Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


İstehlak malları  vә ödәnişli xidmәtlәr dәstinin



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   14   15   16   17   18   19   20   21   ...   64
KITAB inflyasiya

 

İstehlak malları  vә ödәnişli xidmәtlәr dәstinin 

düzülmәsi prinsiplәri vә “Xüsusi çәkilәr“ 

 

Inkişaf etmiş ölkәlәrdә  İQİ-nin hesablanmasında 



istifadә edilәn istehlak әmtәә  vә xidmәtlәrinin xüsusi çәkisi 

ev tәsәrrüfatları arasında keçirilәn sorğu mәlumatları 

әsasında müәyyәn edilir. Bu sorğuların ölçüsü ölkәlәr üzrә 

fәrqlәnir vә 790-dan (İslandiya) 21000-ә  qәdәr (İspaniya) 

sayda ev tәsәrrüfatı arasında müşahidә edilir.  

ABŞ-da istehlak zәnbilinin tәrkibi tәqribәn 200 adda 

mәhsul qrupundan (bir mәhsul qrupunda 8 mәhsul maddәsi 

cәmlәşdirilir) ibarәtdir vә  tәqribәn 10000 ailә arasında 

aparılan sorğunun nәticәsindә  hәmin mәhsul qruplarının 

istehlak zәnbilindәki xüsusi çәkisi müәyyәn edilir. Bundan 

әlavә, ABŞ-da  İQİ hesablanarkәn aksiz vә satış vergisi dә 

istehlak xәrci maddәsi kimi araşdırılır, lakin әhalinin ödәdiyi 

gәlir vergisi, sosial müdafiәyә ayırmalar onun istehlak 

xәrclәrinә daxil edilmir vә İQİ hesablanarkәn nәzәrә alınmır. 

Bir çox inkişaf etmiş ölkәlәrdә olduğu kimi, ABŞ-da da ev 

tәsәrrüfatlarının sәhm, istiqraz, daşınmaz  әmlak vә  hәyat 

sığortası kimi investisiya xәrclәri İQİ hesablanan zәnbilә daxil 

edilmir. 

Avstraliyada istehlak mәhsulları  vә xidmәtlәrinin ev 

tәsәrrüfatlarının istehlak xәrclәrindәki xüsusi çәkisi hәr dörd 

vә ya beş ildәn bir yenilәşdirilir. Avstraliyada ayrı-ayrı 

istehlak mәhsul vә xidmәtlәrinin qiymәtlәrinin müşahidә 

dövrülüyü dә ciddi fәrqlәnir. Mәsәlәn, tәzә meyvә  vә 

tәrәvәzlәrin qiymәti hәr hәftә, tәzә balığın qiymәti iki 

hәftәdә bir dәfә, çörәk,  әt, benzin, içkilәr, tütün vә s. kimi 



 

29 

 

mәhsulların qiymәtlәri ayda bir dәfә, geyim mәhsulları, 



mәnzil üçün icarә haqqı, sәyahәt xidmәtlәrinin qiymәti rübdә 

bir dәfә, hava kondisioneri kimi spesifik mәhsulların 

qiymәtlәri isә ildә bir dәfә müşahidә edilir. Ümumiyyәtlә, 

Avstraliyanın istehlak sәbәti 11 әsas  әmtәә  vә xidmәtlәr 

qrupunda cәmlәşib vә bu qruplaşma Avropa Birliyinin 

harmonizә etdiyi İQİ-nin qruplaşdırmasına çox yaxındır. 

Avstraliyada da ev tәsәrrüfatlarının biznes mәqsәdilә 

çәkdiklәri xәrclәr onların istehlak xәrclәrinә daxil edilmir vә 

İQİ hesablanarkәn dә  nәzәrә alınmır. Lakin ev 

tәsәrrüfatlarının ikinci әldәn aldıqları istehlak mәhsullarının 

qiymәtlәri İQİ hesablanarkәn nәzәrә alınır. 

Böyük Britaniyada mәhsulların xüsusi çәkisi hәr ilin 

әvvәli yenilәşdirilir vә cari il üçün bütün hesablamalar bu yeni 

çәkilәr  әsasında aparılır. Bu ölkәdә  dә investisiya, qәnaәt, 

nağd pul ianәlәri kimi xәrc maddәlәri ev tәsәrrüfatlarının 

istehlak xәrclәrinin tәrkibindә oturmadığı halda, onların 

ödәdiyi әlavә dәyәr vergisi, aksiz vergisi istehlaklarının tәrkib 

hissәsi hesab edilir vә İQİ hesablanarkәn nәzәrә alınır. Qeyd 

edәk ki, 2000-ci ildәn etibarәn istehlak sәbәtinә  sığorta 

haqları, universitetlәrdә  tәhsil haqları  vә s. bu kimi xidmәt 

haqları, 2002-ci ildәn isә valyuta mübadilәsi zamanı tutulan 

haqlar da daxil edilmәyә başlanmış vә bu xidmәt haqlarında 

baş verәn qiymәt dәyişikliklәri hesablanan İQİ-dә öz әksini 

tapır. Hәmçinin qeyd edilәn ildәn etibarәn fәrdi ev 

tәsәrrüfatları ilә bәrabәr, xaricdәn gәlәnlәr vә rezidentlәr dә 

sorğu obyektlәrinә çevrilib. 

Böyük Britaniyada qiymәtlәrin 

statistik müşahidәsi aparılarkәn regionlar iki әsas meyar 

әsasında seçilir.

 

 



1. Regionların yerli istehlakının ölkәnin ümummilli 

istehlakındakı xüsusi payı.  

2. Regionlarda fәaliyyәt göstәrәn pәrakәndә ticarәt 

obyektlәrindә çalışanların ölkәnin pәrakәndә ticarәt 

obyektlәrindә çalışan bütün işçi qüvvәsindә xüsusi 

çәkisi. 

 



30 

 

 



Fransada istehlak zәnbili bir çox Avropa ölkәlәrindә 

olduğu kimi, 161 adda mәhsul vә xidmәtlәri  әhatә edir. 

Fransada  İQİ hesablanarkәn  әhalinin ödәdiyi birbaşa 

vergilәr, sosial müdafiә ayırmaları, faiz ödәnişlәri,  şәxsi 

tәsәrrüfat mәhsullarının istehlakı, mәnzil alqısı vә ikinci әldәn 

satışlar nәzәrә alınmır. 

 

Kanadada istehlak sәbәtinin tәrkibinә daxil olan mәhsul 



vә xidmәtlәrin xüsusi çәkisini hesablamaq mәqsәdilә ev 

tәsәrrüfatları arasında sorğu nisbәtәn gec, hәr dörd ildәn bir 

keçirilir. 

 

Yaponiyada, digәr inkişaf etmiş ölkәlәrdә olduğu kimi, 



ev tәsәrrüfatlarının istehlakında ayrı-ayrı  mәhsul vә 

xidmәtlәrin xüsusi çәkilәri hesablanarkәn bәzi növ xәrc 

maddәlәri nәzәrә alınmır. Bu xәrc maddәlәrinә: qeyri-

istehlak xәrclәri (gәlir vergisi vә sosial müdafiә ayırmaları 

kimi xәrclәr), qәnaәt tipli, yardım vә xeyriyyә  mәqsәdli 

xәrclәr vә s. daxildir. 

Yeni Zelandiyada istehlak sәbәtinә daxil olan mәhsul vә 

xidmәtlәr 9 әsas qrupda cәmlәşdirilir. Lakin hazırda Yeni 

Zelandiya hökumәti çalışır ki, bu tәsnifat BMT-nin qәbul 

etdiyi standartlara uyğun olaraq 12 mәhsul vә xidmәtlәr 

qrupundan ibarәt olsun (bu standart Avropa Birliyi 

ölkәlәrindә geniş istifadә olunur). Burada әsas mәqsәdlәrdәn 

biri dә ölkәdә dünya sәviyyәsindә müqayisә edilә bilәn bir 

indeks  әldә etmәkdir. Yeni Zelandiyada şәxsi hәyәtyanı 

tәsәrrüfatda istehsal olunan mәhsullar, natural formada әldә 

edilәn gәlirlәr, qәnaәt xarakterli xәrclәr vә s. әhalinin istehlak 

xәrclәrinә daxil edilmir vә ona görә  dә  İQİ hesablanarkәn 

nәzәrә alınmır. Lakin ikinci әldәn satışa çıxarılan mәhsulların 

qiymәti bu ölkәdә, inkişaf etmiş  әksәr ölkәlәrdәn fәrqli 

olaraq, İQİ hesablanarkәn nәzәrә alınır. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin