dini əsasa söykənirdi. Lakin buna baxmayaraq, bu dövrdə
Azərbaycanda dövlət idarəçili mədəniyyəti formalaşmışdır. Bu baxımdan, Albaniya
dövrünü xüsusi qeyd etmək olar. Albaniya hökmdarları sərhədsiz hakimiyyətə malik
olmaqla, dövlətin dünyəvi və dini başçısı idi. Bununla yanaşı, sarayda Məşvərət
Şurası da fəaliyyət göstərirdi və vacib qərarların qəbul olunmasında təsirli rol
oynayırdı (Mahmudov 15). Qeyd etmək lazımdır ki, sonrakı tarixi dövrlərdə də
möhkəm, təkmil dövlət idarəçiliyi zamanın reallıqlarına uyğun olaraq özünün bütün
elementləri ilə dövlət idarəçiliyi formalaşmışdır və davamlı olaraq təkmilləşmişdir.
Saray tipli ənənəvi dövlət qulluğu sistemi 1828-ci ilə qədər sürmüşdür. Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, 1828-ci ilədək tarixi dövrlərdən asılı olaraq, dövlət
qulluğunun səciyyəvi əlamətləri özlərini büruzə vermişdir. Bu əlamətləri tarixi dövlər
üzrə aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:
74 Həmdulla Məmmədov
Orta əsrlər feodal dövrü üçün şah, məclis divanı, əmir əl-üməra, baş vəzir, sahibi
divan, hacib səciyyəvi idi. Bu sistemin əlamətlərini bir sıra tarixi Azərbaycan
dövlətlərinin timsalında nəzərdən keçirmək əhəmiyyətlidir. Məsələn:
Atabəylərdə – atabəy, vəzir, ulu hacib (hökmdarın şəxsi saray xidmətlərinə
rəhbərlik edən), divan-əlxas – hökmdarın əmlakını idarə edən, dövlət dəftərxanasının
rəhbəri – münşi, maliyyə naziri – müstövfi, vilayət hakimi – vali (Bünyadov 15).
Hülakülərdə - elxan, baş əmir (4 əmirin arasından seçilir), digər əmirlərə qol
əmirləri deyilir, müstövfinin müavini münəssil, yazı işlərini həyat keçirən – bitikçi,
dini işlərə - qazilər qazisi.
Qaraqoyunlularda – sultan, əmir əl-üməra, dini işlər – sədr-əzəm, kiçik
qoşun başçıları – qibtəul ( Fərzəlibəyli 13-17).
Səfəvilərdə - şah, vəkil, əmir əl-ümər, vəzir, sədr – dini müəssisələrə
rəhbərlik edən, möhrdar, şahın ov işlərinə baxan – mirşikarbaşı, mühtəsil-əl məmalik,
qoşun kargüzarı – ləşkərnəlis, mehtərlərin rəhbəri – miraxurbaş, xarici səfərlərin və
hörmətli şəxslərin qəbuluna baxan mehmandarbaşı (Bayramlı 32-34).
Əlavə olaraq, qeyd edək ki, Səfəvilər dövründə Azərbaycan ərazisində dövlət
idarəçiliyinin kifayət qədər təkmil bir sistemi formalaşmışdır. Təkmil dövlət
idarəçiliyi sisteminin yaranması dövlətin mövcudluğu şərtlərindən irəli gəlirdi. Belə
ki, kifayət qədər geniş ərazilərin səmərəli idarə olunması mükəmməl dövlət
idarəçiliyi mexanizmlərinin yaradılmasını və tətbiq edilməsini tələb edirdi. Səfərilər
dövründə dövlət başçısı həm dünyəvi hakimiyyətə, həm də dini hakimiyyətə sahib
olmaqla hakimiyyətin mərkəzləşdirilməsini daha gücləndirmişlər. Xüsusi olaraq,
qeyd etmək vacibdir ki, həmin dövrdə dövlət idarəçiliyinin ciddi bir bürokratik
sistemi də formalaşmışdır ki, bu da məkəzi və yerli idarəetmə orqanlarının
fəaliyyətinin kifayət qədər səmərəli tənzimlənməsini imkan verirdi (Azərbaycan
Səfəvi dövləti// http://a-r.az/az/page/41(müraciət tarixi:28.02.2019).
Xanlıqlar dövrü – xan, maliyyə işlərinə baxan, eşikağası – xanın şəxsi təsərrüfatının
başçısı, mehtərlərin başçısı - əmiraxur, sandıqdar ağası – xəzinədar, anbardar, darğa –
vergilər yığan, şəhər və kənd rəhbərləri – yüzbaşı, kəndxuda, kələntər (minbaşı,
polkovnik),
qalabəyi
(Mustafa
N.
İdarəçilik
sistemi//
http://www.iravan.info/idarechilik_sistemi.html (müraciət tarixi:28.02.2019).
Qeyd edilən dövrün özünün səciyyəvi xüsusiyyətləri mövcud olmuşdur. Belə ki, Şah
ilahi mənşəyə malik idi, hökmünü gücə əsaslandırırdı, rasionallıq yox idi, qulluqçular
dövlətə deyil, şaha xidmət edirdilər. Bütün bunlarla yanaşı, dövlət idarəçiliyinin
mükəmməl sisteminin yarandığını qeyd etməyə əsas verən çoxsaylı məqamlar da
olmuşdur. Artıq yuxarıda nəzərdən keçirildiyi kimi, idarəçiliyin müxtəlif
səviyyələrinin səmərəliliyini şərtləndirən bürokratik sistem özünün bütün elementləri
ilə formalaşmışdır və davamlı olaraq təkmilləşirdi. Dövlət başçısının ən vacib
məsələlərlə bağlı tək qərar vermək hüquqlarının olmasına baxamayaraq, saraylarda
ayrıca məşvərət şuraları da təşkil olunurdu. Dövlət üçün əhəmiyyətli qərarların
əksəriyyəti müzakirə əsasında məşvərət şurasında qəbul olunurdu. Bu məqam
Azərbaycanda dövlət qulluğunun formalaşması… 75
sonradan səmərəli dövlət idarəçiliyi və müvafiq olaraq, dövlət qulluğu sisteminin
formalaşması tendensiyasının əsasını qoymuşdur.
Beləliklə, Azərbaycanda dövlət qulluğunun yuxarıda nəzərdən keçirdiyimiz tarixi
dövrlər üzrə səciyyəvi xüsusiyyətlərindən də aydın görünür ki, ölkə ərazisində
dövrlər üzrə dövlət qulluğu və ya dövlət idarəçiliyi sahəsində daim dinamiklik
müşahidə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, həmin dövrlərdə
Azərbaycanda dövlət qulluğu məhfumu hazırkı anlamda nəzərdən keçirilmir. Belə
qənaəti şərtləndirən bir sıra vacib amilləri qeyd etmək lazımdır. Hər şeydən öncə
həmin dövrdə dövlət qulluğunun əsaslandığı prinsiplər haqqında təsəvvürlər hələ
formalaşmamışdır. Xüsusilə də peşəkarlıq prinsipi aktuallıq kəsb etmirdi. Sonrakı
mərhələrdə məhz bu prinsip dövlət qulluğunun mahiyyətini ifadə edən əsas
amillərdən biri rolunda çıxış edir. Dövlət orqanlarının səlahiyyətlərinin həyata
keçirilməsi istiqamətində peşəkar fəaliyyət həlledici təsirə malikdir. Nəzərə almaq
lazımdır ki, peşəkar fəaliyyət xüsusi bilik, bacarıq və vərdişlər əsasında həyata
keçirilən fəaliyyətdir. Bu da təbii ki, müəyyən hazırlıq və təhsil səviyyəsi tələb edir
(Акимов 159).
Qeyd ediləndən başqa, nəzərdən keçirilən dövrdə idarəçiliyin həyata keçirilməsi
prinsipləri tamam əsaslara söykənirdi. Belə ki, müasir anlamda peşəkar qulluq
fəaliyyəti bir qayda olaraq, xüsusi vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin
yerinə yetirilməsini nəzərdə tutur. Bunun müqabilində dövlət büdcəsi hesabına
ödənilən vəsaitlə həmin şəxslərin fəaliyyəti ödənilir.
Dostları ilə paylaş: |