sterilizasiya әmәliyyatlarını intensivlәşdirmәyә sövq etmәlidir.
19
Qeyd edәk ki, streilizasiya mineral resurslarla zәngin olan
ölkәlәrdә valyuta hasilatının monetar
tәsirlәrini azaltmaq
mәqsәdilә tәtbiq edilәn aparıcı tәcrübәlәrdәndir. Streilizasiya
әmәliyyatlarının tәtbiqindә mәqsәd yalnız valyuta hasilatının
daxili bazara mәnfi tәsirini neytallaşdırmaq üçün onun girişinin
qarşısını tamamilә almaq vә bununla da xarici valyutanın
dövriyyәdәn çıxarılması nәticәsindә yaranmış likvidliyin
neytrallaşdırılması deyildir. Bu, әsasәn açıq bazar
әmәliyyatlarından istifadә etmәklә, ölkәnin monetar siyasәtinә
uyğun olaraq, mübadilә bazarına müdaxilәlәrin effektlәrini
neytrallaşdırmaq mәqsәdi daşımalıdır. ABŞ Xәzinәdarlıq
İdarәsinin araşdırmalarına görә, bәzi neft ölkәlәri malik
olduqları xarici valyuta ehtiyatlarının böyük hissәsini xarici
bazara investisiya şәkilindә yönәldәrәk vәsaitlәrin inflyasiya
yaradıcı tәsirlәrini azaltmağa çalışırlar. Bununla belә,
sterilizasiyaya uğursuz cәhdlәr inflyasiya yaradıcı faktorların
güclәnmәsinә tәsir edә bilәr. Amma hәtta sterilizasiyanın
uğurlu hәyata keçirildiyi halda da problemlәrin olması
mümkündür: bu zaman bazara böyük hәcmdә istiqrazların
axını baş vermәsi uçot dәrәcәsinin artmasına sәbәb ola bilәr,
bununla, xarici kapital axınları güclәnәr vә bu da inflyasiya
yaradıcı faktorları daha da aktivlәşdirәr.
Buna görә dә streilizasiya formalarının düzgün seçimi
xüsusi әhәmiyyәt kәsb edir. Belә formalar arasında açıq bazar
әmәliyyatları, mәcburi ehtiyat normalarının tәnzimlәnmәsi vә
faiz dәrәcәlәri xüsusi әhәmiyyәt kәsb edir. Bu formaların
seçimi vә intensivliyi daha çox dünya bazarında neftin
qiymәtlәrinin artımı, Mәrkәz Bankın yeritdiyi pul-kredit
siyasәtinin hәdәflәri vә dövr әrzindә valyuta daxilolmalarının
miqyasından asılıdır.
Azәrbaycan inflyasiyanı hәm dә idxal edir. Xüsusәn dә iri
ticarәt partnyorları Türkiyә, Rusiya vә İranda inflyasiyanın
tempi Azәrbaycanın bu ölkәlәrdәn idxal etdiyi mal vә
xidmәtlәrin sәviyyәsinә tәsir göstәrir. Milli Bankın mәlumatına
görә, neft sektoru istisna olmaqla 2000-ci ilin dekabrına
nәzәrәn ötәn il real effektiv mәzәnnәnin aşağı düşmәsi tempi
20
ümumi ticarәt dövriyyәsi üzrә 11.2 faiz, idxal üzrә 9.1 faiz,
ixrac üzrә isә 21.6 faiz tәşkil edib. 2001-2007-ci illәrdә
Azәrbaycanda inflyasiya sәviyyәsi 53.8 faiz olduğu halda,
ticarәt partnyoru olan ölkәlәrdә qiymәtlәr orta hesabla 74.1
faiz artıb. Hәlә vaxtilә fransız merkantilisti Antuan Monkretyen
hesab edirdi ki, xaricdәn gәtirilәn mallar baha olduqca, yerli
istehsalın canlanması üçün şәrait yaranır.
İnflyasiya insan orqanizmindә qan tәzyiqini xatırladır.
Necә ki, qan tәzyiqi normalda 120/80 olur, tәzyiq bundan
aşağı vә yuxarı hәrәkәt edәndә fәsadlar yaranır, inflyasiya da
normal tempdәn uzaqlaşanda iqtisadiyyata mәnfi tәsir göstәrir,
ekonometrik olaraq sübut edilmiş normal sәviyyәdә
qәrarlaşanda isә iqtisadiyyata stimul verir. İnfyasiyanın aşağı
düşüb deflyasiyaya çevrilmәsi, onun sürәtlәnәrәk hiper hәddә
çatması qәdәr tәhlükәlidir. Normadan kәnar qan tәzyiqi vә
inflyasiyanın bir oxşar cәhәti dә onların bәdәndә vә ya
iqtisadiyyatda mövcud xәstәliklәrdәn törәnmәsidir. İstәnilәn
halda inflyasiyanın müalicәsi dәqiq diaqnozdan keçir...