baxımdan “Kür — Araz mədəniyyəti” adlanır.) insanlar sıx yaşayış yerlərindən əkinçilik və
maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III
minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başlamışdı. Bununla
bağlı olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış əkinçiliyi
dağətəyi bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək məhsuldarlığının
yüksəlməsinə şərait yaradırdı. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə
isə dəmyə əkinçiliyi geniş yayılmışdı. Bu zaman buğdanın yumşaq növü, arpa, dan, noxud və
kətan əkinləri üstün yer tuturdu.
Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş
vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu ərazilərə yayılması xüsusilə qoyunçuluğun
inkişafı ilə bağlı idi.
Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalmz heyvandarlıqla məşğul olan qəbilələr
meydana çıxırdı. Əkinçiliyin və maldarlığın bir birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət
göstərməsi ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü hesab edilir.
E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı
və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə olunur. Bu dövrdə Azərbaycanın
cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana
çıxmışdı.
Dostları ilə paylaş: