Azərbaycanda ibtidai icma cəmiyyəti



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#45662
1   2   3   4   5   6
Azərbaycanda ibtidai icma cəmiyyəti - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler

Orta tunc dövründə (e. ə. III minilliyin sonu — e. ə. II minilliyin I yarısı) qəbilə icmasının

təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki və ictimai bərabərsizlik

xeyli dərinləşmişdi.

Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq

əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer

tuturdu. Naxçıvanda II Kültəpə abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır.

Həmin emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik boyalı

qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun qalığı-dörddişli alət sənətkarlıq

texnikasının xeyli təkmilləşdiyini göstərir. Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq

toxuculuq sənətini əsas xammal olan yunla təmin edirdi.

Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması ilk növbədə

sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər möhkəmləndirilmiş müdafiə hasarları

ilə əhatə olunurdu. Buradakı evlər müəyyən plan üzrə sıra ilə kvadrat kərpiclərdən tikilirdi.

Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və

ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.

Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayniması nəticəsində sənətkarlıq məhsulları satlıq

məhsula — əmtəəyə çevrilməyə başlamışdı. Alqı -satqının genişlənməsi tacirlər zümrəsinin

yaranmasına doğru apanrdı. Bu dövrdə Azərbaycanda pul yerinə xırdabuynuzlu mal — davar

işlənilirdi.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi tətbiq edilir, buğda, arpa və

dan becərilirdi. Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kənd təsərrüfatında

üzümçülük də mühüm yer tuturdu. Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumları,

şirəsıxan daş təknələr orta tunc dövründə Azərbaycanda üzüm emalının və

şərabçılığın yarandığını göstərir.

Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq məhsul, zinət əşyaları,

sürülər, otlaqlar və s. tayfa başçılarının və əyanların əlində cəmləşərək tədricən xüsusi

mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar, sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar)

zümrəsinə bölünməyə başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı

qüvvəsini təşkil edirdilər. Suvarma arxlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və tayfa

ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin