Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   15   16   17   18   19   20   21   22   ...   64
KITAB inflyasiya

 

 


 

31 

 

Qiymәtlәrin qeydiyyatı 

İnkişaf etmiş ölkәlәrin 10-da yeni әrzaq mәhsullarının 

qiymәti ayda azı iki dәfә müşahidә edilir.  Balıq mәhsullarının 

qiymәtlәri dә inkişaf etmiş ölkәlәrdә daha intensiv müşahidә 

edilәn qiymәtlәrdәndir. 

ABŞ-da  İQİ-ni hesablamaq mәqsәdilә 90-a yaxın  şәhәr 

әrazisindә yerlәşәn 30 000-ә  qәdәr pәrakәndә ticarәt vә 

xidmәt obyektlәrindә qiymәtlәrin müşahidәsi aparılır. 

Mәnzillәrin kirayә haqqı ilә bağlı  mәlumatlar 50 000-ә yaxın 

kirayәşin vә 20 000-dәn çox mәnzil sahibi (kirayә verәn) 

arasında aparılan sorğu nәticәsindә  әldә edilir. ABŞ-da  әrzaq, 

enerji vә kirayә haqlarının qiymәti hәr ay üçün bütün şәhәr 

әrazilәrindә müşahidә edilir vә ictimaiyyәtә açıqlanır. Lakin 

digәr mәhsul vә xidmәtlәrin bir çoxunun aylıq qiymәt 

müşahidәsi yalnız ABŞ-ın 5 әn böyük şәhәr әrazisi üçün tәşkil 

edilir. Bu mәhsul vә xidmәtlәrin digәr  şәhәr  әrazilәri üçün 

qiymәt müşahidәsi isә ayda bir dәfә aparılır. ABŞ-da qiymәt 

müşahidәlәrinin bir çoxu sorğuçuların fәrdi görüşlәri  әsasında 

tәşkil edilir, bәzәn isә qiymәtlәr haqqında mәlumatlar telefon 

vә ya İnternet vasitәsilә dә toplanır. 

Böyük Britaniyada qiymәt müşahidәsi hәr ayın ortaları 

(әsasәn hәr ayın üçüncü vә ya dördüncü çәrşәnbә axşamları) 

tәqribәn 150 regionda aparılır. Böyük Britaniyada azad bazar 

obyekti olmayan әmtәә vә xidmәtlәr (bunlara dövlәt tәrәfindәn 

tәmin edilәn ictimai әmtәә  vә xidmәtlәr daxildir) üzәrindә 

qiymәt müşahidәsi rübdә  vә ya ildә bir dәfә aparılır. 

Ümumilikdә, Böyük Britaniyada hәr dәfә  tәqribәn 650 adda 

әmtәә vә xidmәtlәr üzrә qiymәt müşahidәsi hәyata keçirilir. 

Kanadada 600-ә yaxın  әmtәә  vә xidmәtlәrin 

әksәriyyәtinin qiymәtlәri ilә bağlı müşahidәlәr hәr ayın ilk 

hәftәsi üçün aparılır. Lakin bәzi mәhsul vә xidmәtlәrin 

qiymәtlәri ilә bağlı müşahidәlәr rüblük (bәrbәrxana xidmәtlәri, 

kimyәvi tәmizlәmә), yarım illik (avtomobil sığortası, avtobus vә 

qatarlarda gediş haqqı) vә illik (universitetlәrdә  tәhsil haqqı, 

әmlak vergisi vә s.) intervalla aparılır. Bәzi mövsümi mәhsullar 

üçün isә (mәsәlәn, bazarda qış paltosunu ilin müәyyәn 



32 

 

 



aylarında müşahidә etmәk mümkündür) qiymәt müşahidәsi 

gәrәk olduğu vә ona tәlәbat yarandığı hallarda aparılır. 

Ümumiyyәtlә, Kanadada istehlak mәhsullarının tәqribәn 90 

faizinin qiymәti sorğuçular tәrәfindәn pәrakәndә ticarәt 

obyektlәrinә baş  çәkmәklә öyrәnilir. Lakin qәzet, kabel 

televiziya xidmәtlәri, bәrbәrxana xidmәtlәri, restoran 

yemәklәrinin qiymәtlәri  әsasәn sorğuçular tәrәfindәn telefon 

vasitәsilә öyrәnilir. Kanadada müxtәlif regional şәraitlәr 

ucbatından qiymәtinә görә fәrqlәnә bilәn әmtәә vә xidmәtlәrin 

qiymәt müşahidәsi aparılır. Mәsәlәn, belә әmtәә vә xidmәtlәrә 

su, yerli nәqliyyat vasitәlәrindә gediş haqları, icarә haqqı vә s. 

aid ola bilәr. 

Yaponiyada qiymәt sorğuları  hәr ayın son hәftәsinin 

çәrşәnbә günü, cümә axşamı  vә cümә günlәri keçirilir. Әrzaq 

mәhsullarının qiymәtlәri üzәrindә müşahidә ayda 3 dәfә 

keçirilir. 

Yeni Zelandiyada İQİ ilә  bәrabәr rәsmi olaraq Әrzaq 

Qiymәtlәri İndeksi dә hesablanır vә geniş ictimai kütlәyә elan 

edilir. Yeni Zelandiyada 15 şәhәr regionunda 315 adda mәhsul 

vә xidmәtlәrin әksәriyyәti üzrә qiymәt müşahidәsi hәr ayın 15-

ci günü aparılır. Lakin bu mәhsulların tәrkibinә mövsümlә 

әlaqәli yeni meyvә-tәrәvәzlәr daxil deyil. Belә ki, bu 

mәhsulların qiymәt müşahidәsi hәr cümә günü  aparılır.  

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin