Azərbaycanda döVLƏt qulluğunun formalaşmasi xüsusiYYƏTLƏRİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix24.09.2023
ölçüsü0,64 Mb.
#147999
1   2   3   4   5   6   7
-Komendant üsul idarəsi; 
-Quberniyalaşdırma – qəza, naiblik; 
-Duma modeli

1905-ci il inqilabından sonra Çar Rusiyasında demokratik islahatlar başladı. Bu 
manifestin nəticəsində Azərbaycanda çoxlu sayda ictimai və siyasi təşkilatlar yarandı. 
Amma bu islahatlar Stolıpinin baş nazir olması ilə sona çatdı və irtica dövrü başlandı, 
əldə olunan demokratik nailiyyətlər itirildi. Çar Rusiyası dövrünün ən mühüm 2 irsi 
bu gün də öz aktuallığını qorumaqdadır: 
Ümumiyyətlə, Çar Rusiyası dövründə Azərbaycanda dövlət idarəçiliyi özünün bir 
sıra səciyyəvi xüsusiyyətləri ilə seçilmişdir. Belə ki, bu dövrdə xanlar və bəylər 
böyük səlahiyyətə malik idilər. Komendant üsul-idarələri yaradılmışdı – bəylərə və 
xanlara nəzarət etmək üçün yaradılırdı. 1861-ci ildə Zaqafqaziya Mərkəzi İslahat 
Komitəsi Qafqaz Canişinliyi, nezdlər (qəza), quberniyalar, voloslar – kəndlər, bəy 
kəndləri – sahibkar kəndliləri, dövlət kəndləri... Əyalətlər 1828-ci ildən etibarən 
komendantlar tərəfindən idarə olunurdu, köməkçisi polismeyestr adlanırdı. Təsərrüfat 
idarəsi, əyalət xəzinədarlığı idarəsi var idi. 1828-1905-ci illər arası şəhər, məhkəmə, 
torpaq islahatları həyata keçirilirdi. Abşeronda neft yataqlarının sənaye üsulu ilə 
istismarı milli burjuaziyanın, milli düşüncənin və təsisatların inkişafına əsas yaratdı. 
Bunun nəticəsi olaraq inqilabdan sonra Azərbaycanda milli dövlət yarandı. Bu zaman 
Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil şəkildə dövlət qulluğu sistemi 
formalaşmağa başlamışdır. 
Şərqdə ilk müstəqil demokratik dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin 
qurulması ilə ölkəmizdə müstəqil dövlət qulluğu quruculuğu istiqamətində ciddi 
addımlar atılmağa başladı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət 
qulluğu sahəsində ən önəmli islahat - dövlət qulluqçularının siyasi fəaliyyətini 
qadağan edən qanunun qəbulu həlledici oldu. Həmçinin nazirliklərin ştat cədvəlləri 
və siyasi məmurluq haqqında parlament qanunları da mövcuddur. Bütün bunlarla 
yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət 
qulluğu sisteminin formalaşdırılması prosesində beynəlxalq təcrübədən istifadə 
edilmişdir. Belə ki, Türkiyə və Fransa dövlət idarəçiliyi sisteminin elementləri Xalq 
Cümhuriyyəti dövrünün dövlət idarəçiliyi sistemində əksini tapmışdır. Xüsusilə də 
Xalq 
Cümhuriyyəti 
dövründə 
dövlətçiliyin 
formalaşmasında 
Türkiyə 
Cümhuriyyətinin dövlət qulluğu və ya idarəçiliyi sisteminin nəzərəçarpacaq təsiri 
olmuşdur. Bu, özünü daha qabarıq şəkildə dövlət qulluğunda differensasiyanın 
aparılmasında büruzə vermişdir (Азербайджанская демократическая республика 
(1918-1920) 105).


 78 Həmdulla Məmmədov
Xalq Cümhuriyyəti dövründə dövlər qulluğu sisteminin daha təkmil səviyyəyə 
çatmasını əngəlləyən başlıca məqam dövlət qulluğunun qanunvericilik bazasının 
olmamasından ibarət olmuşdur. Tədqiqatlar prosesində gəldiyimiz nəticələr biri də 
ondan ibarət olmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət qulluğu 
sistemi haqqında təsəvvürlər çox da geniş deyildir. Bu baxımdan, bu sahənin 
dərindən öyrənilməsinə ehtiyac vardır.
Sovet İttifaqı dövründə idarəçiliyi və qulluğu altı təməl prinsipə söykənirdi. Bunlar 
aşağıdakılardan ibarətdir ( Rehimli 31) : 
-xalqın idarəetmədə iştirakı; 
-demokratik mərkəzçilik; 
-komunist partiyasının liderliyi; 
-millətlərin bərabərliyi; 
-sosialist qanunçuluğu; 
-sosialist planlama. 
 
Sovetlər birliyi dönəmində ümumi kadr siyasəti sistemi mövcud deyildir. 
Ümumiyyətlə, qeyd edək ki, dövlət qulluğunun xarakteri baxımından Sovet dövrünün 
özünü də 2 dövrə bölmək olar (Восленский 51): 
-1920-1922-ci illər – Müstəqil Sovet Sosialist Respublikaları dövrü; 
-1922-ci ildən sonra – Müttəfiq Respublikalar dövrü.
Bu dövrdə dövlət qulluğu kommunist partiyanın patronajı altında idi. 
Azərbaycanda dövlət idarəçiliyi əyalət xarakterinə malik idi, əyalət mərkəzi Bakı idi. 
Həmin dövrdə aparılmış islahatlar nəticəsində Sovet nomenklaturası qurulmuşdu. 
Vəzifələrin hər biri üzrə 3 namizəd, həmin namizədlərin də yerinə (hər birinin) 3 
namizəd var idi. Hər bir vəzifəli şəxs ondan yüksək vəzifəyə namizəd idi, onun 
vəzifəsinə də 3 namizəd var idi. Sovet dövründə Qorbaçovun partiya patronajını ləğv 
etmək adı ilə başladığı perestroyka siyasəti keçmiş totalitar rejimə nifrətin ifadə 
olunmağına, nəticədə isə SSRİ-nin dağılmasına gətirib çıxardı.1991-ci ildə 
müstəqillik əldə etdikdən sonra, ölkəmizdə dövlət qulluğu öz inkişafının ikinci 
mərhələsinə qədəm qoymuşdur. Bu məqamda onu da vurğulamaq lazımdır ki, 
Azərbaycanda Cümhuriyyət dövrünü də dövlət qulluğunun mövcudluğunun müəyyən 
bir mərhələsi kimi qeyd edirlər. Bunun ciddi əsaslarının olduğunu qeyd etmək
lazımdır. Çünki, qısa zaman kəsiyində olsa da, işlək dövlət strukturunun əksər 
elementləri yaradılmışdır və bu dövlətin idarə olunması üçün ilkin mərhələdə tam 
yetərli hesab oluna bilərdi (Ələkbərova 215). 
1991-ci ildə öz müstəqilliyinə qovuşduqdan sonra, Azərbaycanda dövlət qulluğunun 
inkişafının prinsipcə tam yeni bir mərhələsi başlamışdır (Rehimli 35).Müstəqilliyinin 
elə ilk günlərindən Azərbaycan demokratikləşmə istiqamətində ciddi addımlar 
atmışdır. Tamam yeni idarəetmə sistemi formalaşmağa başladı. Bu, artıq tam 
müstəqil, özünün inkişaf yolunu, milli maraqlarını müəyyənləşdirmiş dövlətin idarə 
olunması sistemi idi. Məhz müstəqillik əldə etdikdən sonra Azərbaycan 


Azərbaycanda dövlət qulluğunun formalaşması… 79 
Respublikasında dövlət qulluğunun həyata keçirilməsi zamanı istinad olunan 
prinsiplər tam formalaşmışdır. 1991-ci ilin oktyabr ayının 18-də qəbul olunmuş
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 
dövlət qulluğunun vacib prinsiplərinin bir qismi öz əksini tapmışdır. Qeyd edək ki, 
dövlət qulluğunun konstitusional əsaslarının formalaşmasında 1995-ci ilin noyabr 
ayının 12-də qəbul olunmuş Konstitusiyanın həlledici rolu oldu. Bu məqama qədər, 
yəni, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunadək sırf dövlət qulluğu 
haqqında ayrıca qanunvericilik aktı mövcud deyildi. Lakin, 1995-ci il 
konstitusiyasında, qeyd etdiyimiz kimi, dövlət qulluğunun prinsip əsasları öz əksini 
tapmışdır. Belə ki, bu konstitusiyanın 55-ci maddəsində xüsusi bir maddə 
müəyyənləşmişdir ki, burada vətəndaşların dövlətin idarə olunmasında iştirakı və 
dövlət qulluğuna qəbulu ilə bağlı məqamlar yer almışlar (Azərbaycan 
Respublikasının konstitusiyası). 
Məhz bundan sonra Azərbaycan Respublikasında dövlət qulluğunun real inkişafının 
işlək əsasları daha dinamik işlənib hazırlanılmasına başlanılmışdır. Dövlət 
qulluğunun həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi diqqət mərkəzinə 
keçmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlət qulluğu sisteminin 
səmərəliliyinin artırılması istiqamətində ictimaiyyətin gözləntilərinin nəzərə alınması 
və dövlət qulluğunun pozitiv imicinin yaradılması məsələlərinə də ciddi diqqət 
yetirilməyə başlanmışdır. Bunun ilk mühüm əlamətlərindən biri kimi 1996-cı ildə Ulu 
Öndər Heydər Əliyevin imzaladığı sərancamla Hüquqi islahatalar komissiyasının 
yaradılmasını göstərmək olar. Bu, müstəqil Azərbaycan Respublikasında digər 
sahələrlə yanaşı, həm də dövlət idarəçiliyinin və dövlət qulluğunun normativ-hüquqi 
bazasının 
formalaşmasının 
başlanğıcı 
idi. 
Dövlət 
qulluğu 
sisteminin 
formalaşdırılması prosesində Azərbaycanın strateji məqsədlərindən biri də ondan 
ibarət olmuşdur ki, mövcud beynəlxalq təcrübənin ən qabaqcıl elementlərinə istinad 
etməklə bunun anunvericilik bazası təmin edilsin. 1998-ci ilin dekabrında 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “AR-nın dövlət 
idarə¬etmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması 
haqqında” fərman imzalanmışdır. Fərmanın imzalanmasında konkret məqsəd ölkənin 
ümumi inkişafını təmin edəcək dövlət idarəetmə sisteminin formalaşdırılmasından 
ibarət idi. Bu istiqamətdə atılması nəzərdə tutulan ən strateji addım təkmil hüquqi 
bazanın yaradılmasından ibarət olmuşdur. Bu, həm də təbii ki, dövlət idarəçiliyi 
sistemində zamanın reallıqlarına uyğun kompleks islahatların aparılmasını nəzərdə 
tuturdu.
Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyi sistemində islahatların həyata keçirilməsi 
məqsədi ilə xüsusi komissiya da yaratmışdır. Tərkibi 17 nəzəfərdən ibarət olan 
komissiyaya sədrliyi Heydər Əliyev öz üzərinə götürmüşdür. Bundan sonra 
Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sistemində bütün zəruri islahatların 
həyata keçirilməsinə start verilmişdir. Bundan sonra Azərbaycan Respublikasında 
dövlət qulluğu sisteminin məxsusi elementlərinin formalaşması prosesi davamlı 
xarakter almışdır. Bütün bunlar dövlət qulluğunun səmərəliliyinin artırılmasında 
kifayət qədər təsirli addımlar olmuşdur və sonrakı inkişaf üçün zəmin yaratmışdır ( 
İsmayılov 7). 2000-ci ilin iyul ayının 21-də Heydər Əliyev tərəfindən təsdiq edilmiş 


 80 Həmdulla Məmmədov
“Dövlət qulluğu haqqında” Aərbaycan Respublikasının Qanunu bu prosesdə xüsusi 
dönüş məqamı oldu (Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu 
40). Bu qanunun qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət qulluğunun 
hüquqi əsaslarının müəyyənləşməsi ilə yanaşı, dövlət qulluqçularının hüquqi 
vəziyyəti də qətiləşmişdir. Bununla da Azərbaycanda dövlət qulluğu sisteminin 
özünün bütün komponentləri ilə təşəkkür tapmış oldu. Bundan sonrakı addımlar 
dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə hesablanmışdır. Hazırkı mərhələdə 
Azərbaycanda dövlət qulluğunun təkmilləşdirilməsinin innovativ metodları diqqət 
mərkəzindədir. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin