Azərbaycanda ibtidai icma cəmiyyəti



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#45662
1   2   3   4   5   6
Azərbaycanda ibtidai icma cəmiyyəti - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler

TA R İ X

Dərc edildi: 27 December 2019, 09.31 Baxış sayı: 7649




İbtidai icma cəmiyyəti öz inkişafında üç mərhələdən keçmişdir:

1. ibtidai insan dəstəsi və ya ulu icma;

2. qəbilə icması;

3. ibtidai icma quruluşunun dağılması və erkən dövlətlərin yaranması İbtidai insan

dəstəsi və ya ulu icma alt və orta paleolitdə (1,5 milyon ildən — 40 min il bundan

əvvələ kimi) mövcud olmuşdur. İnsanlar qida əldə etmək və heyvanlardan

qorunmaq zərurəti qarşısında 20 — 30 nəfərdən çox olmayan bir dəstə halında

birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar mağaraları) və

Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) məskən salmışlar. İbtidai

insan yem əldə etmək üçün yığıcılıq və ovçuluqla məşğul olurdu və bu, istehlak

təsərrüfatı adlanırdı.

Paleolit (qədim daş dövrü) 3 dövrə bölünür:

1. Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər davam

etmişdir. Azıx mağarası Azərbaycanda ən qədim paleolit düşərgəsidir və

ölkəmizdə ən qədim daş alətlər burada tapılmışdır. «Quruçay mədəniyyəti»nə aid

edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı

insanın yaşadığını sübuta yetirir. Həmin alətlər belə söyləməyə imkan verir ki,

Avroasiya ərazisində ilkin insan yurdu bizim Vətənimizdə — Azərbaycanda

tapılmışdır. 

Bacarıqlı insan əmək alətləri düzəldə və onlardan istifadə edə bildiyinə görə belə

adlanmışdır. Alt paleolitdə bacarıqlı insanların məcburi şəkildə birləşdiyi ibtidai

insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə qidalanır,

yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan əvvəl

Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub saxlamağı bacarmışlar.

Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Ocağın ətrafında

hörülən divar Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və bacanqlı

olduqlarını göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350 -400 min il

bundan əvvələ aiddir. Həmin çənə sümüyünün aid olduğu insan Azıxantrop (Azıx

adamı) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim insan məskənlərindən

biri olmasının göstəricisidir.

2. Orta paleolit dövrü (təxminən e. ə. 100 — 40-cı minilliklər) Mustye dövrü adlanır.

Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr

qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. İbtidai insan

dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və yığıcılıqla məşğul olurdular.

Qarabağda Tağlar mağarasındakrocaq yerləri insanın süni od əldə etmək vərdişinə

tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan qədim insanları

neandertal (bu tip insan qalıqları ilk dəfə Almaniyadakı Neandertal mağarasında

tapılmışdır) adlandırırlar.

3. Üst paleolitdə (eramızdan 40 min il — 12 min il əvvəl) ağıllı insanın meydana

çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə icmasında

ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin birləşməsi ilə

tayfa yarandı. Qan qohumlarından ibarət tayfa birgə təsərrüfat aparır, öz

ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman istehsal

vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə

yaşayış qaydaları hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və təsərrüfatında

eneolitin sonunadək (e. ə. V.T minillik) qadın aparıcı yer tutmuşdur. Yalnız ovçuluq

və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar yem toplayır, ev işləri

görür, odu qoruyur və uşaqların qayğısına qalırdılar. Qəbilədə qadın, ana üstün yer

tutduğuna və nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat

(anaxaqanlığı) adlandırılmışdır.




Mezolit (e. ə. XII — VIII minilliklər)

Azərbaycanda mezolit dövründə ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol

oynamışdır. Heyvanların uzaqdan ovlanması imkanı yaranmış, qida ehtiyatı artmış və ovçuluq

əsas peşəyə çevrilmişdi. Bu dövrdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak təsərrüfatının daha bir

sahəsi olan balıqçılıq meydana çıxmışdır. İstehlak təsərrüfatı ilə məşğul olan insanlar geniş

əraziyə yayılmaq imkanına malik deyildilər.

Mezolitdə insanlar heyvanları əhliləşdirilməsinə başladılar. Bununla da ibtidai heyvaııdarlığın

əsası qoyulmuş oldu. İnsanlar ilk əkinçilik vər dişlərinə də bu dövrdə yiyələnərək ibtidai

əkinçiliyin əsasını qoydular. Beləliklə, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin

əsası qoyuldu.

Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında öyrənilmişdir.

Qobustanın qayaüstü rəsmlərində ox — yayla silahlanmış təbii böyüklükdə insan təsvirləri böyük

maraq doğurur. Qayaüstü rəsmlərdə qədim insanların ov səhnələri ilə yanaşı, totem — ovsun

inancları da təsvir olunmuşdur. Maral, at və keçi, qayıq təsvirləri əsasında demək olar ki,

qədim Qobustan əhalisinin əsas məşğuliyyəti ovçuluq və balıqçılıq olmuşdur. Qobustan

qayaüstü rəsmlərində balıq və balıq toru təsvirlərinə rast gəlinmişdir. Buradakı baş tərəfində

günəş və içərisində adamlar təsvir edilmiş qayıq rəsmləri mezolitdə balıq ovunun artıq geniş yer

tutduğunu sənədləşdirmişdir. Qobustanda yaşayan insanların axirət dünyasına inamı ilə bağlı

dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulurdu.

Mezolit dövründə kiçik ölçülü (milaolit) alətlərə Damcılı mağarasında rast gəlinmişdir. Damcılı və

Şuşa mağaralarında tapılmış çeşidli qaşovlar, bizlər, kəsicilər, bıçaqlarla yanaşı, kiçik

lövhəciklərdən hazırlanmış quraşdırma alətlər (biçin bıçaqları) və silahlar (ox uduqları, nizələr)

diqqəti cəlb edir.

Neolit (e. ə. VII — VI minilliklər)

Azərbaycanda neolit dövrü qəbilə icmasının həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu.

Yeni daş dövründə istehsal təsərrüfatı və onun əsas sahələri olan əkinçilik və

maldarlıq meydana çıxmışdır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda «neolit

inqilabı» adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində ilk dəfə nəzarət etmək

imkanı qazanmışdır.

Azərbaycanda istehsal təsərrüfatına keçid e. ə. VII minilliyə təsadüf edir. Qobustanda tapılan

daş toxalar, dən daşları, biçin bıçaqları və çin dişləri ilk əkinçilik alətləri hesab olimur. Neolitdə

insanlar daşların deşilməsi və cilalanması üsullarını mənimsəmişdilər. Gəncə-Xanlar (Göygöl)

bölgəsində arxeoloji abidələrin öyrənilməsi göstərir ki, Azərbaycandakı neolit adamı artıq daşı

novçalı şəklə sala, burma üsulu ilə deşə bilirdi. Əsas əmək aləti kimi toxadan istifadə

olunduğundan əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrün maldarlığı isə ev maldarlığı olmuşdur.

Əhalinin oturaq həyata keçməsi üçün imkan yaranmışdır. Təbriz yaxınlığındakı Yanıqtəpə və

Sulduz düzündəki Hacı Firuz abidələri son neolitdə (e. ə. VI minillik) Azərbaycanda oturaq əkinçi-

maldar təsərrüfatının yayıldığını sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə hörülmüş

evlərdən kəndlər salınırdı.

Neolit dövrünün əsas nailiyyətlərindən biri də gil qab istehsalının -dulusçuluğun yaranmasıdır.

Əkinçilik və heyvandarlıq məhsullarını uzun müddətə saxlamaq zərurəti saxsı qabların

istehsalına böyük tələbat yaratmışdı. Bu çağacan insanlar suyu yığıb saxlamaq, yemək bişirmək

üçün Qobustan qayaları üstündə indiyədək qalan daş oyuqlarından istifadə edirdilər.

Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı və hətta boya ilə

naxışlanırdı. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq, tikinti və hörgü işi də neolit dövründə

meydana çıxmışdır.




Eneolit dövrü (e. ə. VI — IV minilliklər)

Bu dövrdə istehsal təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə

mərhələsinə daxil olmuşdur. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma

əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast gəlinmişdir. Burada arxeoloqlar

qədim suvarma arxlarının izlərini üzə çıxarmışlar. Toxa əkinçiliyinin texniki imkanları məhdud

olsa da, Azərbaycanda 10-a qədər taxıl növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.)

əkilib becərilirdi. Taxıl məhsullarını üyütmək üçün müxtəlif dən daşlarından və daş həvəng —

dəstələrdən istifadə edilirdi. Yığılmış taxılı çiy kərpicdən tikilmiş anbarlarda, quyularda və iri

saxsı qablarda saxlayırdılar. Şomutəpə və Əlikö-məktəpədə tapılan üzüm tumları Azərbaycanda

üzümçülük təsərrüfatının eneolitdən başladığını göstərir.

Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və Azərbaycan atın ev heyvanı kimi bəslənməsi

sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir.

Bu dövrün adamları parça toxumağı və gön dərini emal etməyi bacarırdılar. Azərbaycanda

eneolit insanın həm də metalla ilk tanışlıq dövrüdür. Daha möhkəm əmək alətləri və silahlar

düzəltmək ehtiyacı metaldan istifadə edilməsinə tələbat yaratmışdır. Qafqazda ən qədim mis

məmulatının Azərbaycanda tapılması göstərir ki, burada ibtidai insanlar metal

əritməyi bacarırdılar. Kültəpə, Əliköməktəpə və başqa yerlərdə soyuq döymə üsulu

ilə hazırlanmış 20-dək kiçik mis alət tapılmışdır.

Eneolit dövrünün yaşayış məskənləri özünəməxsus quruluşa malik idi. Çiy kərpicdən hörülmüş

dairəvi və dördkünc yaşayış evləri və təsərrüfat tikililəri kiçik həyətlə birlikdə hasar içərisinə

alımrdı.

İbtidai cəmiyyətin həyatında və təsərrüfatında kişinin üstün mövqe qazanması nəticəsində

eneolit dövründə anaxaqanlıq başa çatmış və öz yerini patriarxata (ataxaqanlığa) vermişdir.

Qədim Şərqin bir çox bölgələrində olduğu kimi, Azərbaycanda da eneolitdə ölünün yaşayış

yerində və ya divarın dibində dəfn etmək adəti var idi. Əliköməktəpədə 20-dək qəbir abidəsində

ölü qırmızı boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü üstə

gömülmüş, üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu. Əksər qəbir abidələrinin

eyni olması onu göstərir ki, cəmiyyət hələ varlı-kasıblara bölünməmişdi və ictimai bərabərsizlik

yox idi.

Tunc dövrü (c. ə. IV — II minilliklər)

Qəbilə icmasının təsərrüfat həyatında böyük dəyişikliklərin baş verməsi və metal istehsalının

təkmilləşməsi şəraitində e.ə. IV minilliyin sonlarında Azərbaycanda tunc dövrü başlandı.

İcma təsərrüfatının yeni yaranmış sahələrindən biri metal istehsalı oldu. E. ə. III minillikdə

sənətkarlar misi əritməyi, mis-mərgümüş (arsen) qatışığından tunc almağı, bu ərintini qəliblərə

töküb hazır məhsul əldə etməyi bacarırdılar. Onlar bu yolla daha möhkəm, davamlı və məhsuldar

əmək alətləri, müxtəlif silahlar (baltalar, nizələr, xəncərlər) düzəldirdilər. Əkinçilik və maldarlıq

məhsullarının tayfalararası miqyasda mübadiləsi də bu dövrdə meydana çıxmışdır.

Təxminən 2 min il davam edən tunc dövründə məhsuldar qüvvələr daha da inkişaf etmiş,

təsərrüfatın bütün sahələrində və ictimai həyatda köklü dəyişikliklər baş vermişdir. Qəbilə

icmasının dağılması və erkən dövlət qurumlarının yaranması prosesi də bu dövrdə başlamışdı.

Tunc dövrü erkən, orta və son adlanan üç mərhələdən keçmişdir. Azərbaycan türkləri onunla

öyünməlidirlər ki, Cənubi Qafqazın əsas eneolit və tunc dövrü mədəniyyətini onlar yaratmışlar.

Cənubi Qafqazda tapılmış 150-dən çox eneolit və tunç dövrünə aid abidənin üçdə ikisindən

çoxu Azərbaycanın payına düşür.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin