Azərbaycanda ibtidai icma cəmiyyəti


Son tunc — erkən dəmir dövründə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#45662
1   2   3   4   5   6
Azərbaycanda ibtidai icma cəmiyyəti - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler

Son tunc — erkən dəmir dövründə (e. ə. XIV — e. ə. VII əsrlər) təsərrüfatın və mübadilənin daha

da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr

arasında əmlak bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai

icma quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var — dövlət və sərvət əldə

etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin ortalarına aid külli miqdarda

çoxnövlü hücum və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və

amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e. ə. XII — e. ə. XI

əsrlər) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına

imkan yaratmışdı. Müharibələr zamam tutulmuş əsirlər qul edilərək istehsala cəlb olunurdular.

Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı, bağçılıq, bostançılıq və

üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi.

Atdan hərbi yürüşlərdə və köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax)

tapılmış qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at

qoşulmuş döyüş arabası təsvir edilmişdir.

E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfurmə texnikasına əsaslanan dəmir istehsalına

başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön

— dəri), toxuculuq sahələri də mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan

parça qalıqları toxuculuğun və boyaqçıhğın yüksək inkişafından xəbər verir. Saxsı

qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və

məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində qara və boz rəngli qab — qacaq,

Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan

və Urmiya bölgələrində insan, heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar

geniş yayılmışdı. Saxsı nehrələrə də rast gəlinir.

Son tunc — erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və

ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı — satqı davar, qaramal, yun, əkinçilik, maldarlıq

və sənətkarlıq məhsulları ilə apanhrdı. Davarla yanaşı, müəyyən çəkisi olan metal parçaları, silah

və s. pul kimi işlənilirdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopotamiya (İkiçayarası) ölkələri ilə

müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə Assuriyadan Azərbaycana silah və

bəzək şeyləri gətirilirdi. Urmiya gölünün cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan

gətirilmiş və üzərində e. ə. XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur

hökmdarının adı yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli

qabların tapılması Azərbaycan — Assuriya ticarət əlaqələrindən xəbər verir. Qərbi Azərbaycanda

hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və yabalar isə Tehran və Kaşana

qədər gedib çıxmışdır.

Beləliklə, ibtidai cəmiyyət daxilində xüsusi mülkiyyətin, mülki bərabərsizliyin, ictimai

təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil peşəyə çevrilməsi icma daxilində birgə

əmək, birgə əmlak və birgəyaşayış qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda

qəbilə icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin sonu — I

minilliyin başlanğıcında başa çatmışdır.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali

məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin