Sacilər dövlətinin süqutu Sacilər dövləti Deysəmin dövründə sürətlə zəifləməyə başladı. Bundan istifadə edən Sacilərin Deyləm vilayətinin hakimi Mərzban ibn Məhəmməd 941 – ci ildə dövlətə qarşı qiyam qaldırdı. Qiyam nəticəsində sacilər dövləti süqut etdi.
Sacilər dövlətinin yaranmasının tarixi əhəmiyyəti
Bütün azərbaycan torpaqları vahid şəkildə birləşdirildi;
Azərbaycan əyalətləri arasında iqtisadi və mədəni əlaqələr gücləndi;
Azərbaycan türk xalqının formalaşması prosesi gücləndi;
Azərbaycan ərazisində etnik fərqlər qradan qalxmağa başladı.
Salarilər dövləti ( 941 – 981 ) Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraıtındə Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycän tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi.Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi.
Beləliklə, Salarilər dövləti quzeydə Dərbənd keçidindən başlayaraq, güneydə Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Bununla belə, Mərzban ibn Mə-həmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.