Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   18   19   20   21   22   23   24   25   ...   64
KITAB inflyasiya

Әsas Qiymәtlәr

 - istehlak sәbәtinә daxil olan hәr bir 

әmtәә vә xidmәtin әvvәlki ildәki illik orta qiymәtlәri; 



Әsas çәkilәr

 – ev tәsәrrüfatlarının  әvvәlki ildәki 

monetar xәrclәrinә әsasәn aparılan hesablama. 

 

Ev tәsәrrüfatlarında sorğuların tәşkili 

 

Mәrkәzi vә  Şәrqi Avropa ölkәlәrindә uzun illәrdir ki, 



inflyasiya sәviyyәsini müәyyәnlәşdirmәk üçün ev 

tәsәrrüfatlarında sorğular tәşkil edilmәsinә baxmayaraq, köhnә 

qitәnin dövlәtlәri üçün ümumi standartlar yoxdur. Belә ki, 



36 

 

 



müәyyәn ümumi prinsiplәr olsa da, hәr bir ölkә sorğuları 

özünün spesifik xüsusiyyәtlәrini nәzәrә alaraq tәşkil edir. 

Sorğunun keçirilmә dövriliyi, daha dәqiqi, onların neçә ildәn bir 

tәşkil edilmәsi Avropa ölkәlәrindә bir-birindәn fәrqlәnir. Bu 

ölkәlәrdә  әn çox tәtbiq edilәn qayda sorğuların hәr il tәşkil 

edilmәsidir. Bu dövriliyi Polşa vә Slovakiya gözlәsә  dә, 

Macarıstan “sükutu” 2 ildәn bir pozmağa qәrar verib.  

 

Sorğuların keçirilmәsi qaydasında daha çox tәtbiq edilәn 



prinsip coğrafi әhatәlilikdir. Bu prinsip, demәk olar ki, regionun 

bütün ölkәlәrindә gözlәnilir. Bununla belә, hәmin ölkәlәrdә 

başqa göstәricilәrdәn dә istifadә edilir. Mәsәlәn, Polşada ev 

tәsәrrüfatının aylıq xalis gәliri  әsas götürülür. Sorğunun 

nәticәlәri әsasәn 1 il әrzindә yekunlaşdırılır vә nәşr edilir.  

 

Rumıniyada tәtbiq edilәn sistem, demәk olar, ABŞ-dan 



“köçürmәdir”. Stratifikasiya 2 әsas prinsipә söykәnir. Birincisi, 

coğrafi vә sosial-demoqrafik göstәricilәr ilkin mәrhәlәdә  әsas 

kimi götürülür. Daha sonra isә ev tәsәrrüfatlarının malik 

olduqları әmlakın hәcmi vә dәyәri nәzәrә alınır.   

 

Sorğunu keçirmәk üçün tәşkilatçılar 3 dәfә ev 



tәsәrrüfatlarının yerlәşdiyi әraziyә sәfәr edir. Suallar aşağıdakı 

ardıcıllıqla tәqdim edilir; 

1.  ev tәsәrrüfatının strukturu vә xәrclәri, 

2.  mәzuniyyәtlәr, daxili xidmәtlәr vә s, 

3.  ev tәsәrrüfatlarının maliyyә  vәziyyәti, malik olduqları 

resurslar, әmәk haqlarının sәviyyәsi vә qәnaәtlәr. 

Nәticәlәr sorğu  başa çatandan sonrakı 12 ay әrzindә çap 

edilir. 


 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin